`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
Tarix: 17-05-2024, 10:14 | Çap et
 "Xahiş edirəm, bu məsələyə hüquqşünaslar hüquqi qiymət qoysunlar. Dünən - 16.05.2024 tarixdə Həzi Aslanov metrosunun üstündə, Kapital bankın yanından keçərkən təsadüfən həmin ərazidə yerləşən OLİVİA kosmetika mağazasına girdim. İçəri girərkən mağazanın elə ön tərəfində üzərində 50% endirim yazılmış vitrin diqqətimi çəkdi. Həmin vitrinə bir neçə məhsul qoyulmuş, üzərlərinə isə guya ki, 14 manatdan 6 manata düşməyini göstərən qiymət kağızı da yapışdırılmışdı. Həmin vitrinə yaxınlaşaraq, vitrində olan yaşıl rəngli tubik formasında olan üz gellərindən birinə baxmaq istədim. Məhsulu əlimə alanda, məhsulun istifadə müddətinin artıq keçməsinin, məhsulun ağzında blomb kimi yapışdırılan etiketin olmamasının, məhsulun ağzının açıq olmasının, ən pisi isə məhsuldan dəhşətli dərəcədə pis qoxu gəlməsinin və tubikin içərisində olan üz gelinin su kimi olmasının şahidi oldum. Mənim üz dərim də olduqca həssas və allergik olduğundan kefiyyətsiz və vaxtı keçmiş naməlum bir məhsulu alıb üzümə çəkmək istəmədim..." diaaz.space xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında "İctimai Nəzarət" adlı istifadəçi giley edib. Müraciətdə daha sonra deyilir: "Daha sonra saç boyaları olan vitrinə yaxınlaşdım. Oradan 6 man məbləğində bir ədəd saç boyası götürüb pulunu vermək üçün kassaya tərəf getdim. Bu zaman YASƏMƏN adlı satıcı mənə yaxınlaşaraq çox kobud şəkildə ilk öncə endirim vitrinində baxdığım üz gellərindən birinin pulunu verməli oldugumu israrla tələb etdi. Verməsəm üstümə polis çağıracağı ilə hədələdi. Mən isə belə olduğu halda artıq almaq üçün pulunu vermək istədiyim saç boyasını aparıb öz yerinə qoydum və "artıq mənə heç biri lazım deyil deyib" mağazanı tərk etmək istədim. BU ZAMAN NƏ BAŞ VERSƏ YAXŞIDIR ??? Həmin YASƏMƏN adlı satıcı tez mənim qarşıma keçərək mağazanın qapısını açarla bağladı və mənim qolumdan bərk şəkildə tutaraq məni zərbə ilə içəri itələdi. Hələ bu azmış kimi öz ərazilərinə nəzarət edən polis işçisinin zəng vurub mağazaya gəlməsini istədi. Mən də polisin gəlməsini gözlədim. Niyə də gözləməməli idim axı ? Həmin polis, Xətai rayon 36-cı polis bölməsinin əməkdaşı olan Orxan İsmayılov gələndən sonra o mənə OLİVİA mağazasının şərtlərinin başqa cürə olduğunu, burada nəyi baxmaq üçün əlinə götürmüsənsə artıq MUTLƏQ ALMALI olduğumu çox gülməli şəkildə izah etməyə çalışsa da, mən xoşuma gəlməyən keyfiyyətsiz bir məhsulu alıb üzümə vurmaq istəmədiyimi ona bildirdim və ondan birlikdə kamera görüntülərinə baxmağı xahiş etdim. O isə bunu yalnız Daxili İşlər Nazirliyinin 102 çağrı xidmətinə müraciət əsasında mümkün ola biləcəyini söyləyib, tələsik mağazanı tərk etdi. Verdiyim 102 çağırışına gələn iki nəfər polis əməkdaşı mənə çox qısa şəkildə ərizə yazdıraraq bu işlə məşğul olacaqlarını bildirdilər. Evə gəlib üstümü dəyişən vaxtı isə nə görsəm yaxşıdır ? Mağazada satıcı məni çox böyük zərblə qollarımdan tutub içəri itələyən vaxtı qolumun biri burxulmuş, əzilmiş və göyərmiş, digər qolumda isə satıcının dırnaqları neçə yerdə böyük cızıqlar və sıyrınıtılar yaratmışdı. Bunu görən kimi dərhal 102 çağırışına gələn həmin polis əməkdaşlarına zəng vurdum və Məhkəmə Tibbi Ekspertizasından keçmək istədiyimi söylədim. Düzü mən daha əvvəllər də OLİVİA mağazasında satıcılar tərəfindən alıcıların polislə hədə-qorxu və şantaj edilərək məhsul almaq məcburiyyətində olduqlarını çox eşitmişdim. Ancaq özüm canlı şahidi olmamışdım. Xahiş edirəm, hörmətli hüquqşünaslar məsələyə hüquqi qiymət versinlər".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32 |
|
|
|
• Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27 |
|
|
|
• Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22 |
|
|
|
• Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17 |
|
|
|
• Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15 |
|
|
|
• “Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09 |
|
|
|
• "Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58 |
|
|
|
• SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51 |
|
|
|
• "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25 |
|
|
|
• Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18 |
|
|
|
• Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17 |
|
|
|
• Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12 |
|
|
|
• Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10 |
|
|
|
• Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06 |
|
|
|
• Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59 |
|
|
|
• Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57 |
|
|
|
• Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53 |
|
|
|
• "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52 |
|
|
|
• Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49 |
|
|
|
• Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48 |
|
|
|
• TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25 |
|
|
|
• Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17 |
|
|
|
• Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59 |
|
|
|
• Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49 |
|
|
|
• "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48 |
|
|
|
• Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28 |
|
|
|
• Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23 |
|
|
|
• Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21 |
|
|
|
• “Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16 |
|
|
|
• Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15 |
|
|
|
• “Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12 |
|
|
|
• Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05 |
|
|
|
• Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03 |
|
|
|
• Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47 |
|
|
|
• “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
• Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35 |
|
|
|
• Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26 |
|
|
|
• Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19 |
|
|
|
• Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17 |
|
|
|
• "Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49 |
|
|
|
|