Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                     Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                 

“GÜVƏN”in 1 damcısına da GÜVƏNMƏK OLMAZ... - BƏS AQTA HARA BAXIR?
Tarix: 21-09-2023, 10:06 | Çap et
“GÜVƏN”in 1 damcısına da GÜVƏNMƏK OLMAZ...
Artıq bir neçə illərdir ki, ölkə ərazisində əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması və bu sahədə əmələ gələn hər cür problemlərin aradan qaldırılması, aidiyyatı dövlət qurumlarının qarşısında duran ən vacib vəzifələrdən biri hesab olunur. Bütün bunlara baxmayaraq, bu gün də ölkəmizin iqtisadi həyatında “çapolçuluq”la məşğul olub pul qazanan elə işbazlar var ki, onları xalqın sağlamlıq durumu, yaşadığımız dövlətin gələcək taleyi və s. kimi aktual məsələlər heç bir halda düşündürmür. Onları yalnız bir amal və istək düşündürür, o da hansı yolla olursa-olsun mümkün qədər daha çox var-dövlət əldə etməkdir. Qeyd edək ki, bu cür əməl və amal sahibi olan işbazlar, hər il mövsümə uyğun addımlarını atırlar və belə bir yolla külli miqdarda gəlirlər də əldə edirlər.
Qeyd edək ki, ölkəmizin içməli su sektorunda fəaliyyət göstərən və hal-hazırda bu sahəni bir növ inhisarında saxlayanlardan biri də, «AQUA LUXE» adı altında fəaliyyət göstərən su şirkətidir. Bir müddət bundan əvvəl adının çəkilməsini istəmədiyimiz şəxs tərəfindən deryaz.az saytının redaksiyasına, ölkə əhalisinin müəyyən hissəsinin «AQUA LUXE» suyu ilə təmin olunmasında canfəşanlıq göstərən şəxslərin qol qoyduqları əməllərlə bağlı xeyli məlumatlar çatdırılmışdı. Məlumatlarda qeyd olunurdu ki, belə bir ad altında su satışı ilə məşğul olan müəssisənin hansı hüquqi ünvanda fəaliyyət göstərməsi haqda tam əksəriyyət məlumatsızdır. Məlumatı olanlar yalnız onu bilirlər ki, «AQUA LUXE» suyunun qablaşdırılması işləri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilir. Əldə etdiyimiz son məlumatlara görə isə, bu şirkət fəaliyyətini müvəqqəti dayandırmış və hal-hazırda «AQUA LUXE» su şirkəti “GÜVƏN” adı altında fəaliyyət göstərməyə başlayıb. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, 19 litrlik bidon qablarda satışı həyata keçirilən “GÜVƏN” suyuna aid rekzivitdə, bu şirkətə aid ünvan da Abşeron rayonu, Xırdalan şəhəri ərazisi göstərilir. O halda sual oluna bilər ki, bu nə deməkdir və belə də ünvanmı olar? Digər tərəfdən, «AQUA LUXE» su şirkətinə aid mobil telefon nömrələri “GÜVƏN” adı altında satışa çıxarılan 19 litrlik su qablarının üzərində də qeyd olunur. Bu da onu ehtimal etməyə əsas verir ki, vaxtilə «AQUA LUXE» su şirkətinə rəhbərlik edən şəxslər, bu gün növbəti qanunsuzluq və fırıldaq əməllərini “GÜVƏN” adı altında həyata keçirməkdədirlər.

Onu da bildirək ki, redaksiyamıza «AQUA LUXE» su şirkətinin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı silsilə məlumatlar daxil olduqdan sonra, bu ilin iyul ayında həmin məlumatların araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada məktubla müraciətlər etdik. Təəccüb doğuran hal odur ki, ünvanladığımız məktubda «AQUA LUXE» su şirkətinin fəaliyyətinin yoxlanması və aparılmış yoxlamaların nəticəsi ilə bağlı redaksiyamıza rəsmi cavab məktubunun verilməsini xahiş etsək də, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları yoxlama işlərini Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanında yerləşən “Su satışı” adlı təsərrüfat subyektində həyata keçirirlər. 16 avqust 2023-cü il tarixdə isə, redaksiyamıza 2 saylı Ərazi Vergilər Baş idarənin rəis müavini, vergi xidməti mşaviri cənab Anar Qurbanovun imzası ilə təsdiq olunmuş cavab məktubu verilib. Məktubda yazılıb ki, “Qeyd etdiyiniz faktlar vergi orqanı tərəfindən nəzarətə götürülmüş və vergi nəzarəti tədbirləri zamanı hər hansı qanun pozuntusu faktı aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir”. Bu cür yanaşmanın varlığı, əslində gülünc hissi doğurur. Bütün bunlar azmış kimi cavab məktubunda o da qeyd olunub ki, “Araşdırmada iştirakınızın təmin edilməsi məqsədilə sizə dəvət məktubu göndərilmiş, lakin gəlmədiyinizə görə araşdırma iştirakınız olmadan aparılmışdır”. Bir sözlə, bu cür cavablar tamamilə ağyalan olmaqla bərabər, heç də həqiqəti əks etdirmir.

Digər tərəfdən, əgər «AQUA LUXE» su şirkətində istehsalçı Həsənov Rüfət Nazim oğlunun, sifarişçi Quliyev Məhəmməd Ələkbər oğlunun adları yazılırdısa, Vergilər İdarəsi yoxlamanı «Sultan» şirkətində aparmış və ikinci saxta şirkət olan “GÜVƏN” suyunda isə istehsalçı Kərimov Sultan Elxan oğlunun, sifarişçi Quliyeva Fatma Mahir qızının adları yazılıb. Bu da “GÜVƏN” suyuna aid müəssisədə sənədləşmə işlərinin qanunamüvafiq qaydada olması və qol qoyulan digər qanunsuzluq haqda baş qaldıran şübhələri daha da artırır.
Sual onuna bilər ki, nəyə görə “GÜVƏN” suyunun satışı ilə məşğul olan müəssisənin hüquqi ünvanı ictimaiyyətdən gizlədilir, yaxud da bu müəssisəyə aid insağram səhifəsində yayımlanan reklamda dəqiq ünvan göstərilmir? Kim, yaxud da hansısa dövlət qurumunun səlahiyyətli şəxs(lər)i təminat verə bilərlər ki, bu müəssisədə sular lazımi şəraitdə, tələb olunan dərman preparatlarından istifadə olunmaqla, həmçinin gigiyenik qaydalara tam şəkildə əməl olunmaqla qablaşdırılır? Bundan əlavə, “GÜVƏN” suyunun satışı ilə məşğul olan müəssisədə suyun tərkibi azonlaşdırılırmı, müəssisəyə aid dolum aparatı varmı, qablaşdırma prosesi zamanı suyun dezinfeksiyası həyata keçirilirmi? Bu müəssisədə istifadə olunan qablar hansı sexdən alınır və “GÜVƏN” su ilə həmin sex arasında hansısa müqavilə sənədi varmı? Yaxud da, alınan su qablarına dair sertifikat varmı? Ən əsası, istifadə olunan suyun mənbəyi məlum deyil. Söz yox ki, bütün bunların hər biri ortaya düşündürücü sualların çıxmasına səbəb olur.
Ümumiyyətlə, baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, “GÜVƏN” suyunun satışı ilə məşğul olan həmin müəssisə, bu gün də istehlakçılara “badalaq” gəlməklə məşğul olur. Çünki, yuxarıda qeyd etdiyimiz faktların hər biri ciddi qanun pozuntularının varlığından xəbər verir. Ona görə də ümidvarıq ki, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumları, bu gün də istehlakçıları aldadan və “GÜVƏN” suyunun satışı ilə məşğul olan həmin müəssisədə lazımi araşdırmalar aparacaq, həmçinin qol qoyulan hər cür qanunsuzluqların qarşısının alınması yöndə əməli addımlarını da atacaqlar. Yəqin ki, o halda istehlakçıları “GÜVƏN” suyu adı altında aldadan həmin müəssisənin “çirkli biznes”inə birdəfəlik son qoyulacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

P.S.Biz də redaksiya olaraq «AQUA LUXE» su şirkətinə məxsus olan su qablarının üzərində qeyd olunan nömrəyə zəng edib istehsalçı Məhəmməd bəyə zəng edib fəaliyyətləri ilə maraqlandıq. O, bildirdi ki, biz artıq fəaliyyət göstərmirik, su satışı ilə də məşğul deyilik. Sabahı gün eyni nömrəyə müştəri qismində zəng edib su lazım olduğunu dedik. Məmnuyyətlə deyib suyu hansı ünvana çatdırılmasını soruşdular. Görünür, Məhəmməd bəyin dediyi yalandır. Dəyişən ancaq etiket olub
Mövzu diqqətimizdədir.

Deryaz.az

“GÜVƏN”in 1 damcısına da GÜVƏNMƏK OLMAZ...
“GÜVƏN”in 1 damcısına da GÜVƏNMƏK OLMAZ...
“GÜVƏN”in 1 damcısına da GÜVƏNMƏK OLMAZ...
“GÜVƏN”in 1 damcısına da GÜVƏNMƏK OLMAZ...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru