“Tovuz Konyak” klubunun sahibinin başına KİMLƏR OYUN AÇIB? - Prezidentə müraciət olundu
Tarix: 21-04-2023, 09:54 | Çap et
![“Tovuz Konyak” klubunun sahibinin başına KİMLƏR OYUN AÇIB? “Tovuz Konyak” klubunun sahibinin başına KİMLƏR OYUN AÇIB?](https://dia-az.top/uploads/posts/2023-04/thumbs/1682056457_0001.jpg) “Tovuz Konyak” klubunun sabiq direktoru Hümmətov Coşqun Vaqif oğlu Prezident İlham Əliyevə və aidiyyatı dövlət qurumlarına müraciət edib. O, bildirir ki, “Azəri-Tikinti” MTK ona məxsus əmlakı ələ keçirib. Sahibkar deyir: “2018-ci ilin oktyabrında “Tovuz-Konyak” klubuna “Azəri-Tikinti” MTK-nın adından, keçmiş deputat Əsabil Qasımovun ən yaxın adamı kimi Azər Məmmədov adlı şəxs gəldi. (İndi Azər Məmmədov Nərimanov rayonu İcra Hakimiyyətində böyük məsləhətçi vəzifəsində işləyir.) Bildirdi ki, Nazirlər Kabinetinin göstərişinə əsasən Azadlıq prospekti və Mirəli Qaşqay küçəsi dairəsində bütün tikililər söküləcək. Onların yerində müasir çoxmərtəbəli binalar tikiləcək. Bunun dövlət layihəsi olduğunu bildirərək, müqavilə bağlamağı təklif etdi. Biz də tikintinin dövlət layihəsi olduğunu nəzərə alıb Azər adlı şəxsin təklifi ilə razılaşdıq. “Tovuz-Konyak” klubunun birinci mərtəbəsində eyni yaşayış sahəsində “Tovuz Mağara” restoranı fəaliyyət göstərirdi. “Azəri -Tikinti” MTK restoranın (85+70,7+22,3) onlara satılmasını istədi”. İş adamı qeyd edir ki, restoranın iki çıxarışı olub: “Biri 85 kv.m-lik, digər 70,7 kv.m-lik sahə üçün. 85 kv.m-lik sahə üçün olan “kupça” “Bank Standart”ın girovunda olduğu üçün alqı-satqısını həyata keçirə bilmədim. Ona görə də digər hissəsini 328 min manata satdım”. Sahibkar bundan sonra digər hissəni girovluqdan çıxarıb. Lakin məlum olub ki, “Azəri-Tikinti” artıq obyekti söküb: “Həmin hissənin “kupçası”nı “Azəri-Tikinti”yə təqdim edəndə obyektin qeyri-qanunu uçurulduğunu gördüm. Onlar isə iddia edirlər ki, belə bir yer ümumiyyətlə olmayıb və guya “kupça” da saxtadır”. C.Hümmətov məhkəməyə üz tutub. O, Nəsimi rayon Məhkəməsinə “Azəri-Tikinti” MTK-nın qanunsuz əməllərindən iddia ərizəsi verib: “Nəsimi rayon məhkəməsinin 01.06 2022 ci il tarixli iş N 2(006) – 332/2022 saylı hakim Natəvan Tağıyeva əsaslı və köklü araşdırmadan sonra iddiaçının 394342 manat məbləğində vəsaiti cavabdeh “Azərtikinti” şirkətinin hesabından tutularaq iddiaçıya verilməsi barədə ədalətli qətnamə çıxarmışdır. Rayon məhkəməsi iddiaçının iddiasini təmin etsə də, son anda Bakı Apelyasiya Məhkəməsinin hakimi Talışınski Fuad Şəmsəddin oğlu “Azərtikinti” MTK-dan 3 otaqlı mənzili bonus alaraq heç bir hüquqi əsas olmadan 10.04.2023 cü il tarixdə Nəsimi rayon Məhkəməsinin ədalətli qətnaməsini ləğv edib. Vətəndaş şirkətdən mütəmadi olaraq bununla bağlı cavab tələb etdikdə isə “Azərtikinti” MTK məsələni üzərindən atır və hər bir sənədi qanunu şəkildə olan belə bir obyektin mövcüd olmasını təkzib edir. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin hakimi Talışinski adıçəkilən tikinti firmasından üçotaqlı mənzil hədiyyə almaqla onların xeyrinə qanunsuz qərar çıxarıb”. Sahibkar Prezidentdən dəstək istəyərək qeyd edib ki, Ulu Öndərin şərabçılığın inkişafı ilə bağlı verdiyi 29.01.2002-ci il tarixli 667 saylı Fərmanından ruhlanaraq Tovuzda Fransadan texniki üzüm sortları gətirərək yeni üzüm bağları salıb, şərab və konyak məhsulları istehsal edib. Bu məqsədlə Bakının Azadlıq prospekti 41-42 ünvanında (Mənim ailəmə və özümə məxsus) “Tovuz-Konyak” klubu kimi fəaliyyətə başlayıb: “Bu “Konyak Klubu” qısa zaman içərisində xaricdən gələn turistlərin də, səfirlik və diplomatik korpusların, xarici iş adamlarının yerli Nazirlik və Komitələrin ən maraq göstərdikləri bir şəbəkəyə çevrilib. Ancaq göründüyü kimi, yuxarıda adı keçən şirkət və onun adından çıxış edən Azər adlı şəxs dövlətin tapşırığı olmasını bildirərək 2 il müddətinə 20% əlavə genişləndirməsi şərti ilə evimizi eyni yerdə tikib təhvil verəcəklərini və iki il ərzində də razılaşılmış qiymətlə icarə haqqımızı ödəməyi də öhdələrinə götürəcəklərini söylədilər, tikintinin dövlət layihəsi olduğunu nəzərə alıb razılaşdıq, nəticəsi də budur… Cənab Prezident, siz həmişə sahibkarlara, vətəndaşlara dəstək olmusunuz, qanunsuzluqlara qarşı çıxmısınız. Mən inanıram ki, bu dəfə də bir sahibkarın səsinə səs verəcəksiniz”.
Yazıda adı keçən bütün tərəflərin bu iddialarla bağlı mövqeyini dərc etməyə hazırıq. //aktualxeber.az//
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.top/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17 |
|
|
|
• 1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05 |
|
|
|
• Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02 |
|
|
|
• Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59 |
|
|
|
• Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53 |
|
|
|
• AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28 |
|
|
|
• Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25 |
|
|
|
• AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22 |
|
|
|
• BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10 |
|
|
|
• Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08 |
|
|
|
• “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07 |
|
|
|
• Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06 |
|
|
|
• AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55 |
|
|
|
• “Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52 |
|
|
|
• Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49 |
|
|
|
• Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47 |
|
|
|
• "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44 |
|
|
|
• Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41 |
|
|
|
• Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37 |
|
|
|
• Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27 |
|
|
|
• Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25 |
|
|
|
• Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12 |
|
|
|
• SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06 |
|
|
|
• Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
• Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02 |
|
|
|
• “Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44 |
|
|
|
• Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38 |
|
|
|
• "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36 |
|
|
|
• Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31 |
|
|
|
• Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28 |
|
|
|
• ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25 |
|
|
|
• "Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29 |
|
|
|
• Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19 |
|
|
|
• Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06 |
|
|
|
• Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02 |
|
|
|
• “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45 |
|
|
|
• “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25 |
|
|
|
• “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05 |
|
|
|
• "Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02 |
|
|
|
• Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58 |
|
|
|
• "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51 |
|
|
|
• Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49 |
|
|
|
• "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02 |
|
|
|
|