![BNA-nın dərman firmaları ilə NƏ ORTAQLIĞI?.. BNA-nın dərman firmaları ilə NƏ ORTAQLIĞI?..](/uploads/posts/2022-11/thumbs/1667974594_0001.jpg)
DİA.AZ: - "Fikir vermisizsə son vaxtlar şəhər içi avtobuslarda dərman reklamlarının sayı nə qədər artıb?.." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Taçəddin Poladzadə adlı istifadəçi giley edir.
![BNA-nın dərman firmaları ilə NƏ ORTAQLIĞI?.. BNA-nın dərman firmaları ilə NƏ ORTAQLIĞI?..](/uploads/posts/2022-11/thumbs/1667974564_01.jpg)
Narazı vətəndaş daha sonra yazır: "Bilmirsən avtobusa minirsən , yoxsa aptekə girirsən. Çox ehtimal ki, BakuBus MMC-nin və XaliqFaiqoğlu şirkətlərinin dərman firmaları ilə güclü əməkdaşlıqları var. Ara yerdə əziyyət çəkən bizlər oluruq. Hər 2 dəqiqədən bir verilən səsli reklamlarla həm qulaqlarımız xarab olur , həm də əsəblərimiz.
Bunun üçün ən yüksək səviyyədə hara şikayət edə bilərik, görəsən? Çünki Bakı Nəqliyyat Agentliyi şikayətləri vecinə almır..."
Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...