Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                 

Azərbaycanda müəllimlərin müqavilələri özlərindən xəbərsiz ləğv edilir? - BU NƏDİ BELƏ?
Tarix: 7-11-2022, 09:36 | Çap et
Azərbaycanda müəllimlərin müqavilələri özlərindən xəbərsiz ləğv edilir?
“Mil-Muğan Regional Təhsil İdarəsi öz tabeliyində olan ümumtəhsil müəssisələrindəki müəllimlərdən xəbərsiz onların müddətsiz əmək müqavilələrini birtərəfli ləğv edib”.
DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə işini itirmək qorxusu ilə adını açıqlamayan müəllim deyir.
Onun sözlərinə görə, əmək müqavilələri ləğv edilən müəllimlərdən xəbərsiz 2022-ci il sentyabrın 28-də müqavilələri yenilənib.
Otuz illik iş təcrübəsi olduğunu deyən müəllim müqaviləsinin sıfırlandığını təsadüfən öyrənib:
“Rayondakı banklardan birinə kredit götürməyə getmişdim. Sistemdə baxıb, dedilər ki, iş stajınız uyğun deyil. Əlavə etdilər ki, sizinlə 2022-ci il sentyabrın 28-də əmək müqaviləsi bağlanıb. Digər bir banka müraciət etdim, eyni cavabı aldım. Bankda olanda, mənə kifayət qədər çox ərizə göstərildi. Bildirildi ki, hazırda Elm və Təhsil Nazirliyi ilə danışıqlar aparılır. Əgər razılığa gəlinsə, müəllimləri dəvət edib, kredit veriləcək”.
Zərərçəkən məsələ ilə bağlı Regional Təhsil İdarəsinə müraciət edib. İddia edir ki, ona qaydanın belə olduğu və məsələ ilə bağlı aidiyyəti instansiyalara müraciət etməmək tapşırılıb:
“Regional Təhsil İdarəsindən sərt formada bildirildi ki, bundan sonra belədir, bunu bütün müəllim və direktorlar bilir. Regiondan direktorların hər birinə konkret şəkildə tapşırılıb ki, hər hansı bir məktəbdən “Qaynar xətt”ə zəng edilsə, həmin məktəbin direktoru ilə ayrıca haqq-hesab çəkəcəyik. Bizə hələ də cavab verilməyib ki, niyə bizim müqaviləmiz sıfırlanıb”.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı sorğunu cavablandırmayıb.
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, heç bir regional idarə tərəfindən müəllimlərə və məktəb direktorlarına Nazirliyin “Qaynar xətti”nə məlumat verməməklə bağlı tapşırıq verilə bilməz.
Əlavə edib ki, Nazirlik tərəfindən müəllimlərin müqaviləsinin sıfırlanması ilə bağlı tapşırığın verilməsi mümkün deyil:
“Belə bir qadağa təbii ki, ola bilməz. Regional idarələrin yaradılması məqsədi də odur ki, müraciətlər ilk öncə onlara edilsin. Müəllimin, valideynin, məktəb direktorunun problemini yerində həll etmək mümkün deyilsə, bununla bağlı nazirliyə müraciət edə bilərlər. Belə bir məlumat yoxdur və hesab edirəm ki, belə bir tapşırıq da ola bilməz”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə müddətsiz əmək müqaviləsinə hansı hallarda xitam verilməsi və bu zaman işçinin hansı hüquqlarının əsas götürülməsini şərh edib.
Onun sözlərinə görə, müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilər. Bu, işçinin işə götürənə maddi və mənəvi ziyan vurduğu, yaxud da uzun müddət işə gəlmədiyi hallarda baş verə bilər:
“Həmçinin, müəllim sertifikasiya və attestasiyadan keçmədiyi hallarda da işinə xitam verilə bilər. Amma burada vacib məqam odur ki, işçiyə əvvəlcədən xəbərdarlıq olunmalıdır. Hətta Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq olunmazdan öncə işçi çağırılmalı, izahatı alınmalıdır. Ondan sonra onun əmək müqaviləsinə xitam verilə bilər. Əmək şəraitinin şərtləri dəyişdiyi halda da kompensasiyalar verilməlidir. Elə hallar var ki, ixtisara düşəndə, əmək şəraitinin şərtləri dəyişəndə, işçiyə qabaqcadan xəbərdarlıq edilir. Başqa işlər təklif olunur”.
Sahib Məmmədov tövsiyə edir ki, zərəçəkən müəllimlər məsələ ilə əlaqədar vaxt itirmədən məhkəməyə müraciət etsinlər:
“Təhsil sistemində məni təəccübləndirən heç nə yoxdur. Nə desən baş verə bilər, özbaşınalıq və tam saxtakarlıqdır. Həmin müəllimlər dərhal əvvəl mediasiyaya, sonra da məhkəməyə müraciət etməlidirlər. Elm və Təhsil Nazirliyi adlı bir qurum yoxdur. Yerlərdə özbaşınalıqdır. Nazirin özünə sınaq müddəti təyin etmək lazımdır”.
Təhsil eksperti Nabatəli Qulamoğlu da hesab edir ki, müəllimlərin müddətsiz müqaviləsinin pozulması məhkəmə predmetidir:
“Təcrübədə belə hallar çox olub. 2012-ci ildə keçmiş təhsil naziri Mikayıl Cabbarov dedi ki, əyalətlərdə iki mindən artıq müəllim saxta diplomlarla fəaliyyət göstərir. Nazirlik həmin müəllimləri işdən çıxardı. Saxta diplomlu müəllimlər də məhkəməyə müraciət edib, yenidən işə bərpa olundular. Güman edirəm ki, məhkəmə o işi həll edəcək. Belə məsələlər yuxarıdan həll olunur. Yuxarıdan göstəriş verirlər ki, bunu belə edin.
Sertifikasiya ilə bağlı belə bir qayda, sanksiya yoxdur. Üstəlik, sertifikasiya başa çatmayıb. Yalnız ibtidai sinif müəllimlərinin bir hissəsi üçün sertifikasiya aparılıb”.
Müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanları 2022-ci il avqustun sonunda başlayıb. Bu müddət ərzində 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, onların 78 faizi sertifikatlaşdırmadan uğurla keçsə də, 22 faizi yaxşı nəticələr göstərməyiblər.
Nazir əlavə edib ki, sertifikatlaşma imtahanlarında iştirak edən 11 min müəllimdən iki mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir.
Sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Dünən, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Dünən, 14:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru