“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                 

Əbülfəs Qarayevin oğurladıqlarının İZİ İLƏ... - Keçmiş nazirə CƏZA VERİLƏSƏKMİ?
Tarix: 8-04-2022, 10:58 | Çap et
Əbülfəs Qarayevin oğurladıqlarının İZİ İLƏ...
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin və ailəsinin sahib olduğu bizneslə bağlı dəfələrlə yazılıb. Bu dəfə isə onun Xorvatiyadakı biznesi haqda məlumat yayılıb. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Koleziumun (dairəvi Amfiteatr arenası) yanında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevə məxsus 3 ulduzlu, 3 mərtəbəli “Amfiteatr” hoteli yerləşir. Əbülfəs Qarayev bu hotelə 12 il əvvəl sahib olub. O, həmin vaxt Azərbaycanın mədəniyyət və turizm naziri vəzifəsini icra edirdi.

Pulanın Amfiteatr küçəsi 6-da yerləşən hotel 18 nömrədən və geniş restorandan ibarətdir. Bura köhnə tarixi bina olub, yerli dövlət orqanları binanın mühafizəsi şərtilə modernləşdirilməsinə icazə veriblər. O zaman Xorvatiya mediası yazırdı ki, hotel Azərbaycandan olan “biznesmenə” 1 milyon avroya başa gəlib. Yatırım edən LK D.O.O. (LTD) şirkəti 2008-ci ildə Pulada Mutvoranska 3 ünvanında 20 min xorvat kunası nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Daşınmaz əmlak alışı və satışı kateqoriyasında təsnifləşdirilmiş LK D.O.O-nun təsisçisi isə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımovadır.

Xorvatiya mənbələrinə görə, LK (Lalə Kazımova ad-soydının abbreviaturası) LTD-nin 2020-ci ildə gəliri 604.712.00 HRK (xorvat pul vahidi) təşkil edib.

Şirkətin icraçı direktoru kimi Anar Nağıyevin adı sənədlərdə keçir. Anar Nağıyev Əbülfəs Qarayevin zamanında Mədəniyyət və Turizm Nazirliyində müşavir vəzifəsində çalışıb. O, vaxtilə YAP elitasının önəmli fiquru olmuş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin qardaşı oğludur. Anar Nağıyevin atası bir zamanlar Səbayel və Binəqədi rayonlarının polis rəisi olmuş Nazim Nağıyevdir.

Bu arada Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun barəsində verilən apelyasiya şikayəti üzrə məhkəmə icraata verilib. Şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə baxılacaq.

5 milyon manatdan artıq büdcə vəsaitinin yeyintisində suçlanan Zakir Sultanov istintaqçıların araşdırmalarla müəyyən etdikləri bu ziyanı istintaq dövründə ödəyib. Pulun 4 milyon manatı nağd pul şəklində ödənilib. Sabiq xidmət rəisinin 600 min dollarlıq, 130 min, 10 min və 20 min manatlıq əmlaklarının üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub. Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Zakir Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. Zakir Sultanov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun məhkəmədə verdiyi ifadələri yada salmaqda fayda var. Zakir Sultanovun sözlərinə görə, mənimsənilən pulların çoxunu o, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə verib. Hətta məhkəmə dövründə də Zakir Sultanov dəfələrlə Əbülfəs Qarayevin məhkəməyə dəvət olunaraq ifadə verməsini tələb edib. Lakin onun vəsatətləri təmin edilməyib. Belə görünür ki, müavinin dedikləri gerçəyin yalnız az bir hissəsidir və Qarayev dövləti talayıb xaricə daşıyıb. Amma hələ də bağında oturub istirahət edir...

Əbülfəs Qarayev hələ nazir olduğu günlərdə tanınmış rejissor Cəlaləddin Qasımov “Yeni Müsavat”a açıqlamasında Mədəniyyət Nazirliyindəki bütün neqativlərin nazirin adına bağlı olduğunu açıqlamışdı. Onun müsahibəsindən sitat: “Mən də elə bilirdim ki, onun heç nədən xəbəri yoxdur. Mən hər dəfə sənədləri aparırdım. Sonra mənə dedilər ki, nazirlikdə bütün qərarları Əbülfəs Qarayev verir. Həbsdə olan müavinlərin günahı yoxdur, günah Əbülfəs Qarayevdədir. Nazirin xəbəri və razılığı olmadan heç vaxt saxtakarlıqlara yol verməzlər. Onun alınan rüşvətdən də, edilən özbaşınalıqdan da xəbəri var. Ölkə başçısı bütün sahələrə olduğu kimi mədəniyyət sahəsinə də diqqət ayırır. 2008-2018-ci illərdə kino sahəsinin inkişafı üçün böyük pullar ayırıb. O pulların aqibəti ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparmalıdır. Büdcədən ayrılan pullar hara gedib? Film sahəsinin inkişafı üçün ayrılan pullar bəllidir ki, ”yeyilib". Çəkilən filmlər hamısı arxivə göndərilib. Araşdırılsın ki, büdcədən ayrılan pullar həqiqətən filmlərin çəkilməsinə xərclənibmi. Elə adamlara fəxri adlar verilib ki, adam şoka düşür. Xalq onları tanımır, istedadları yoxdur. Biz əvvəllər fəxri ad alana uca insan kimi baxırdıq. İndi alanların çoxu biabırçı vəziyyətdədir. Adam baxanda fəxri addan uzaqlaşır". diaaz.space-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Əbülfəs Qarayevin həbsi üçün kifayət qədər əsaslar var: “Mədəniyyət Nazirliyindəki korrupsiya cinayətləri məhkəmə qərarlarında əksini tapıb. Artıq ittihamlar Azərbaycan məhkəməsinin hökmü ilə təsdiqini tapıb. Yəni Əbülfəs Qarayevin rəhbərliyi altında mədəniyyət sahəsinə dövlət büdcəsindən ayılan milyonların oğurlanması faktları ortadadır. Zakir Sultanov 5 milyon manatdan artıq büdcə vəsaitini dövlətə qaytarıb. Ona görə də iş üzrə yeni həbslərin olması üçün çox ciddi əsaslar yaranıb. İndi üzə çıxır ki, Əbülfəs Qarayev nazir olanda Xorvatiyada 3 ulduzlu, 3 mərtəbəli ”Amfiteatr" hotelini 1 milyon avroya alıb. Həmin pul Azərbaycan dövlətinin, Azərbaycan xalqınındır. Azərbaycan mədəniyyətindən oğurlanıb. İstintaq bu məsələni araşdırmalıdır. “Amfiteatr” hoteli Azərbaycan xalqına qaytarılmalıdır. Ona görə də bu iş üzrə həbslərin davam etməsinin vacib olduğu qənaətindəyəm. Çünki ortada bu qədər böyük cinayətlər var. Buna baxmayaraq, həbs olunanlar elə də böyük fiqurlar deyil. Verilən məlumatlardan məlum olur ki, Mədəniyyət Nazirliyində dövlət vəsaitinin mənimsənilməsi ilə yanaşı digər cinayət əməlləri də baş alıb gedib. Bakının arxitektura nümunələri olan binaların Mədəniyyət Nazirliyinin reyestrindən çıxarılaraq sökülməsi və yerində çoxmərtəbəli binaların tikilməsindən tutmuş mədəniyyət şöbələrinə rəhbər təyinatlarında, eləcə də turizm şirkətlərindən və hotellərdən alınan rüşvətə qədər nə desən var. Pul qarşılığında mədəniyyət nümunələrini, tarixi abidələri satanlar dövlət idarəetməsinə doluşub bu millətin keçmişini silib gələcəyinə böyük zərbə vurublar. Bu qədər cinayət hadisəsi nazirliyə Əbülfəs Qarayev rəhbərlik edəndə baş verib. O, nazir olaraq hara baxırdı? Dogrudanmı Əbülfəs Qarayevin baş verənlərdən xəbəri olmayıb? Kiminsə nazirin rəhbərlik etdiyi qurumda baş verənlərdən xəbərsiz olmasına inanacağını gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Bütün oxlar Əbülfəs Qarayevə tərəf istiqamətlənib. Ona görə də həbslərin bir ucu Əbülfəs Qarayevə də gedib çıxmalıdır".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru