“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                 

“İnvest.M Construction” MMC mülkiyyətçilərin xeyrinə çıxarılan qərara məhəl qoymur - NARAZILIQ VAR!
Tarix: 16-02-2022, 11:03 | Çap et
“İnvest.M Construction” MMC mülkiyyətçilərin xeyrinə çıxarılan qərara məhəl qoymur
Paytaxtın Nəsimi rayonu ərazisində yaşayan sakinlər mənzillərinin sökülməsindən narazıdırlar. DİA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən yaşayış binalarında yaşayan sakinlər – Ləzgiyev Fazil Hüseyn oğlu, Qasımov Zaməddin Cavanşir oğlu, Dadaşov Rəhim Tahir oğlu, Əyyubov İlqar Aqil oğlu, Nağıyev Şamil Salman oğlu və digər 38 nəfər mülkiyyətçi tərəfindən müraciət daxil olub.

Sakin Fazil Ləzgiyev açıqlamasında bildirib ki, sözügedən küçələrinin kəsişməsində yerləşən ərazi Nəsimi Rayon Bələdiyyəsinin mülkiyyətində olan 1,55 ha torpaq sahədir:

“Sözügedən Nəsimi rayonu, Mirəsədulla Mirqasımov 4 ünvanının daxili həyət hissəsində yerləşən üç ədəd iki mərtəbəli yaşayış evlərinin 100 ilə yaxın yaşı var. Burada 170-dən çox mənzil var. Burada yerləşən çoxmənzilli yaşayış binasının mülkiyyətçilərindən 70 nəfər tərəfindən imzalanan müraciətdə vətəndaşlar binanın sökülməsindən narazıdır. Belə ki ərazi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncamına əsasən, Bakı Şəhəri, Nəsimi rayonu, akademik Mirəsədulla Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən 1,55 ha torpaq sahəsi yeni yaşayış binalarının tikintisi üçün “İnvest.M Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında ifadəsinə verilib. Onlar da öz növbəsində binadakı mülkiyyətçilərin bir qismi ilə razılığa gələrək söküntü işlərinə başlayıblar. 30-35 mənzilin mülkiyyətçiləri ilə razılığa gəldikdən sonra mənzillərin qapıları, pəncərələrini sökdülər.

Biz bu məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etdik. Biz Apellyasiya Məhkəməsində də işi udduq. “İnvest.M Construction” MMC mülkiyyətçilərin xeyrinə çıxarılan qərara məhəl qoymur. Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncamı tərəfimizdən Bakı İnzibati Məhkəməsində mübahisələndirilir. Məhkəmə tərəfindən qəbul edilmiş və dərhal icraya yönəldilmiş 9 iyul 2021 tarixli Qərardad ilə Bakı şəhəri, Nəsimi Rayonu, Akademik Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış binasında hər hansı tikinti quraşdırma işlərinin, o cümlədən tikintiyə hazırlıq işlərinin aparılması, Bakı Şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış binasında boşaldılmış mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması “İnvestr.M Construction” MMC-yə qadağan edilib. Həmin Qərardadla Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli Qərardadı qüvvədə saxlanılıb.

Lakin qəbul edilmiş qərara məhəl qoymayan “İnvestr.M Construction” MMC-nin nümayəndələri boşaldılan mənzilləri sökərək bərbad hala salmağa davam edir. Onların məqsədi binanı qəzalı hala gətirməklə sakinləri vahiməyə salmaq və istəklərimizə zidd müqavilələr bağlamağa məcbur etməklə halal mülkiyyətimizi fırıldaqçılıq yolu ilə əlimizdən almaqdır. Müraciəti aidiyyəti qurumlara ünvanlamaqda məqsədimiz proseslərin gedişi çərçivəsində yekun qərar qəbul edilənə qədər söküntü və kommunikasiya xətlərinin kəsilməsi ilə bağlı atdıqları addımları dayandırmaqlarıdır”.

Şikayətçi onu da əlavə edib ki, binanın həyətindən “Qırmızı Kitab”a düşən nadir ağaclar da daxil olmaqla 500-dən çox müxtəlif ağac və kollar var.

Şikayətçi özü də vəkil olduğunu qeyd edir və bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 226-cı maddəsində yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ anlayışı var. Məcəllənin 226.1, 227, 227.1, 227.2 maddələrində bu məsələ ilə bağlı hüquqi məqamlar yer alır.

Şikayətçilərin iddiaları ilə bağlı “İnvestr.M Construction” MMC hüquqşünas vəkil Yavər Yavərzadə Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ünvandakı mülkiyyətçilərin böyük əksəriyyəti ilə müqavilə bağlanılıb, heç bir problem yaranmayıb:

“Sözügedən ərazinin sahəsi kifayət qədər böyükdür. Orada mülkiyyətçilərdən biri həm də vəkildir. Söhbət Ləzgiyev Fazil Hüseyn oğlundan gedir. O daha əvvəl başqa tikinti şirkətlərində sakinlərin köçürülməsi prosesi ilə məşğul olub və bu səbəbdən sakinlərə şirkətin işgüzar nüfuzunu ləkələyəcək yanlış məlumatlar verərək narahatlıq yaradır. Biz yeganə tikinti şirkətlərindənik ki, sakinlərə həm pul təklif edirik, həm hazır binalarda mənzil, həm də söküləcək ərazidə inşa ediləcək binada mənzil təklif edirik. Tikinti müddəti ərzində sakinlərin mülkiyyətlərində olduğu mənzillərə müvafiq olaraq kirayələdikləri evlərin aylıq ödənişlərini də qarşılayırıq.

Həmin ərazidə yaşayan Ləzgiyev Fazilin mülkiyyətində 100 kvadratmetr sahəsi var. O bu ərazi üçün 1 milyon 500 min manat pul tələb edir. Bu rəqəm real deyil. Şirkətə qarşı bu cür ittihamların səsləndirilməsinin səbəbi buradan qaynaqlanır. O, digər sakinləri də şirkətə qarşı qaldırır və şirkətin nüfuzuna xələl gətirəcək addımlar atır. Məsələ ilə bağlı məhkəməyə müraciət edib bütün tikintinin dayandırılmasını tələb etdilər. Lakin İnzibati Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etdi. Çünki 80 nəfər müqavilə imzalayıb, evini təhvil verib və mənzil gözləyir. Bir neçə adamın artıq tamahı ucbatından 80-ə yaxın sakinin hüquqları pozula bilməz. Buradakı evlər 1926-cı ildə inşa edilib və qəzalı vəziyyətdədir. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq qərarı da mövcuddur. Sadəcə olaraq həmin F.Ləzgiyev şirkəti şantaj etməklə məşğuldur”.

Vəkil müqavilə şərtlərinin sakinlərin istəklərinə uyğun olmadığına dair iddialara da cavab verib:

“Həmin ərazidə mülkiyyətçi olan vəzifəli şəxslər də, hakimlər də var. Onların hər biri də müqaviləni imzalayıb və prosesin yekunlaşmasını gözləyir. Biz bu gün ərazinin bir hissəsini köçürmüşük. Təxmini 70 nəfərə yaxın sakin köçürülüb, cəmi bir neçə adam qalıb. Şirkət hər ay 50 minə yaxın kirayə pulu ödəyir. Bu kimi problemlərlə prosesin uzanması şirkətə də ziyandır. Bu isə il ərzində 600 min pul ziyan deməkdir. Şirkət müflis olandan sonra köçürülən 80-ə yaxın mülkiyyətçini kim evlə təmin edəcək? Biz bunu da düşünməliyik.

Onlarla dəfələrlə danışmışıq, təklif etmişik ki, istədiyiniz mənzili tapın, kirayəsini biz danışırıq. Kirayə pulu da üç aylıq birdən təklif edilir və bu il ərzində belə davam etdirilir. Ödənişlər sakinlərin kart hesablarına köçürülür. Hətta onlara təklif etmişik ki, binaların inşasının başa çatmasına inanmırsınızsa, sizə hazır binalarımızdan mənzillər verək. Evinizin dizaynı da şirkət tərəfindən edilsin. Sadəcə olaraq, çox sui-istifadə edirlər. Məhkəmələr ədalətli qərar verdi, indi də media orqanlarına müraciət etməyə başlayıblar”.

“Əksər obyektlərin müqaviləsi var. Təxmini 15 mülkiyyətçi ilə sənədləşmə prosesi davam edir. Sakinlər arasında narahatlıq yaratdığı üçün biz aidiyyəti qurumlara da müraciət etmişik ki, şəxs barəsində qanun çərçivəsində tədbir görsünlər. Eyni zamanda ərazidə ağaclarla bağlı məsələyə də münasibət bildirim ki, orada bir ağacın budağına belə toxunulmayıb. Ərazidə hər hansı ağac köçürülməsinə ehtiyac yaranarsa, bununla bağlı qanunuyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilir və rəy əsasında ərazi üzrə icra hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən köçürülmə prosesi həyata keçirilə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru