![4 aydan çoxdur ki, maaş ala bilmirlər... 4 aydan çoxdur ki, maaş ala bilmirlər...](/uploads/posts/2021-03/thumbs/1615012777_02.jpg)
Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin genişləndirilməsində iştirak edən "Akkord"un işçiləri aksiya keçirir.
![4 aydan çoxdur ki, maaş ala bilmirlər... 4 aydan çoxdur ki, maaş ala bilmirlər...](/uploads/posts/2021-03/thumbs/1615012807_01.jpg)
Bu barədə Yeniavaz.com-a aksiyada iştirak edən işçilər məlumat veriblər. Onlar bildirirlər ki, artıq 4 aydan çoxdur ki, maaş ala bilmirlər. Sonuncu dəfə əmək haqqı kartlarına 200 manat köçürüldüyünü deyən işçilər yol çəkilişində işləməkdən imtina etdiklərini bildirirlər.
![4 aydan çoxdur ki, maaş ala bilmirlər... 4 aydan çoxdur ki, maaş ala bilmirlər...](/uploads/posts/2021-03/thumbs/1615012843_0001.jpg)
İşçilər deyirlər ki, maaşlarını ala bilməyən işçilərin sayı 450 nəfərə yaxındır. Onlar iş icraçısının onlara nə vaxt əmək haqqı veriləcəyi ilə bağlı suallarını cavablandırmadığını qeyd ediblər.