Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                 

"Məhkəmə həbsində olan evi satıb, əşyalarımı da talan ediblər" - Nazirə şikayət olundu
Tarix: 16-09-2020, 10:32 | Çap et
"Məhkəmə həbsində olan evi satıb, əşyalarımı da talan ediblər"
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə idarəsinin icra şöbəsinin əməkdaşlarının uzun illərə dayanan fəaliyyətsizliyi ucbatından Gəncə şəhər sakini Ələkbərova Kifayət İsbar qızının dalana dirənmiş hüquqları barədə dəfələrlə məlumat vermişik. Qüvvəsini almış qətnamə və qərardadların qeyri-işlək mexanizminə diqqət ayırmışdıq. Nəticədə adıçəkilən şikayətçiyə və qızı Vüsalə Ələkbərovaya verilməli olan 30 min manatlıq ev əşyalarının müəmmalı şəkildə “yoxa çıxdığı" iddiasını da oxucu diqqətinə çatdırmışdıq.

"Demokratik.Az"-ın məlumatına görə, nəhayət ki, qalmaqallı iş üzrə yeni hallar üzə çıxıb. Daha doğrusu, zərərçəkmiş şikayətçi Kifayət Ələkbərovanın saytımıza növbəti açıqlamasına görə, Gəncə şəhəri, Bakı küçəsi 70 nömrəli evin uçurulmasına başlanılıb.

Evin uçurulmasının səbəbi və proses isə maraqlıdır. Şikayətçinin dediyinə görə, 10 ildən artıqdır ki, qətnamə əsasında həmin evdə saxlanc olan və dəyəri 30 min manat kimi qiymətləndirilən 156 adda ev əşyalarını hələ də qaytarmayan mülkiyyətçi Saida Quliyeva sözügedən evi dolayı yollarla satıb. Məqsədi isə illər əvvəldən adından çıxardığı həmin evə icra tərəfindən həbs qərarının yayındırılması olub. Sənədlərdən də aydındır ki, adıçəkilən istəyinə nail də olub, o, məhkəmə icraçılarının və DƏDRX-nin 3 saylı Gəncə ərazi idarəsinin "başbilənləri"nin köməkliyilə məsuliyyətlərdən yayındırılıb.
Şikayətçi Kifayət Ələkbərova növbəti şikayət məktubunda Ədliyyə naziri cənab Fikrət Məmmədovdan kömək istəyir, özbaşınalıqların olduğunu faktlarla diqqətə çatdırır:
"2009-cu ildən başlanan özbaşınalıq, qanunsuzluq Gəncə 3 saylı Ərazi İdarəsində səngimək bilmir, rəhbərliyə müraciət etdikdə isə heç bir araşdırma aparılmır, yalnız göstərişlər verilir. 2009-cu ildən bu günə kimi DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsində 6 dəfə dəyişdirilən rəhbərliklərin qəbulunda olmuşam.
Məni qəbul edirlər, dərhal İdarənin hüquqşünasını çağırırlar: ”Bu işləri özün cizmisən, özün də poz” bildirirlər.
Bakı şəhərindən gələn yoxlamanın qəbulunda olduqda, DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsinin sabiq rəisi Nazim Məmmədova verdiyi sual bu olmuşdu: “Bu nədir? Bu qanunsuzluqları aradan qaldırın”. Lakin heç bir tədbir görülmədi, idarənin rəisi yenisi ilə əvəz olundu. Və törədilən cinayətin üstü nəinki açıldı, hətta davam belə etdi. Məhkəmə tərəfindən ləğv edilmiş çıxarışları qüvvədə saxlayır, mübahisəli mülkə dair qəti həbs qərarının olmasına məhəl qoymayaraq alqı-satqı proseslərini davam etdirirlər. "Ağsaqqal qadınsan nə istəyirsən bizdən, uduzmusan da" söyləyirlər. Vətəndaşla oyun oynayırmış kimi davranırlar.
2020-ci ildə DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsinin rəis müavinin Abdulla Abdullayevin qəbulunda olduqda isə araşdırma aparılmasına göstəriş vermək əvəzinə “Pul verib mülkə dair həbs qərarı almısan”deməsi məni lap aşalamışdır.

Mübahisə predmetinə çevrilən Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülk 1938-ci ildə qaynatam Ələkbərov Tahir Abdulla oğluna məxsus olub.1956-cı ildə qaynatam rəhmətə getmiş və mülk qaynanam Ələkbərova Şərəbanı Məmmədtağı qızının adına keçmişdir. 1970-ci ildə Ələkbərov Sabir Tahir oğlu ilə ailə qurmuşuq, övladlarımız, nəvələrimiz bu evdə anadan olmuşdur. Kiçik oğlum Ələkbərov Qabil Sabir oğlu bu evdən əsgəri xidmətə getmiş, Qarabağ müharibəsi veteranıdır. Övladlarımın üçü də Ali təhsil almışlar, ailə həyatı qurmuşlar. Haqsızlıqlara dözməyən həyat yoldaşım həyatını itirdi.

1965-ci ildən Bakı şəhərində yaşayan baldızım Quliyeva Sayidə Tahir qızı ata mülkündən pay almaq məqsədilə Gəncə Nizami rayon Məhkəməsinə müraciət etmiş Gəncə şəhəri Bakı küçəsi 70 saylı evə bütünlüklə sahib olmuşdu.Quliyeva Saidə Tahir qızı öz cinayətkar yoldaşları ilə nəinki ata-baba yurdumuz olan Gəncə şəhəri Bakı küçəsi ev 70-i məhv etmiş, hətta ailəmizə məxsus ümumi dəyəri 30 min manata kimi qiymətləndirilən 156 adda ev əşyalarımızı belə talan etmişdir.Gəncə şəhər İcra idarəsinin səhlənkarlığı ucbatından 156 adda ev əşyalarımızı cinayətkar Quliyeva Saidə Tahir qızından geri ala bilmirik.

Məhkəmənin müvafiq qərarı ilə mənə və ailəmə məxsus 156 adda ev əşyaları (ümumi dəyəri 30 min manata kimi qiymətləndirilmişdir) hal-hazırda mübahisəli evdə saxlanıldığı göstərilir. Quliyeva Sayidə mənə məxsus 156 adda ev əşyalarının talan edildiyini söylədikdə, Gəncə şəhər İcra idarəsinin məmuru İlkin Qədimov Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün Quliyeva Sayidənin adına olan hissəsinə həbs qoyulmasını Məhkəmədən istəmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 12.02.2020-ci il tarixli 8(044)-24/2020 qərar verilmişdir.

DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin tərəfindən törədilən cinayət bununla bitmir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkə dair 12.02.2020-ci il tarixli qəti həbs qərarının (№8(044)-24/2020) olmasına baxmayaraq, DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsindən 09.07.2011-ci ildə Həsənova Qəribənin adına verilmiş, Məhkəmənin qərarı ilə ləğv olunmuş çıxarışa Forma 1 verilmiş, Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülk 5 saylı DNK-da bağlanılmış alqı-satqı müqaviləsinə əsasən Həsənova Qəribə Hümbət qızının Nağıyev İsrəfil Əli oğluna verilən etibarnaməsi ilə 27 iyul 2020-ci il tarixdə Məmmədova Sevda Hidayət qızına satılmış, 05 avqust 2020-ci ildə isə DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsindən Məmmədova Sevda Hidayət qızına çıxarış verilmişdir.

Məmmədova Sevda Hidayət qızı isə öz növbəsində dəfələrlə müraciət olunmuş 102 xidmətindən edilən zənglərə, polis tədqiqatçılarının, küçə üçlüyünün iradlarına məhəl qoymayaraq “yuxarılardan ona göstərilən tapşırıqlara” əsasən tələm-tələsik, dayanmadan tikinti işlərini davam etdirir.

Küçə üçlüyünün hər iki tərəfin sənədlərini araşdırarkən mənə “Sən düz deyirsən, əlində həbs qərarı var, tikinti mütləq dayanmalıdır“, qarşı tərəfə “Sən də düz deyirsən, əlində sənədin, çıxarışın var” deməsi həm gülüncdür, həm də acınacaqlı.

Gəncə Nizami rayon Məhkəməsinin qanunu qüvvəyə minmiş 18.08.2008-ci il tarixli (2-14/08-saylı) Qətnaməsində Gəncə şəhəri Bakı küçəsindəki 70 saylı evin Ələkbərova Şərəbanı Məmmədtağı qızının adına olan ¼ hissəsinə vəsiyyətnamə üzrə vərəsə kimi Quliyeva Sayidə Tahir qızının mülkiyyət hüququ tanınmış, Gəncə şəhəri Bakı küçəsindəki 70 saylı evə bütövlükdə Quliyeva Sayidə Tahir qızının adına DƏDRX-dən çıxarışın verilməsi DƏDRX-in Gəncə şəhər Ərazi İdarəsinə havalə edilmişdir

Gəncə Nizami rayon Məhkəməsinin qanunu qüvvəyə minmiş 18.08.2008-ci il tarixli (2-14/08-saylı) Qətnamə tamamilə ləğv edilərək 03 iyul 2009-cu il tarixli (044)-970/09 saylı Qətnamə çıxarılmışdır: Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “B” literli hissəsinə Ələkbərova Şərəbanı Məmmədtağı qızının mülkiyyət hüququ tanınsın.Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “B” literli hissəsindəki tikililərə Ələkbərova Şərəbanı Məmmədtağı qızı (1996-cı ildə rəhmətə gedib) ilə Rəhimov Ələsgər Ələkbər oğlu (2000-ci ildə rəhmətə gedib) arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Rəhimov Sergey Ələsgər oğlu Rəhimov Ələsgər Ələkbər oğlunun vərəsəsi hesab edilsin və Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “B” literli hissəsinə Rəhimov Sergey Ələsgər oğlunun mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsi AR ƏM üzrə DK yanında DƏDRX-in Gəncə şəhər Ərazi İdarəsinə havalə edilsin.

Xahiş edirəm diqqət yetirəsiniz, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi Məhkəməyə “Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsindəki (ölülərlə alqı-satqı müqaviləsi) yanlışlıqların düzəldilməsinə dair ərizə” ilə müraciət edərək Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “A” və “B” hissələrə ayrılması üçün əlavə izah tələb etmişdir.

Bu günkü gündə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsində verilən çıxarışlar hər biri Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsinə istinad edilərək verilir.
2009-cu ildən başlayaraq Gəncə şəhəri Bakı küç ev 70-lə bağlı müxtəlif illərdə verilən 7 (yeddi) sayda çıxarışların: “2009-cu ildə Quliyeva Sayidəyə, 2009-cu ildə Rəhimov Sergeyə, 2010-cu ildə Quliyeva Sayidəyə, 2011-ci ildə Həsənova Qəribəyə, 2013-cü ildə Quliyeva Sayidəyə, 2014-cü ildə Rəhimova Nazpəriyə(Rəhimov Sergeyin həyat yoldaşı), 2020-ci ildə Məmmədova Sevdaya” verilən çıxarışların araşdırılmasını tələb etmişəm.

Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2013-cü il tarixli 2(104)-183/2013 saylı qətnaməsinə əsasən Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsi tamamilə ləğv edilmiş, Gəncə Nizami rayon Məhkəməsinin 18 avqust 2008-ci il tarixli (2-14/08-saylı) Qətnaməsinə əsasən Gəncə şəhəri Bakı küçəsi 70 saylı ev bütövlüklə Sayidə Quliyevanın adına qaytarılmışdır.

DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “B” literli hissəsinə Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsinə əsasən Rəhimov Sergey Ələsgər oğluna verilmiş çıxarış ləğv olunur.

Gəncə şəhəri Bakı küçəsi ev 70 “A” literli hissəsinə Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsinə əsasən Həsənova Qəribə Hümbət qızına verilmiş çıxarış (Ali Məhkəmənin, Gəncə Apellyasiya Məhkəməsinin müvafiq ləğv qərarlarının olmasına baxmayaraq) bu günə kimi qüvvədə saxlanılır.

Sizdən xahiş edirəm, ailəmə və mənə məxsus ümumi dəyəri 30 min manata kimi qiymətləndirilən 156 adda ev əşyalarımızın baldızım Quliyeva Sayidə Tahir qızından alınaraq mənə verilməsinə və DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsində Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkə dair sənədlərin qanunu şəkildə yoxlanılmasına göstəriş verəsiniz".
//Demokratik.Az//

"Məhkəmə həbsində olan evi satıb, əşyalarımı da talan ediblər"
"Məhkəmə həbsində olan evi satıb, əşyalarımı da talan ediblər"
"Məhkəmə həbsində olan evi satıb, əşyalarımı da talan ediblər"
"Məhkəmə həbsində olan evi satıb, əşyalarımı da talan ediblər"
"Məhkəmə həbsində olan evi satıb, əşyalarımı da talan ediblər"
"Məhkəmə həbsində olan evi satıb, əşyalarımı da talan ediblər"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru