Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                 

"“Zirvə liseyi” övladımın sənədlərini girov saxlayıb" - Valideyndən nazirə Açıq məktub
Tarix: 14-09-2020, 10:27 | Çap et
"“Zirvə liseyi” övladımın sənədlərini girov saxlayıb"
7 yaşlı şagirdin vaildeyni “Zirvə liseyi”nin vəzifəli şəxslərinin etdiyi qanunsuzluqlara görə, Təhsil naziri Emin Əmrullayevə açıq müraciət edib.

Unikal.org-a müraciət edən Ayaz Mirzəzadə adıçəkilən liseyin 2 F sinif şagirdi olan övladı Malik Mirzəzadənin sənədlərini girov saxladığını bildirir:

“Cənab nazir! Azərbaycan Respublikasının Təhsil naziri təyin olunmağınız ölkə ictimaiyyətində təhsilin gələcəyinə və inkişafına böyük ümidlər yaratdı. Əminəm ki, mənim kimi bir çox insan, bu məsuliyyətli işdə yorulmadan çalışacaq və Azərbaycan təhsilinin və gəncliyinin parlaq gələcəyi uğrunda cənab Prezidentin sizə olan etimadını və Azərbaycan xalqının təhsillə bağlı gözləntilərini doğruldacağınıza ümid edir.

Bildirirəm ki, hər bir qayğıkeş valideyn övladının uğurlu gələcəyini düşünür və onun keyfiyyətli təhsil almasını istəyir. Ötən 2019-2020-ci tədris ilində COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkədə həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisində 03.03.2020-ci il tarixindən yerində təlim-tədris dayandırıldı və onlayn formada təhsilin davam etdirilməsi barədə qərar qəbul edildi. Hərkəsə bəllidir ki, müxtəlif subyektiv və obyektiv səbəblərdən (şagirdlərin yaş səviyyəsi, şagirdələrin və müəllimlərin texniki imkanları və s.) onlayn (online) tədris yerində tədrisin effektini vermədi. İbtidai siniflərdə təhsil alan şagirdlərlə bağlı isə, onlayn tədris ümumiyyətlə effektsiz oldu. Birincisi ibtidai sinifdə təhsil alan azyaşlını saatlarla kompüter qarşısında oturaraq dərsləri dinləməyə razı salmaq elə də asan deyil, ikincisi bu azyaşlının ümumiyyətlə səhhətinə və psixologiyasına ciddi təsir göstərməyə bilməz. Elə bu səbəbdəndir ki, dövlət tərəfindən 15 sentyabrdan yalnız ibtidai sinif şagirdlərinin yerində tədrisinə qərar verildi. Bəli başadüşüləndir ki, hazırda ölkədə aparılan bu kimi tədbirlər əhalinin sağlamlığının təminatına hesablanıb.

Amma əsas məsələ bu deyil. Bugün ölkədə kifayət qədər özəl ümumi təhsil verən məktəblər (liseylər) var və bunlar şagirdin qanuni nümayəndəsi ilə (valideyni və s.) xidmət müqaviləsi bağlayaraq təlim-tədris xidmətləri satırlar. Dövlət tərəfindən yerində təlim-tədris dayandırıldıqdan sonra şərait əhəmiyyətli dərəcədə dəyişdi və heçbir özəl məktəb şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə bağladığı müqavilələrə dəyişiklik etmədi, halbu ki, təhsil haqqına bir çox hallarda şagirdin məktəbdə qidalanması, bir çox hallarda məktəb-ev arasında hərəkəti üçün nəqliyyatla təmin olunması, müəyyən dərnəklərə qoşulması və s. xərclər də daxildir. Qeyd olunanlara baxmayaraq, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi təhsil xidməti satan özəl məktəblər tərəfindən nəzərə alınmadı (baxın Mülki Məcəllə 422-ci maddə) və valideynlərdən normal şərtlərdə bağlanmış müqavilə üzrə xidmət verilmədiyi halda həmin müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqı tələb edildi. Təhsil Nazirliyinin təhsil sahəsində tənzimləyici funksiyasını bu məsələdə işə salmaması özəl məktəblərin bu qanunsuz tələbini sanki daha da haqlı göstərməyə qulluq etdi.

Ən faciəli hissəsi isə odur ki, “sy.edu.az” portalının açılması ilə, bir çox valideyn öz övladlarının icbari ümumi təhsil almaq yerini (məktəbini) dəyişdirmək istədiyi zaman həmin özəl məktəblər müqavilə şərtlərinə əməl etmədiyi halda (buna epidemik vəziyyəti səbəb göstərərək) qarşı tərəfdən (valideynlərdən) tam ödəniş tələb etməyə başladı və ödənişin qalan hissəsini haqlı olaraq ödəməkdən imtina edən (müqavilə şərtlərinə əməl etməyən və ya edə bilməyən tərəfin qarşı tərəfdən öz öhdəliyini icra etməsini tələb etmək tamamilə əsassız və qanunsuzdur) valideynlərin övladlarının sənədlərini girov saxlayaraq, vətəndaşların (şagirdlərin) Azərbaycan Respublikasının Konstutisiyası və digər qanunvericilik aktları ilə qorunan icbari ümumi təhsil almaq hüququnu pozmağa başladılar.
Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır və təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsinə əsasən, təhsil haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Belə ki, müqavilələrdən irəli gələn istənilən mübahisə mülki qanunvericiliyin tələbinə əsasən məhkəmələrdə həll edilir. İstənilən münasibət uşağın icbari ümumi təhsil almasına mane olmamalıdır.

Bir çox valideynin başına gətirilən bu qanunsuz hərəkətlər “Zirvə liseyi” tərəfindən mənə (övladıma) qarşı da edilir. Dərslərin başlamasına 2 gün qalmasına baxmayaraq, sənədlər lisey tərəfindən girov saxlanılır və uşağın başqa məktəbə köçürülməsi prosesinin tamamlanmasına maneə törədilir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının 6-cı bəndinə əsasən, rayon (şəhər) məhkəmələrinin baxdığı Məcəllənin (İXM) 181.0.1 və 182-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından – Təhsil naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri, onun müavini, regional təhsil idarələrinin rəhbərləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, onun müavinləri tərəfindən tərtib edilir.

Hazırda ölkədə bu qanunsuz hərəkətlərdən (ödəniş əsas göstərilməklə şagirdin sənədlərinin verilməməsi – girov saxlanılması və onun icbari ümumi təhsil almasına maneə törədilməsi) əziyyət çəkən yüzlərlə valideynin, onların övladlarının haqq səsini bu Açıq məktub vasitəsilə Sizə çatdırıram. Ümid edir və inanıram ki, Təhsil naziri olaraq, valideynlərin haqq səsinə səs verəcək və baş alıb gedən bu qanunsuz hərəkətlərin qarşısının dərhal alınması istiqamətində təxirəsalınmaz tədbirlər görəcəksiniz.”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru