Nəqliyyat nazirliyi sürücülərə racon kəsib - ŞİKAYƏT VAR
Tarix: 20-12-2016, 11:01 | Çap et
Dekabrın 16-da Xətai rayonunda “Neftayırma” zavodunun yaxınlığında, Fəhlə prospekti ilə Babək prospekti arasındakı küçədə “Şaqman” markalı yük maşınının yolun kənarındakı divarı deşərək o bir üzü çıxmasında Bakı Şəhər DYP-nin və Nəqliyyat Nazirliyinin işçilərinin “xidmət”ini nəzərə alıb, “Şaqman” sürücülərinin Fəhlə prospektində yığışdığı çayxanaya baş çəkdik. Sürücülər Bakı Şəhər DYP-nin və Nəqliyyat Nazirliyinin işçilərinin əlindən cana doyub desək, yanılmarıq. Təəssüf ki, sürücülər problemlərini danışsalar da, adlarını deməyə ehtiyat etdilər. Səbəbini özləri də etdiraf etdilər ki, adımızı desək, DYP və Nəqliyyat Nazirliyinin işçiləri bizi daha çox incidəcək. Maşınımızı da əlimizdən alacaqlar. Bu ölkədə adını belə dilə gətirməyin nə qədər qorxunc, təhlükəli olduğunun bir daha şahidi olduq. Bir tikə çörək üçün, ailəmizə, uşağımıza problem yaratmamaq üçün “dilimiz kəsilmiş” bir məmləkətdə yaşayırıq.Təəssüf ki, bu bir reallıqdır. Hər kəs susmağa davam edir. Haqqı pozulmuş insanlar susduqca cəmiyyət daha acınacaqlı duruma düşməkdə davam edir. Ölkədə məmur özbaşınalığı, korrupsiya da beləcə tüğyan edir. Sürücülər Bakı Şəhər DYP-nin və Nəqliyyat Nazirliyinin işçilərinin onlardın hər birindən ayda 500 manat “aylıq ödəniş” tələb etdiklərini və hər ay bu pulu verməyə məcbur qaldıqlarını bildirdilər. Sürücülərdən biri bildirdi ki, ayın 1-2-si olan kimi, “Raboçi” prospektini çəkib görsünlər ki, DYP işçiləri necə “dilənçilik” edirlər: “İşlədin-işləmədin, bu pulu verməlisən. Yola çıxdınsa, pulu verməsən, içəri basacaqlar. Bizə deyirlər ki, o vergini verməmisənsə, “vətən xaini”sən. Verdiymiz pula görə bizə heç bir çek vermirlər. Bu qanuni vergi deyil. Bir sözlə, yiyəsiz ölkədə yaşayırıq. Hamımız bekarçılıqdan domino oynayırıq. Qarabağ əlilləri intihar etdi. Indi də bizm canımıza düşüblər. Bu ölkədə rüşvətlə dolanırlar. Özləri də deyirlər ki, rüşvət yoxdur. O qəzaya düşən sürücü yox, DYP işçisi ölsəydi, yaxşı olardı. Çünki qəzanın səbəbkarı o olub. Sürücünü Allah saxlayıb. O cür qəzadan sağ çıxıb. O DYP işçisinə od vurmaq lazımdır. Elə DYP işçisini İranda dar ağacından asarlar. Yazsanız da, bu ölkədə heç nə düzələn deyil. Boş şeydir”. Həmin sürücü onu da əlavə etdi ki, buraya bir keçid qoymurlar: “Burada həmişə adam ölür. Xəzər TV neçə dəfə gəlib çəkib. Heç bir işarə də qoymayıbar. DYP-yə o lazımdır ki, ölüm olsun”. Digər bir sürücü də dedi ki, hər ay 250 manat DYP, 250 manat da Nəqliyyat Nazirliyinin işçiləri alır: “Aylıq verməyib, trasa çıxdınsa, 300 manat da cərimə alırlar. Bu da 800 manat edir. Ona görə, konkret aylığa oturmalı oluruq. Maşının da qazancı ayda min manat olur. Bununla biz necə dolanaq?! Əllərində siyahı var. Yolda maşının nömrəsinə baxıb, dalınca düşürlər. Əgər kiminsə adı yoxdursa, cərimələyirlər. Sonra da aylıq verirsən. O gün qəzaya düşən maşının sürücüsü aylıq pulu verməyib. Ona görə də qəza vəziyəti yaranıb. Deməli, pul verəndə yola çıxmaq olur, pul verməyəndə çıxmaq olmur. Yazığın bir maşını var idi. DYP işçisinin güdazına getdi. 8 nəfər külfət ac qaldı. Axı, DYP işçisinin nə ixtiyarı var ki, kiminsə maşınını sürüb aparsın?! Belə özbaşınalıq olmaz. DYP işçisi istəyib ki, maşını saxlatdırib, cərimə meydançasına aparsın. Sürücü maşını skorosta saxlayıb düşüb. Sürücüyə deyib ki, cərimə meydançasına sür. O da deyib ki, müdiriyyətim deyib sürmə, sürmürəm. DYP işçisi belə olanda maşına oturub. Sürücü də istəyib ki, onun əlindən maşını alısn və DYP işçisini maşından düşürüb. Ancaq maşını saxlamağı çatdıra bilməyib, maşın gedib divarı deşib. İndi sürücünün vəziyyəti orta ağırdır”. Başqa bir sürücü də əlavə etdi ki, əvvəllər cəmi 50 manat pul veriridik: “Onda iş də yaxşı idi. Təxminən 3 ildir ki, hər ay 500 manat veririk. 250 manat DYP, 250 manat da Nəqliyyat Nazirliynin işilərinə. Əvvəl yanacaq da 45 qəpik idi. Işimiz yaxşı idi deyə verə bilirdik. Ozümüz də dolanırdıq. Onlara da verə bilirdik. Ancaq indi nə işimiz, nə də qazancımız var. İki ildir ki, yanacaq da 60 qəpikdir. İndi onlara da pul verə bilmirik. Özləri bu vəziyyəti başdan yaradıblar. Əslində, bizə axşam saat 8-9-dan sonra işləməyə ixtiyar verilib. Onda da incidirlər. Əlavə hər bir prospektin öz aylığı var. “Maskovski”nin , “Raboçi”nin, “Yasamal”ın öz aylığı var”. Bir sürücü isə qeyd etdi ki, Işləyib elə onlara, təkərə, ehtiyat hissələrə veririk: “Günbəgün təkərin də qiyməti qalxır. Biz indi onlara verilən pulu qazana bilmirik. Məcbur edib alırlar. Adımızı deməyə qorxuruq. Ona görə də bu vəziyyətdəyik. Adımızı desək, gəlib maşını da aparcaqlar”. Çayxanada olan təxminən 10-15 nəfər “Şaqman” sürücüsünün hamısı Bakı Şəhər DYP-nin və Nəqlqiyyat Nazirliyinin işçilərinin hər ay onlardan 500 manat pul aldqlarını təsqdiqlədi. Rüşvət yoxdur deyilən ölkədə hələ bu kiçik məmurların aldıqları rüşvətdir. Görün, iri, korrupsioner məmurlar dövlətin nə qədər vəsaitini talan edirlər?! Elə ona görə də sadə vətəndaş normal yaşamaq imakanlarından məhrum qalıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58 |
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
• İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00 |
|
|
|
• Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59 |
|
|
|
• Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56 |
|
|
|
• USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54 |
|
|
|
• ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46 |
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
|