"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                     Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb .....                     Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi .....                     Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib .....                     Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ .....                     Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır .....                     “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” .....                     "Niyə bu gün həmin musiqilər oxunur?" .....                     Vahid Əhmədov təkzib etdi: .....                     Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib .....                     “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” .....                     “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” .....                     Paşinyanın ABŞ-yə plansız səfəri... .....                     Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                 

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda nə baş verir? - İDDİA
Tarix: 8-11-2016, 10:58 | Çap et
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda nə baş verir?
C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktor müavini, professor Rafael Daşdəmirovun fəaliyyətində müşahidə olunan neqativ hallar barədə qəzetimizdə dərc etdiyimiz tənqidi yazılar gözlənilməz effektə səbəb olub. Belə ki, dünən, günün ikinci yarısında redaksiyamıza telefon zəngi daxil olub. Bizimlə əlaqə saxlayan şəxs özünü Rafael Daşdəmirovun qudası (qızının qaynanası) kimi təqdim edən Zoya İsmayıl qızı adlı bir xanım idi. Etiraf edək ki, Zoya xanımın danışdıqlarını həqiqətən də “şok açıqlamalar” kriterisinə aid etmək olar. Açıqlamalar o dərəcədə sarsıdıcı xarakter kəsb etmiş oldu ki, hətta müsahibimizin telefon danışığından bir qədər sonra bizə faksla göndərdiyi şikayət ərizəsində əks olunan məlumatları da yalnız ciddi redaktə və ixtisarlarla təqdim etmək qərarına gəldik. Çünki yaxın qohumunun irəli sürdüyü ittihamlarda Rafael Daşdəmirovun çirkin əməllərindən onun hətta öz ailə üzvlərinin də ziyan çəkdikləri bildirilir.

Zoya İsmayıl qızının bizə verdiyi açıqlamaları elə onun öz adından, yəni birinci şəxsdən təqdim edirik: “İlk növbədə özüm barədə onu deyə bilərəm ki, mən, təqaüdə çıxana qədər, əlli il ərzində Rus dili və ədəbiyyatı müəlliməsi işləmişəm. Valideynlərim də həkim olublar. Ümid edirəm ki, özümü ziyalı adlandıra bilərəm. Sizin qəzetinizdə barəsində tənqidi yazı dərc olunmuş professor Rafael Daşdəmirov mənim oğlumun qaynatasıdır. Daha doğrusu, mən onu keçmiş qaynata kimi də təqdim edə bilərdim. Çünki oğlum artıq faktiki olaraq Daşdəmirovların qızı ilə boşanıb. Lakin boşanma hələ tam rəsmiləşdirilməyib. Elə bu ailə yaşadığımız problemlər də məhz bu səbəbdəndir.

Dünən, axşam saatlarında Rafael Daşdəmirovun həyat yoldaşı Nazilə xanım mənimlə telefon əlaqəsi saxlayıb. Qeyd edim ki, Nazilə xanım özü də həkim-ginekoloqdur və Buzovnadakı doğum evində işləyir. Gözləmədiyim halda mənə qarşı ittihamlar irəli sürən Nazilə Daşdəmirova, məni Rafael Daşdəmirov barəsində mətbuata informasiya təqdim etməkdə təqsirləndirdi. Danışığımız uzun çəkmədi. Aramızda artıq bir müddətdir ki, müəyyən mübahisələr və hətta münaqişə yaranıb. Daşdəmirovlar oğlumu şərləyərək, onu polisə veriblər. Bu səbəbdən də, belə qənaətə gəliblər ki, Rafael Daşdəmirov barəsində dərc etdiyiniz faktları sizə mən təqdim etmişəm. Növbəti dəfə məni və oğlumu təhdid edərək, Nazilə xanım sözünü bitirdi. Mən də ona bildirdim ki, indiyədək onlardan heç yerə şikayət etməmişəm. Amma bu söhbətdən sonra artıq mən də danışacağam.

Bundan sonra, ilk növbədə internet axtarış sistemi vasitəsilə sizin dərc etdiyiniz yazını tapdım. Əlaqə nömrələrinizi də saytınızdan götürdüm. Götürdüm ki, mənim də dərdimi deməyə bir ünvanım olsun. Dərdim, problemlərim isə həqiqətən də böyükdür. Çünki Daşdəmirovlar, özləri də etiraf etdikləri kimi, həqiqətən də çox imkanlı insanlardırlar və bu imkanlarını istədikləri (daha doğrusu istəmədikləri) insanlara pislik etməyə, problem yaratmağa çox asanlıqla yönəldə bilirlər. Hətta bu insan onların öz ailə üzvləri olsa belə.

Mənim oğlum bu ailənin qızı, Aynur Daşdəmirovanın ikinci həyat yoldaşıdır. Bu qızcığazın birinci ailəsini dağıdan da Rafael Daşdəmirov özü olub. Onun daimi təpkilərindən stress və əsəb sarsıntıları keçirən qızı doğuş zamanı müəyyən psixo-nevroloji xəstəliyə düçar olub. Artıq ikinci doğuşda isə, onun vəziyyəti bir qədər də pisləşib. Bütün bunlar Aynurun keçmiş həyat yoldaşını da sarsıdıb. Bir tərəfdən də, Rafael Daşdəmirovun ailə daxilində yolverilməz, iyrənc əməlləri, zülmkarlığı gərginliyin daim artmasına nədən olub. Nəticədə Aynurun keçmiş həyat yoldaşı ayrılmaq qərarına gəlib. Bundan sonra, Rafael Daşdəmirov iki nəvəsini də, kürəkənini də cəzalandırmaq qərarına gəlib və onları metronun “İçərişəhər” stansiyası yaxınlığında yerləşən, yaşadıqları evdən çıxararaq, məhkəmə ilə həmin evi kürəkəninin əlindən alıb.

Bir qədər sonra, mənim oğlumun Aynurla tanışlıqları baş tutub və gənclər evləniblər. Lakin az müddət sonra Rafael Daşdəmirovun xisləti yenidən özünü büruzə verib. Bu dəfə də hədəfdə əlbəttə ki, professorun yeni kürəkəni olub. Oğlumun əsəbləri yaranmış gərginliyə Aynurun birinci həyat yoldaşından da az müddət davam gətirə bilib. O da ayrılmağa qərar verib. Rafael Daşdəmirov isə, əvvəlcə oğlumu ailədə saxlamaq üçün “kökə” siyasətini işə salıb. Bu məqsədlə kürəkənə bahalı maşın, villa, obyekt, xarici səfərlər, bir sözlə “gözəl həyat” vəd olunub. Hətta avtomobil alınıb da. Lakin oğlum bunların nə ilə nəticələnəcəyini artıq bildiyindən qərarından dönməyib. Hər şeydən imtina edərək, həyat yoldaşını da, Daşdəmirovları da tərk edib. Amma Rafael Daşdəmirovdan yaxa qurtarmaq elə də asan deyil. Belə ki, professor indi də “dəyənək” siyasətini işə salıb. Öz əlaqələrindən istifadə edərək, Rafael Daşdəmirov saxta ekspert rəyi alıb və qızının kürəkəni tərəfindən guya ki, döyülməsi, həm də ağır xəsarət yetirməklə dpöyülməsi barədə polisə şikayət ərizəsilə müraciət edib. Hazırda bu şikayət əsasında Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində, Elbrus tərəfindən araşdırma aparılır. Rafael Daşdəmirov isə, mənə belə deyir: “Mən Binəqədinin polis rəisi Namiq müəllimin ailə həkimiyəm. Buna görə də bölmədə istintaq da mənimrəyimə görə gedəcək. Əgər oğlunun həbsdə çürüməsini istəmirsənsə, 20 min manat mənə, 10 min manat da polisə verəcəksən. Yoxsa, bu işin başqa həlli yolu yoxdur”. Daşdəmirovlar bilirlər ki, mənim o qədər pulum yoxdur və heç vaxt da olmayacaq. Dediyim kimi, təqaüdçü müəlliməyəm. Həm də xəstəyəm. Bir müddət əvvəl ağır əməliyyat keçirmişəm. Digər tərəfdən isə, Rafael Daşdəmirov nəinki 20 minə, heç 2 milyona da pul demir. Ən səthi araşdırma

bu dediklərimi təsdiq edər. Onun Biləcəridə hektarlarla torpaq sahələri, Rəsulzadə və Buzovna qəsəbələrində şəxsi imarətləri, Türkandakı möhtəşəm bağ evi, paytaxtın Gənclik, Dərnəgül, 6-cı mikrorayon və digər ərazilərində yerləşən elit yeni tikili binalarda mənzilləri, bahalı avtomobilləri və digər mülk və əmlakının dəyərləndirilməsi aparılarsa, 200-300 min manat, riyazi dillə desək, yalnız yuvarlaqlaşdırmağa gərəkən bir rəqəmə rahat çevrilər. Hələ mən, Nazilə Daşdəmirovanın yalnız xarici ölkələrdən alınan və brend markalardan ibarət olan qızıl-brilliant zinyət əşyaları kolleksiyasından danışmıram.

Sual oluna bilər, belə olduğu halda Daşdəmirovların bizdən istədikləri nədir? Heç nə! Sadəcə olaraq professor Daşdəmirov, onun öz sözlərilə desək, “qanunları pulla almaqdan” və bir də insanların talelərilə oynamaqdan, onlara zülm etməkdən çox xoşlanır. Məhz bunun nəticəsidir ki, bu gün bu insanın öz ailəsi də pərən-pərən olmuşdur. İndi də hədəfdə mənim oğlumdur. Bunu da qeud edim ki, oğlum 20 il Sərhəd qoşunlarında, baş gizir rütbəsində hərbi qulluqda olub, Vətənə şərəf və ləyaqətlə xidmət edib. Əslində Aynur Daşdəmirovanın da oğluma qarşı heç bir iradı, ondan şikayəti yoxdur. Onun bir müddət əvvəl telefonda bizə dediklərini qeydə də almışam. Həmin səs yazısında da aydın eşidilir ki, Aynur bütün baş verənlərdə atasını ittiham edir. Deyir ki, Rafael Daşdəmirov öz doğma qızına şiddət göstərərək, onu polisə yalan ifadə verməyə məcbur etmişdir...”

Gördüyünüz kimi, Zoya xanımın bura qədər Rafael Daşdəmirovun ünvanına səsləndirdiyi ittihamlar da kifayət qədər ağırdır. Amma inanın ki, açıqlamada bundan sonra yer alan fakt və iddialar hətta ən utanmaz insanı belə riqqətə gətirə biləcək ittihamlardan ibarətdir. Elə bu səbəbdən də, onları dərc etmirik. Yalnız ümid edirik ki, Zoya İsmayıl qızının bu dedikləri də müvafiq instansiyalar və ilk növbədə Kardiologiya İnstitutunun rəhbərliyi tərəfindən diqqətə alınacaq.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru