"UniBank" vətəndaşın "qanına susayıb"? - ŞOK İDDİA
Tarix: 26-10-2016, 09:29 | Çap et
Son vaxtlar "Unibank”ın ölkədə "at oynatması” oxucularımız tərəfindən etirazla qarşılanır. Bu özbaşınalıq bankın nüfuzuna ciddi xələl gətirməklə yanaşı, bank rəhbərliyinin bundan xəbərinin olması isə daha dəhşətlidir.
Bəli, söhbət vətəndaşları cana yığan, hətta onları intihar həddinə çatdıran "Unibank”dan gedir.
Miq.Az-a daxil olan məlumata görə, "Unibank”ın insanlara qarşı atdığı bu tip addımlar görünür ona "krişalıq” edən adamın yüksək səlahiyyət sahibi olmasından xəbər verir. Bankın qanunlara məhəl qoymamasının əsas səbəbi də məhz budur.
Bankın kredit faizlərində fırıldaq edərək, müştərilərin hesabına əlavə borclar yüksələməsi, müştəriləri aldadaraq, fırıldaq yolu ilə pullar qazanması, "Albalı” kart kimi fırıldaq şəbəkəsini qurması artıq məlumdur. Hələ borcu olan müştərilərin şəxsi əmlakını qeyri-qanuni yolla müsadirə edərək, bazar qiymətindən iki, yaxud üç qat ucuz qiymətə almasını demirik. Bütün bunlar ölkə mediasının zaman-zaman gündəmini zəbt edib. Lakin bütün bunlara baxmayaraq, "Unibank”ın qanunsuz fəaliyyətini nəinki dayandıran, ümumiyyətlə bu haqda danışan belə yoxdur. Məhz bu faktordan çıxış edən bank "fəaliyyətini” daha da genişləndirərək, müştərilərin şəxsi həyatına qədər müdaxilə etməkdən çəkinmir.
Təxminən iki ay öncə mediada yayılan bir şikayət bunu əyani şəkildə sübut edir.
38 yaşlı Bayramov Mübariz İsaxan oğlu"Unibank”da qarşılaşdığı fırıldaqlardan bəhs edir.
"Sonuncu dəfə 3 il bundan öncə 1000 manat pul götürdüm. Orda 1800 manat pul yazdılar, qalıq borclarımı silib mənə 800 manat pul verdilər. Kredit üçün heç bir sənəd təqdim etmədim. Tək şəxsiyyət vəsiqəsi ilə, usta kimi fəaliyyət göstərdiyimə görə vermişdilər. Həm də bu kreditdən əvvəl götürdüyüm kreditlərin hamısını vaxtlı-vaxtında ödəyirdim deyə onların daimi müştərisi idim. Sadəcə son zamanlar işim olmadığından maddi vəziyyətim pisləşdiyinə görə kredit ödəmələrimi altı ay gecikdi. Gecikmələrimlə bağlı dəfələrlə banka çağırıblar. Hər dəfə də getmişəm. Axrıncı dəfə isə Xətayi rayonu ərazisində yerləşən "Unibank”dan mənə zəng gəldi. Özünü bankın problemli şöbəsinin hüquqşünası kimi təqdim edən şəxs məni təcili banka çağırdı. Mən də öz növbəmdə həmin şəxsin dəvətini qəbul edib banka getdim. Ora çatan kimi mənimlə telefonda danışan şəxs məni hədələməyə və təhqir etməyə başladı. Sonra otaqda ciblərimi axtararaq, cibimdəkiləri boşaltdı. Hələ bundan başqa o mənə "orda olan şkafı görürsən, ödənişi etmədiyin üçün səni ora salacam və polis çağırıb dələduz kimi təhvil verəcəm”,- dedi. Onun bu sözlərindən çox qorxmuşdum, heç nə də edə bilmirdim, çox əlacsız idim. Amma polis çağırmadı. Əvəzində mənim telefonumu əlimdən alıb ailə üzvlərimin nömrələrini götürdü. Sonra qardaşıma və qohumlarıma zəng edib, mənim kreditimi ödəmələrini əmr etdi. Qardaşım danışandan sonra bankda olan, tanımadığım şəxs ondan məni buraxmasını istədi. Və dedi ki, burax amma vaxt al gətirib ödəsin. O da mənə "indi səni buraxıram, get, hardan dilənirsən dilən, amma 100 manat gətir, krediti ödə”, -deyib buraxdı. Mən də orda ona söz verdim ki, hardan pul tapsam gətirib ödəyəcəm. Sonra gedib komputerim var idi, onu satıb 50 manat aparıb ödədim, onlar da mənə çek verdilər. Axrıncı ödənişimin vaxtdan 1 ay keçdi. Bir aydan sonra "Amay”ın yanındakı filiallarına çağırıb məni hədələyən oğlan yenə zəng etdi. Bu dəfə də məndən ödəniş etməyimi tələb etdi. Mən də ona dedim ki, qardaş, vallah imkanım yoxdu. O da pulun yoxdu, get, oğurluq elə, bank yar, nə istəyirsən elə, gətir pulu ödə deyə cavab verdi. Mən etiraz edərək bildirdim ki, onu bacarmaram. O da mənə əgər onu bacarmırsansa, get, orqanını sat dedi”.
Mübariz Bayramov "Unibank”ın əməkdaşından "yaxşı, orqanımı satıram, amma hara satım? Hansı xəstəxanaya gedim?” deyə soruşur.
Bank əməkdaşı onu 1 saylı şəhər klinik xəstəxanasına (Semaşko) göndərir.
Cavab həqiqətən də dəhşətlidir: "Dedi hə, get ora, mənim adamım var, ona deyəcəm səni qarşılayacaq. Mən alıram böyrəyini. Mən də dedim ki, sən alırsan? Dedi hə. Dedim neçəyə? Qiymətin demədi. Dedim yaxşı 20 dəqiqəyə ordayam. Evə də qorxumdan getmirəm ki, gəlib tutub apararlar. Mən də məcbur qalıb getdim xəstəxanaya. Çatana yaxın həmin şəxs mənə zəng edərək çatıb çatmadığımı soruşdu. Dedim çatıram orda hara girim? Hansı palataya, neçənci mərtəbəyə istəyirsən de girim. Mənə dedi ki, gözlə bir dəqiqəyə sənə zəng edib xəbər edəcəm. Bir müddət keçdi zəng etmədi. Xəstəxanaya daxil olub pilləkəni qalxanda iki həkim keçirdi, onlardan soruşdum ki, "Unibank”ın xəstəxanası burda hansıdır? Zəhmət olmasa deyin də mənə. Onlar da məndən nə olub deyə soruşduqda böyrəyimi satıb bankın borcunu bağlamaq istədiyimi dedim. Həkimlər mənə "get burdan, bunu kim eşitsə səni həbs edər” dedilər. Mən də özüm özümə təəccüblənərək inanmadım. Oradan ayrılıb dayanacağa yaxınlaşdım. Dayanacaqda iki cavan oğlan dayanmışdı. Onlardan da soruşduqda elə bir yeri tanımadıqlarını dedilər. Mən də daha bank əməkdaşına zəng etmədim və evə gəldim. Ondan sonra da nə qədər zəng etdi, sözün açığı qorxumdan cavab vermədim. Onu da deyim ki, o, hər dəfə zəng edəndə məni xoşagəlməz, təhqiredici sözlərlə söyüb, hədələyirdi”.
Göründüyü kimi, "Unibank” müştərilərdən borclarını ödəmək üçün orqanlarını satmağı tələb edir.
Ötən həftə Miq.Az-a müraciət edən şikayətçi isə bankın onu intihar həddinə çatdırdığını bildirmişdi.
Şikayətçi deyir ki, o kreditini vaxtında ödəyib, lakin bank "gecikdirmələr” bəhanəsi ilə onun hesabına əlavə 14 manat borc yazıb. Həmin məbləğin gecikdirilməsinə görə, onun ailə üzvləri, yaxın qohumları narahat edilib.
"Digər tərəfdən, bu şəxsi həyata müdaxilədir. Təsəvvür edin ki, hansısa kiçik məbləğə görə bank sizin bütün qohumlarınıza zəng edərək, borcun ödənilməsini tələb edir. Sonra da bankın zəng etdiyi insanlar bir-bir sizə zəng edərək, məlumat verir. Bu nə deməkdir? Bu insanı intihar həddinə çatdırmaqdır”, - deyə şikayətçi bildirib.
(http://miq.az/az/unibank-14-manata-gre-vetendasi-intihar-heddine-catdirdi-sok-faktlar/).
Birinə böyrəyini satdırır, birini intihara məcbur edir
Bütün bu faktlar "Unibank”ın nəinki qanunları, humanizm qaydalarını da tapdaladığını göstərir. Bəs bankın arxalandığı və məhz buna görə bütün bu qanunsuzluğu törətməsini bank rəhbərliyi və ona himayədarlıq edənlər necə qarşılayır?!
Miq.az-a Masallı rayonu Kubin kənd sakini Ağayev Isaq Əziz oğlu tərəfindən "Unibank"la bağlı daxil olan ŞİKAYƏT məktubunda vətəndaş yazır:
Hörmətli Miq.Az saytının rəhbərliyi!
"Sizə məlumat üçün bildirmək istəyirəm ki, təqaüdçüyəm, limfostaz xəstəliyindən əziyyət çəkirəm. 7 yanvar 2015-ci ildə xəstəliyi müalicə üçün "Unibank"a kredit üçün müraciət etdim. Müqavilədə 1500 ABŞ dolları məbləğində pul yazıldığı halda mənə, 1170 AZN verildi. Həmin pul 1 il müddətinə kreditə verildi. Bankın kredit mütəxəssisi Seyidağa mənə dedi ki, 12 ay ərzində hər ay 115 AZN ödəyərsiniz. 2016 cı ilin yanvar ayında axırıncı dəfə ödəniş etdim və Seyidağa mənə dedi ki, dolların kursu qalxdığı üçün siz əlavə olaraq üç ay da kredit ödəməlisiniz. Mən də fevral və mart ayında 115 manat, aprel ayının 4-də isə 120 AZN banka pul ödədim (qəbzlərin surəti əlavə olunur). Bunula da banka olan borcumu tam şəkildə ödədim. Oktyabr ayında Seyidağa mənə zəng edərək dedi ki, sizin 204 dollar yəni 320 manat borcunuz var. Gəlin onu 4 ay ərzində hər ay 80 manat ödəyin. Siz bizim nümunəvi müştərimiz olmusunuz. Əks halda, məhkəməyə müraciət edəcəyik. Dedim ki, siz məni kim hesab edirsiniz? Sizdən 1170 manat kredit alıb əvəzində 1730 manat pul ödəmişəm. Məni aldadıb dollar əvəzinə manat vermisiniz, indi də məni özünüzə borclu çıxarırsınız. Mənim şahidlərim də var. Sizdən cənab prezident İlham Əliyevə və lazımi orqanlara şikayət edəcəyəm. Hörmətli redaksiya!
Sizdən məsələnin işıqlandırmasını və hüqüqlarımın pozulmaması üçün bizə kömək etməyinizi xahiş edirik."
Hər-halda "Unibank”ın etdikləri belə düşünməyə əsas verir ki, bank və bank rəhbərliyi Azərbaycan qanunlarına hörmətsiz yanaşır.
ANONS
Növbəti yazımızda
"Unibank" iş adamının ofisini əlindən necə almaq istəyir?
80 min manat borcu 120 000 ABŞ dollarına necə çevirdilər?
"Unibank"ın da "xüsusi təcridxanası" varmış?
"Xüsusi təcridxana" harda yerləşir və müştərilər hansı təzyiq altında dindirilir?
Bütün bunlar şikayət materialları əsasında hazırlanmış növbəti materialımızda.
Bizi izləyin!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
• İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00 |
|
|
|
• Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59 |
|
|
|
• Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56 |
|
|
|
• USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54 |
|
|
|
• ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46 |
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
|