Xalq şairinin kürəkəni dövlət xəstəxanasında bazar açıb - İTTİHAM VAR
Tarix: 24-10-2016, 09:01 | Çap et
Bir müddət öncə 5 saylı Kliniki Xəstəxanada baş verən birabırçı durumla bağlı informasiya vermişdik. Hələ o zaman adıçəkilən xəstəxanada antisanitariyanın, rüşvətin baş alıb getdiyini, pinti mühitin, dözülməz şəraitin olduğunu yazmışdıq. Qlobal.az-a verilən məlumata görə, üzərindən bir ilə yaxın zaman ötsə də, bu xəstəxanada vəziyyət daha da ağırlaşıb. Belə ki, burada xəstələrə qarşı həkimlərin sərgilədiyi neqativ münasibət- onlara insan kimi yox, pul kisəsi kimi yanaşmaları artıq dözülməz həddə çatıb. Xəstəxanada çirkabın əlindən tərpənmək olmur. Hər yan kir, pas, çirk, irin qoxuyur. Sanki bu xəstəxanada həftələrlə təmizlik işləri aparılmır. Məlumata görə, burada təmizlik aparan işçilər pul ödəməyən xəstələrin palatalarını təmizləmirlər. Hətta bəzən elə olur ki, palatada yerləşən çarpayıların bəzilərinin altı çirkli qalır. Bu üsulla təmizliyə baxan işçilər onlara "görüm-baxım" eləməyən xəstələri cəzalandırırlar.
Xatırladaq ki, bir neçə il öncə Respublika prezidenti İlham Əliyev cənabları dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq 5 saylı Xəstəxanada tibbi xidmətlərin əksəriyyəti hələ də pul ilə həyata keçirilir. Məlumata görə, xəstəxanada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir. Xəstələr, xəstə yaxınları qarşılaşdıqları bu qanunsuz əməllərdən yuxarı instansiyalara şikayət edəcəklərini deyəndə isə, həkimlər "hara istəyirsiz şikayət edin, lap Heydər Əliyev Fonduna yazın"- deyə cavab verirlər. Qeyd edək ki, hələ ilin əvvəlində xəstəxanada "UZİ"-dən keçən xəstələr 25 AZN, bronxların və ağciyərlərin rentgeni 20 manat, ürəyin kardioqramması 15 manat, mədənin endeskopiyası isə 30 manata, həkimlərin müayinə haqqı 20-30 manat civarında idi. İndi isə bu qiymətlər xeyli qaldırırlb. Səbəb kimi isə bazarlarda kartofun- soğanın bahalaşması göstərilir. Bunlar azmış kimi, rayonlardan təcili olaraq göndərişlə gətirilən xəstələr saatlarla qapıda qəsdən gözlədilir. Ağır durumda olan xəstələrinin acınacaqlı halına dözə bilməyən xəstələrin yaxınları axırda özləri məcbur qalıb həkimlərə pul təklif edirlər. Xəstə yaxınlarının saytımıza söylədiklərinə görə, bu xəstəxanada astadan danışan həkim sanki yoxdur, burada yetən xəstənin- xəstə yaxınlarının başına qışqırır. Bu xəstəxanada nəyəsə etiraz etmək mümkün deyil. O saat həkimlər, tibb bacıları kasıb və ağır durumda olan insanları şantaj edərək deyirlər ki, "hara istəyirsiz gedə bilərsiz. Buradan xoşunuz gəlmir gününə 200 manat verin gedin özələ". Məsələnin ən acıcaqlı tərəfi isə odur ki, bu xəstəxanada alətlərin əksəriyyəti pasiyentlərə edilən xidmətdən sonra təmizlənmir. Hətta burada işləyən həkimlər və tibb bacıları tibbi maskalardan və əlcəklərdən istifadə etmirlər. Xəstaxanada baş verən neqativ hallara isə baş həkim Ziya Əsədov qətiyyən irad bildirmir. Ümumiyyətlə baş həkim Ziya Əsədovun bu xəstəxanada söz sahibi olmadığı, vəzifəsinin öhdəsindən gələ bilmədiyi qeyd olunur. Deyilənə görə, 5 saylı xəstəxana 2-3 həkimin əlində qalıb. Burada bütün qayda-qanunları, daha doğrusu rüşvəti onlar tənzimləyirlər. Və "baş həkim"i də unutmurlar. Onsuz da yaşının çoxluğu səbəbi ilə yaxın zamanlarda vəzifəsindən alınacağı gözlənilən Ziya Əsədov da bu halından çox məmnun görünür. "Az aşım, ağrımaz başım" prinsipi ilə hərəkət edir. Xatırladaq ki, 5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədovun adı əvvəllər də bir çox qalmaqallarda hallanıb. 2014-cü ildə 5 saylı Kliniki Xəstəxananın tərkibindən adı dəyişdirilərək çıxarılan Respublika Yanıq Mərkəzinin keçmiş baş həkimi Vüqar Ələkbərovun "vurulmağında” da Ziya Əsədovun xüsusi rolu olduğu deyilir. Neqativ fəaliyyəti ilə tez-tez mətbuatın gündəminə gələn Ziya Əsədovun rəhbərlik etdiyi 5 saylı Kliniki Xəstəxana ötən il daha bir biabırçı olaya imza atdı. Belə ki, birinci qrup Qarabağ əlili Dadaş Quliyevə xəstəxanada yeri pulla satmaq istəyən 5 saylı Kliniki Xəstəxananın həkimlərinə etiraz olaraq Dadaş Quliyev Xəstəxananın önündə intihar etmək istəyirdi. Bu biabırçı olaya mətbuatın müdəxiləsindən sonra nəhayət ki, birinci qrup Qarabağ əlilinə 5 saylı Kliniki Xəstəxanada pulsuz yer verildi. Xəstə yaxınları bildirirlər ki, baş həkim Ziya Əsədovun xalqımızın böyük, sevimli və unudulmaz şairi Bəxtiyar Vahabzadənin kürəkəni olduqlarını bilən insanlar isə sadəcə təəssüflə başlarını bulayırlar. Görünür milyonlara sevgi, mərhəmət, düzgünlük aşılayan ŞAİRin kəlamlarını eşitməyənlər, dərk etməyənlər də varmış... Lap ocağının başında, dizinin dibində olsa belə! Şikayətdəki iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
• İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00 |
|
|
|
• Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59 |
|
|
|
• Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56 |
|
|
|
• USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54 |
|
|
|
• ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46 |
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
|