"Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                     Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                 

Ermənilərin növbəti GÜNAH KEÇİSİ - Serjik Vigenin hesabına ayıbını örtmək istəyir
Tarix: 7-10-2016, 11:07 | Çap et
Ermənilərin növbəti GÜNAH KEÇİSİ
Uzun sürən tərəddüd və müzakirələrdən sonra Serj Sarkisyan müdafiə naziri vəzifəsinə nəhayət ki, namizəd tapa bildi. Heç kimin proqnoz və ehtimal etmədiyi halda bu posta hərbi sahədən tamamilə uzaq bir adam - Prezident Administrasiyasının rəhbəri Vigen Sarkisyan təyin edildi. İdarəçilik sahəsində uzun illər çalışmış mülki şəxsin hərbi posta gətirilməsi həm ölkə daxilində, həm də Ermənistanla tərəfdaş olan ölkələrdə geniş müzakirələrə yol açıb.

V.Sarkisyanın keçdiyi yola və onun təyinatına nəzər salmaqla, bu qərarın ardınca hadisələrin hansı axarda cərəyan edəcəyini proqnoz etmək olar. Ehtimal etmək olar ki, bununla Sarkisyan aprel hadisələri zamanı yaşanan uğursuzluğu sabiq nazirin üstünə atmaq istəyib. Yəni baxın, mən ordunu bu şəxsə etibar etmişəm, bu da üzərinə qoyulan işin öhdəsindən gələ bilmədi.

41 yaşlı Vigen Sarkisyan 1996-cı ildə Sankt-Peterburqda Şimal-Qərb Mülki Xidmət Akademiyasını, 1997-ci ildə Yerevan Dövlət Universitetini bitirib və 1999-cu ildə beynəlxalq əlaqələr üzrə magistr adı alıb. 2000-ci ildə Fletcher Hüquq və Diplomatiya Məktəbini (Tufts və Harvard Universiteti) bitirib, hüquq və diplomatiya magistridir. 1995-1998-ci illərdə Ermənistan Milli Məclisi sədrinin köməkçisi vəzifəsində çalışıb. 2000-2003-cü illərdə hərbi xidmətdə Ermənistan müdafiə nazirinin referenti olub. 2003-2009-cu illərdə Ermənistan prezidentinin köməkçisi, 2009-cu ildən 2011-ci ilədək - Prezident Aparatı rəhbərinin müavini vəzifələrində çalışıb. Son 5 il ərzində Vigen Sarkisyan Prezident Aparatına başçılıq edib.

Erməni ekspertlərin gəldiyi qənaət budur ki, ölkədə yeni baş nazir və "texnokrat” hökumətin təyinatı hakimiyyətin idarəçilik sistemində sistemli dəyişikliklərə getmək istəyindən xəbər verir. Bu nöqteyi-nəzərdən çıxış edilsə, Vigen Sarkisyan müdafiə naziri vəzifəsinə gətirilməsi anlaşılandır. Yəni bu şəxsin idarəetmə sahəsində çoxillik təcrübəyə malik olduğu əsas götürülüb. Hər üç prezidentin dövründə yüksək postlarda çalışıb. 2007-ci ildən Prezident Administrasiyasında, 2011-ci ildən isə onun rəhbəri vəzifəsindədir. Bütün bu illər ərzində işinin öhdəsindən uğurla gəldiyi vurğulanır. Bir növ hakimiyyətdə "boz kardinal” funksiyasını daşıyan V.Sarkisyan prezidentin ən mühüm tapşırıqlarını yerinə yetirib. Qondarma erməni soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlərə məsul da məhz o idi.

Qərb müşahidəçiləri hesab edir ki, aprel hadisələri zamanı erməni ordusunun yaşadığı uğursuzluqları ört-basdır etmək üçün prezident "günah keçisi” qismində Seyran Ohanyanı seçdi. Onun yerinə mülki şəxsi gətirməklə isə orduda ciddi islahatlar həyata keçirməyə çalışır. Yəqin ki, tezliklə orduda ciddi islahatlar keçiriləcək. Lakin burada belə bir sual ortaya çıxır. Hansı pul və resurslar hesabına? Rusiyanın verdiyi 200 milyon kredit hesabına birtəhər köhnə silahlar almaq, Rusiya hərbçilərinin iştirakı ilə parad şousu düzənləmək mümkün oldu. Lakin tək bununla müasir ordu qurmaq mümkün deyil. Əsgər və zabitlər aşağı əmək haqqı müqabilində güclü ordu quruculuğunda maraqlı ola bilməzlər. İstifadəsi mümkün olmayan "İsgəndər” raketlərini alıb onu nümayiş etdirməklə qüdrətli ordudan danışmaq olmaz.

Ölkənin dövlət borcu artıq 5,5 milyard dollara çatıb. Ermənistanın maliyyə naziri Vardan Aramyan etiraf edib ki, borcun gələcəkdə daha da artmaması üçün hökumət növbəti illərdə daha qənaətçil olmalıdır. O bildirib ki, dövlət büdcəsində xərclər gəlirlərdən çox olduğuna görə, hökumətin böyük borcu əmələ gəlib. Nazirliyin məlumatına görə, 2014-cü ilin sonunda dövlət borcu 4 milyard 441 milyon dollar idisə, bu il avqustun sonunda artıq 5 milyard 484 milyon dollara çatıb, yəni 1 il 8 ay ərzində 1 milyard dollardan da çox artıb.

Rəsmilərin sözlərinə görə, əhali bunun təsirini artıq gələn il hiss edəcək. Baş nazir Karen Karapetyan da gələn il xərclərin təxminən 200 milyon dollar azaldılacağını, vergi yığımının isə artırılacağını bildirib. Ermənistan hakimiyyəti əvvəlki illərdə bu borcların ölkə iqtisadiyyatının inkişafı üçün götürüldüyünü bildirsə də, yeni baş nazir Karen Karapetyan bu günlərdə parlamentdə çıxış edərkən ölkə iqtisadiyyatının çox ağır vəziyyətdə olduğunu deyib.

Və burda belə bir sual yaranır ki, Ermənistan vətəndaşlarının adından götürülmüş 3,5 milyard dollardan artıq borc hara sərf olunub. İqtisadçı Artak Manukyanın sözlərinə görə, götürülən kreditlər effektli olmayıb. O bildirib ki, 2019-cu ildə bu borcların ödənilməsinə çox böyük məbləğdə vəsait yönəltməli olacaqlar. Və əgər bu kreditlər iqtisadiyyatın inkişafına sərf olunmayıbsa, onda ciddi problemlər ortaya çıxacaq. Şübhəsiz ki, qənaət proqramı hərbi xərcləri də əhatə edəcək. Bu sarıdan da orduda köklü dəyişikliklər gözləmək yersizdir. Bundan əlavə, ordunun başlıca problemi əsgər ölümləridir. Ötən illə müqayisədə 2016-cı ildə Ermənistan ordusunda qətl və intihar halları 4 dəfə çoxalıb. Rəsmi mənbələr 2015-ci ildə 3 qətl, 5 intihar hadisəsi qeydə alıbsa, bu ilin ilk 9 ayında qətllərin sayının 12-yə, intiharların isə 10-a çatdığı etiraf edilib. Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin məlumatına əsasən, cari ildə Ermənistan ordusunda 146 ölüm faktı qeydə alınıb: "Onların 77-si aprelin 1-5-i tarixləri arasında gedən döyüşlərə, 69 fakt isə bədbəxt hadisə, təbii fəlakət, qətl, intihar və atəşkəs rejiminin pozulmasına aiddir”. Ofisin hesabatına görə, ölüm hallarının 20-si Ermənistan, 126-sı isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verib.

Yeri gəlmişkən, Vigen Sarkisyanı nazir təyin etməklə Sarskiyan həm də laxlayan mövqeyini möhkəmləndirməyə çalışır. Yeni nazir Rusiyanın adamıdır və erməni saytları da bu səbəbdən diqqəti əbəs yerə V.Sarskiyanın Sankt-Peterburqda təhsil almasına yönəltmirlər.

O ki qaldı keçmiş müdafiə naziri Seyran Ohanyana, onun müxalifətə keçəcəyi barədə məlumatlar dolaşır. Bu barədə Ermənistanın "Hraparak” qəzeti yazıb. Bildirilir ki, o, Prezident Aparatı rəhbərinin müavini Viktor Dallakyan tərəfindən yaradılması planlaşdırılan "Şrdjadarts” (Dönüş) partiyasının sədri olacaq. Hakim Respublika Partiyasında bunu mümkünsüz hesab etsələr də, S.Ohanyanın prezident Serj Sarkisyandan küsülü ayrıldığı deyilir. Şayiələrə görə, yeni partiya da Rusiya mənbələri tərəfindən maliyyələşdiriləcək.
\\ kaspi.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru