Bakıda “Topstaff LTD” MMC fırıldaqçılığı? - "Bu şirkət işə düzəltmə adı altında..."
Tarix: 11-04-2016, 08:45 | Çap et
Bir müddətdir sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən və vətəndaşları aldadaraq xarici ölkələrdə işə düzəltmək adı altında dələduzluq edən “Topstaff LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlləri barədə məlumatlar dərc olunur. “Təzadlar”ın əməkdaşı bu dələduzluğu araşdıran və artıq müəyyən hüquqi nəticəyə gələn Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari xanım Qəhrəmanlı ilə əlaqə saxlamışdır... M.Qəhrəmanlının sözlərindən bəlli oldu ki, sən demə, bu şirkət bir qrup müəllimlərin dələduz fəaliyyətinin məhsuludur. M.Qəhrəmanlı olduqca ilginc faktlar açlqladı: - “Topstaff LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti insanların səmimiyyətindən sui-istifadə edərək onların işə düzəltmə adı ilə külli miqdarda pullarını ələ keçirib. Dələduzluqla məşğul olduğu şübhə doğurmayan bu şirkət indiyədək paytaxtın bir neçə yerində fəaliyyət göstərib. Hər dəfə əməlinin üstü açılanda kirayələdikləri ofisi bağlayıblar... -Mirvari xanım, mu MMC-nin belə açıq şəkildə fəaliyyət göstərməsi nə əcəb hüquq mühafizə və vergi orqanlarının diqqətini cəlb etməyib? -Mən araşdırma aparmışam, konkret şikayətçilərlə görüşmüşəm, onların video çəkilişlərini mənə təqdim ediblər... Mənim üçün də sirdir ki, niyə polis, vergi orqanları onların izinə düşmürlər? Ola bilsin konkret şikayətçi yoxdur... Onu da deyim ki, adı çəkilən MMC-nin məsul işçiləri vətəndaşları aldadaraq dələduzluq etdiklərinə görə yerləşdikləri sonuncu “İSR Plaza”dan da qovulublar. Bu MMC 2008-ci ildə yaradılıb və neft-qaz, həmçinin tikinti şirkətlərini avadanlıqlarla təmin etmək üçün açılıb. Amma 2015-ci ildən etibarən başqa yol tutublar. Guya fəalliyyət sahəsini genişləndiriblər və neft-qaz, tikinti sahəsində yerli kadrlara təlimlər keçməyə, peşəkar kadrlar hazırlamağa, sonradan onları xarici şirkətlərdə işlə təmin etməyə başlayıbdır. Ən dəhşətlisi budur ki, bu MMC-dəkilərin hamısı müəllimlərdir. Məsələn, bu MMC-nin başında duran müəllimlər Vəfa, Ülviyyə, Mətanət müəllimədir... Əsas işləri düzüb-qoşan isə Aydın Hacıyev adlı şəxsdir. O, Ülviyyə Hacıyevanın həyat yoldaşıdır. Amma şikayətçilər mənə dedilər ki, dəstənin başçısı Mətanətdir. Onun da arxasında Aidə adlı bir qadın durur. -Mirvari xanım, niyə aidiyyəti qurumlara siz müraciət etmirsiniz? -Mən Əmək və Sosoal Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə müraciət etdim... Sonradan öyrəndim ki, Müfəttişliyin əməkdaşları həmin MMC-də olublar, Mətanətlə görüşüblər və... İndi istəyirəm Səlim Müslümova rəsmi müraciət edəm ki, müfəttişliyin bu hərəkətini necə anlamaq olar? Hətta sonradan həmin Mətanət şaiyə buraxıb ki, guya mənə 300 manat rüşvət verib ki, susum və sair... Fikir verirsinizmi, dələduzlar hansı üsullara əl atırlar... Fürsətdən istifadə edib Vergilər Nazirliyinin və bu şirkətə işə qəbulla əlaqədar müraciət edən şəxslərin diqqətinə çatdırıram ki, vergidən yayınmaqda və maliyyə pramidasında şübhəli hesab etdiyimiz “TOPSTAFF LTD” yeni şirkətlər açıb. “TOPSTAFF MARİNE” və “TOPSTAFF CONSTRACTİON”. Hətta MMC-nion rəhbər işçilərindən biri şikayətçi Çingiz Tağıyevə və digərlərinə deyib ki, hara istəyirsiniz şikayət edin, 5 evim var, satıb özümü xilas edəcəyəm. Onlar vətəndaşlardan təlim adı altında rüşvət alırlar. Məsələn, 14000 manat verən Çingiz Tağıyev mənə səsli səsli mesaj göndərib, pulunu tələb edir. Dövlət Əmək Müfəttişliyindəkilərin diqqətinə çatdırıram ki, “Topstaff LTD”nin 7 nəfər işçisi var, bir treninq mərkəzi yaradıblar. 300 nəfərin qol çəkdiyi əmək haqqı cədvəli bizdədir. Bu dəstənin içində türk vətəndaşı olan Emrə Zorlu da var. Mənə məlumat verilib ki, “TOPSTAFF LTD”nin əməkdaşları sonuncu dəfə təxminən 50-yə yaxın işçi ilə əmək müqaviləsi bağlayıb (müqavilələr də bizdədir). Həmin əmək müqavilələri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron qeydiyyatından keçməyib. Vəziyyət belədir… “TOPSTAFF LTD” MMC-nin rəhbər işçiləri 800 nəfərdən yuxarı insandan aldığı pulu qaytara bilmir. İşçilərə əmək haqqı da vermirlər. Yanvar ayında 78 nəfər, fevral ayında 300-ə yaxın işçiyə əmək haqqı verilib. Mart ayında əmək haqqı verilməyib (əmək haqqı cədvəli bizdədir, vergidən və sosial ödənişlərdən yayınma var). Onu da deyim ki, bu şirkətdə ikili mühasibatlıq var, əmək müqaviləsində əmək haqqı 200 manat göstərilib, işçiyə isə 500 man verilir və sair… İnanıram ki, tezliklə “Topstaff LTD” MMC müəmmasına aydınlıq gətiriləcək… “Təzadlar”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|