Mübariz Ağayevin Göyçayda “qohum-əqrəba çetesi”: - rayon necə “işğal olunub”?
Tarix: 29-03-2016, 11:34 | Çap et
Uzun müddətdir ki, ölkədə məmur övladlarının və qohumlarının özbaşınalığı əsas problemlərdən birinə çevrilib. Hətta bu məsələ ölkə başçısı səviyyəsində də müzakirə olundu, bir sıra məmurlar və övladları cəzalandırıldı. Amma buna baxmayaraq, bəzi məmurlar hələ də nəticə çıxarmırlar. Bir qədər əvvəl Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qohumları ilə bağlı ilginc iddialar ortaya çıxıb. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatları diqqətinizə çatdırırıq. İlk icra başçısı işlədiyi Göyçaya yenidən icra hakimiyyəti başçısı olaraq dönmək şansı əldə edən Mübariz Ağayev hazırda rayonda qısa müddət ərzində ciddi etiraz, belə demək mümkünsə “vulkan yataqları” yaratmaqdadır. Belə ki, cumhuriyyet.az olaraq mediada yer alan məlumatlardan belə bir nəticə əldə etdik ki, rayondakı fəaliyyətinin heç də qənaətbəxş olmadığından göyçaylılar tərəfindən arzuolunmaz şəxsə çevrilən Ağayevin buraya təqaüdə çıxarılmaq üçün gəldiyini bildiyi üçün hər vəchlə pul qazanmaq barədə düşünür. Bu proses isə elə “Ağayevlər çetesi” tərəfindən həyata keçirilir. Məsələn, icra başçısının qardaşı Maarif Ağayev “Azəryolservis” ASC-nin Göyçay yol idarəsinin müdiri kimi birgə milyonlarla vəsaiti “maxinasiya” edirlər. Onun digər qardaşı Mühakim Ağayevin də Sosial Müdafiə Nazirliyi Tibb Sosial Ekspert Komissiyasının Göyçay rayonunda yerləşən komissiyanın sədri olması Ağayevlərin kapitalının daha da artırmaqdadır. Mübariz Ağayevin qardaşı oğlu rayon Olimpiya İdman Kompleksinin müdiri vəzifəsində çalışır. O, kompleksdə rəhbər olduğu vaxtdan burada qanunsuzluqlar baş alıb gedir. Göyçay icra başçısının qohumları ilə bağlı qalmaqallı məlumatlar bununla kifayətlənmir. Belə ki,cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalar zamanı əldə etdiyi məlumatlara görə M.Ağayevin “Paşa sığorta” şirkətində işləyən Ağamir adlı bacısı oğlu Göyçay Rayon Yol Polisi Şöbəsinin Müslüm adlı işcisini və bir neçə Post Patrul Xidməti əməkdaşlarını 6 nəfərdən ibarət “qoçu” dəstəsi tərəfindən döydürmüşdü. Məlumata görə, Vüqar Musəvini də döyən Ağamirin Cavid adlı qardaşıdır. Hadisənin üstündən xeyli zaman keçməsinə baxmayaraq, Qarabağ döyüşçüsünə, qadına əl qaldıran başçının bacısı oğlu və onun “qoçu”ları haqda bu günədək tədbir görülməyib. Onlar bu gün də rayonda sərbəst gəzirlər. Bu işin digər bir ucu da Göyçay Olimpiya İdman Kompleksinin müdiri olan M.Ağayevin qardaşı oğluna gedib çıxır. Məlumata görə, başçının bacısı və qardaşı övladlarının gözlərinə xoş görünməyənləri həmin kompleksdə gəzib dolaşan, məşq edən “qoçu”lar döyür. Bu gün Göyçay ictimayyətini haqlı olaraq bir sual düşündürür: həmişə prezidentin nümayəndəsi olduğunu vurğulayan M.Ağayev, deyəsən, prezidentin harınlamış məmur balaları və qohumları haqda dediyi sözləri unudub. Xatırladaq ki, hələ Quba rayon icra başçısı olarkən M.Ağayev eyni motivli olaylar üzündən ciddi problem yaşamışdı. Belə ki, o zaman Mübariz Ağayevin oğlunun adı “Atlant” istirahət mərkəzində yaşanan silahlı insidentdə də hallandı. Hansı səbəblərdən başçının oğlu məsüliyyətdən yayındı. İstirahət mərkəzində yaşanan qalmaqalın səbəkarlarından bir məhz Mübariz Ağayevin oğlu bildirilirsə də, sonradan olaya görə cəza alan şəxs Quba şəhər sabiq bələdiyyə sədrinin oğlu oldu. Göyçay Rayon İcra Hakimiyyəti başçısına məxsus iki şadlıq sarayı və bir özəlləşdirilmiş çörək zavodu fəaliyyətdədir. Abadlıq işləri adı altında büdcə təşkilatlarından küllü miqdarda vəsait yığılır. Bundan başqa Təhsil şöbəsinin müdiri Asif Nəbiyev xəstəliyə görə işdən çıxarılmış və Mübariz Ağayev onun yerinə şəhər icra nümayəndəsi Rəşad Məmmədovu təyin edibdir. Rayon camaatı arasında dolaşan, yeni TŞ müdiri tərəfindən söylənildiyi üçün yayılan xəbərlərə görə, Rəşad Məmmədov bu qoltuğa əyləşməsi üçün 150 min manat “şirinlik” vermək məcburiyyətində olub.İcra başçısının öz fəaliyyətləri bütün bunlarla kifayətlənmir, onun bir dələduz qohumu və digər özəl həyatında olan gizli qaranlıq hərəkətləri barədə də məlumatlar verilməkdədir. Sadəcə olaraq bu yazımızda həmin informasiyaların çox kiçik qismini yazdıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|