Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                 

QARABAĞ DANIŞIQLARINDAN MÜHARİBƏYƏ KEÇİD
Tarix: 14-01-2012, 16:46 | Çap et
QARABAĞ DANIŞIQLARINDAN MÜHARİBƏYƏ KEÇİD

MEDVEDEVİN SON QARABAĞ HƏMLƏSİNƏ İNAM YOXDUR

Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanı yanvarın 23-də Soçiyə dəvət etməsi çoxları üçün sürpriz oldu. Çünki Medvedevin hakimiyyət müddətinin bitməsinə təxminən iki ay vaxt qalıb və onun bu qısa zamanda daxili və xarici siyasətdə hər hansı uğur qazanacağı mümkün görünmür.

ABŞ-da Medvedev kimi prezidentləri “axsaq ördək” adlandırırlar. Yəni prezident müddəti başa çatan və postunu tərk etməyə hazırlaşan fiqurun təşəbbüsləri ciddi qəbul olunmur. Ona görə də Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentlərini növbəti dəfə bir araya yığmasının əhəmiyyəti qalmır. Medvedev mövqeyinin nisbətən güclü olduğu 3 ildə prezidentləri 10 dəfə bir araya gətirərək nəticə əldə etməyibsə, son görüşündə münaqişənin həlli ilə bağlı hansı uğur əldə edə bilər?

Dmitri Medvedev 2010-cu ilin iyun ayında azərbaycanlı və erməni həmkarlarını Kazana dəvət etdikdə, bəzi siyasi dairələr az da olsa, baza prisniplərinin imzalanacağı ilə bağlı müəyyən optimist proqnozlar irəli sürürdülər. Ancaq bu görüş də özünü doğrultmadı. Prezidentlər heç bir sənəd imzalamadan geri qaytıdılar. Budəfəki Soçi görüşü ilə bağlı isə ancaq pessimist fikirlər səslənir. Vəzifəsini baş nazir Vladimir Putinə təhvil verməyə çalışan Medvedev Soçi görüşünü sanki Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək üçün deyil, sadəcə azərbaycanlı və erməni həmkarları ilə sağollaşmaq naminə təşkil edir.

Əslində Azərbaycan və Ermənistan prezidentləri də Soçi görüşünün mənasız olduğunu anlayırlar. Soçidə hər hansı irəliləyiş əldə olunmayacağı onlara da əvvəlcədən bəllidir. Əksinə, Azərbaycan və Ermənistan prezidentlərinin Müstəqil Dövlətlər Birliyi çərçivəsindəki bundan əvvəlki Moskva görüşündə az qala əlbəyaxa olmalarına dair xəbərlər yayılmışdı və onlar təmaslara uzun müddət ara verilməsinə tərəfdar idilər. Buna baxmayaraq, İlham Əliyev və Serj Sarkisyan Medvedvin son istəyinə “yox” deyə də bilməzdilər.

Reallıqda isə İlham Əliyev və Serj Sarkisyan Medvedevdən sonrakı danışıqlar mərhələsinə hazırlaşırlar. Rusiyada martda keçiriləcək prezident seçkisində çox ciddi qarşıdurmanın olacağı proqnozlaşdırılır. Putini əvvəlki seçkilərdən daha çətin sınaq gözləyir. Rusiya cəmiyyəti eyni adamı hakimiyyətdə görməkdən yorulub, insanlar dəyişiklik istəyirlər. Putin qələbə çalsa belə, Rusiyada seçki nəticələri ətrafında qızğın mübarizə gözlənilir. Odur ki, Putin martdan sonrakı aylarda bir müddət öz problemləriylə məşğul olmaq məcburiyyətində olacaq. Yəni Dağlıq Qarabağ münaqişəsi yay aylarının sonuna doğru Putinin gündəminə gələ bilər. Digər tərəfdən, Medvedevdən fərqli olaraq Putini Dağlıq Qarabağ münaqişəsinin həlli bir o qədər də maraqlandırmır. Medvedev xoş niyyətli olsaydı belə, ona Moskvadakı bəlli siyasi və hərbi dairələr Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə imkan verməzdilər. Putinin isə, ümumiyyətlə, xoş niyyət deyilən bir dərdi yoxdur. O, Rusiyanın hegemon maraqlarından və Ermənistanla hərbi-strateji əlaqələrin inkişafından çıxış edir. Bu yanaşma isə münaqişənin ədalətli həllinə ziddir. Ona görə də Putinin təşkil etdiyi üçtərəfli görüşlər də böyük ehtimalla imitasiya xarakteri daşıyacaq.

Buna rəğmən, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafındakı imitasiyasını xaricdən poza biləcək dövlətin olmadığı reallıqdır. ATƏT-in Minsk Qrupundakı digər həmsədrləri - nə ABŞ, nə də Fransa Rusiyanın təkbaşına və nəticəsiz qalan vasitəçiliyini əngəlləmək istəyir. Sanki Vaşinqton və Paris danışıqlar prosesindən kənara çəkiliblər. Ancaq Fransanın fəallaşması ehtimalı da Azərbaycana yaxşı heç nə vəd etmir. Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri onun Azərbaycanla müqayisədə Ermənistana necə önəm verdiyini ortaya qoydu. Elə Fransa Senatının “erməni soyqrımı”nı inkar edən qanun layihəsini təsdiq etməyə hazırlaşması da Parisin ermənipərəst mövqeyinin rəsmiləşməsi deməkdir. ABŞ-ın hazırki administrasiyasının isə ümumiyyətlə Cənubi Qafqazın problemlərinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı yoxdur.

Beləliklə, nə Rusiyanın təkbaşına fəallığı, nə də Minsk Qrupunun vasitəçiliyi münaqişənin həllini sürətləndirmək istidarındadır. Bunun üzərinə Rusiyadan başqa bu il Ermənistan, ABŞ və Fransa, gələn il isə Azərbaycandakı prezident seçkilərini əlavə etsək, yaxın iki ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləməyin əbəs olduğu aydınlaşar.

Turan Analitik Xidməti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru