
QULU NOVRUZOV İNSTİTUT DİREKTORU OLDU
Təhsil nazirinin sabiq müavini Qulu Novruzova yeni vəzifə verilib. Lent.az-ın əldə etdiyi məlumata görə, Q. Novruzov Təhsil Problemləri İnstitutuna direktor təyin edilib. Məsələ ilə bağlı sabiq nazir müavini ilə əlaqə saxladıq. O bu xəbəri nə təsdiq, nə də təkzib etdi: “Bununla bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayın, onlar desinlər”.
Xatırladaq ki, adıçəkilən institutun direktoru Abdulla Mehrabov Lent.az-a açıqlamasında bildirmişdi ki, o işdən azad olunması ilə bağlı Təhsil Nazirliyinə müraciət edib.