`Kapital Bank`ın SƏYYAR KAMERALARI bankomatlarını NİYƏ GÜDMÜR? - Nazirə müraciət olundu
Tarix: 3-08-2022, 09:21 | Çap et
 DİA.AZ: - "Maraqlıdır bu kameralar kiminsə klipini çəkir, yoxsa ərazini nəzarət altında saxlayır?" DİA.AZ bildirir ki, bunu jurnalist Nicat Mahmudov Daxili İşlər naziri Vilayət Eyvazova müraciətində qeyd edir.
Daha sonra jurnalistin nazirə ünvanlanan müraciətində deyilir: Hörmətli cənab nazir "Bu gün (02.08.2022) səhər saatlarında üzləşdiyim problem həm bir vətəndaş, həm də jurnalist olaraq məndə haqlı suallar və narahatlıqlar yaratdı. Hər bir insanın üzləşə biləcəyi sıradan bir problemin bu qədər qəlizləşdirilməsi və həll olunmaması ölkənin bank sektorunun xidmət və təhlükəsizlik sistemində ciddi qüsurların olmasını göstərir. Odur ki, bu məsələni şəxsən diqqətə götürmənizi və gələcəkdə belə halların baş verməməsi üçün yol verilən nöqsanların aradan qaldırılmasına yardımçı olmanızı xahiş edirəm. 02.08.2022-ci il səhər saat 11-43-də İnşaatçılar metro stansiyasının yaxınlığında "Kapital Bank"ın qarşısında olan bankomatdan həmin banka məxsus olan kartdan 1100 manat pul çıxarmaq məqsədilə əməliyyat aparmışam. Sadəcə olaraq fikirli olduğum üçün kodu və məbləği daxil etmiş, amma əməliyyat başa çatdıqdan sonra kartı götürsəm də pulu götürmədən bankomatdan uzaqlaşmışam. Bir neçə dəqiqədən sonra pulu götürmədiyimi başa düşərək geri qayıtsam da artıq bankomatda pul yox idi. Kartı təkrar bankomata daxil etdikdə məbləğin balansdan çıxdığını göstərdi. Eyni zamanda kartın balansından 1100 manat məbləğin çıxarılması barədə bildiriş də SMS vasitəsilə müvafiq telefon nömrəsinə göndərilib. Pulun bankomatda olmamasından sonra ortada iki versiya qalır- ya kimsə məndən sonra pulu oradan götürüb, ya da təyin olunan vaxt bitdikdən sonra əskinaslar yenidən bankomata qaytarılıb. Dərhal yaranan problem barəsində 102 çağrı mərkəzinə, banka müraciət etmişəm. Məsələnin maraqlı tərəfi odur ki, bankomatla əməliyyat bilavasitə "Kapital Bank"ın İnşaatçılar filialının qarşısında baş tutub və artıq gün bitməsinə baxmayaraq problemi həll etmək mümkün olmayıb. 29-cu polis bölməsinin əməkdaşları 2 saatdan artıq bankda əməliyyat aparsalar da saatı, dəqiqəsi məlum olan bir hadisənin sonunu müəyyən etmək mümkün olmayıb. Bizdə olan məlumata görə, ilkin olaraq hətta "Kapital Bank"ın təhlükəsizlik əməkdaşları və hal-hazırda həmin filialın müdir əvəzi vəzifəsini icra edən Anar adlı şəxs belə əməliyyatçı polislərin xidmətinə mane olmuşdur. Daima ölkənin bank sektorunda liderliyi ilə öyünən Kapital Bank saat 11-43-də baş vermiş bir əməliyyat barəsində son informasiyanı hələ də təqdim edə bilmir. Məlum deyil ki, pul başqası tərəfindən götürülüb, yoxsa yenidən bankomata qayıdıb. Maraqlıdır ki, hər tərəfdə, həmçinin bankomatın özündə də təhlükəsizlik kameraları olduğu halda hələ də pulun kiminsə tərəfindən götürüldüyü, yoxsa bankomata geri qayıtması müəyyən edilməyib. Konkret vaxt məlum olduğu halda bankomatın qarşısından düz-əməlli görüntü əldə etmək mümkün deyil. Maraqlıdır bu kameralar kiminsə klipini çəkir, yoxsa ərazini nəzarət altında saxlayır? 2 saat ərzində 29-cu Polis bölməsinin əməkdaşları bankda təhqiqat aparsalar da problemi aydınlaşdıracaq görüntülər əldə etmək mümkün olmayıb. Necə olur ki, şəhərin mərkəzində, ölkənin ən böyük banklarından birinin binası qarşısında təhlükəsizlik kameraları düz-əməlli görüntülər çəkə bilmir. Bu bank sistemində ciddi təhlükəsizlik zəifiyyətinin hökm sürdüyünün göstəricisidir. Məntiqlə belə çıxır ki, sabah bankomatın özünü də oradan aparsalar heç kimin xəbəri olmayacaq və ətrafdakı kameralar hadisədən başqa hər şeyi çəkəcək ! bu hadisə istənilən vətəndaşın başına gələ bilər. Deməli bizim pullarımız heç də etibarlı şəkildə mühafizə olunmur və banklar, xüsusilə "Kapital Bank" təhlükəsizlik kameraları ilə kino çəkməklə məşğuldur.(Xatırladım ki, bu gün elə milli kino günümüzdür). Bəs təhlükəsiz şəhər sistemi necə işləyir ki, adi bir hadisənin görüntülərini əldə etmək mümkün deyil.
Hörmətli cənab nazir !
Bir daha baş verənlərdən sonra istər paytaxtın, istərsə də bank sektorunun ciddi təhlükəsizlik nöqsanlarının olması qənaətinə gəlmişəm. İnanıram ki, sizin xüsusi diqqətinizdən sonra hamımız üçün əhəmiyyətli olan bu problem həll olunacaq, bank sektorunda təhlükəsizlik kameralarının, eləcə də təhlükəsiz şəhər sisteminin normal fəaliyyəti tənzimlənəcək !"
Məsələ ilə əlaqədar diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
• Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26 |
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Dünən, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58 |
|
|
|
|