Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                 

Ağdaş sakinini buna görə İŞDƏN ÇIXARDILAR... - Burası AZƏRBAYCANDIR!
Tarix: 29-06-2022, 10:07 | Çap et
Ağdaş sakinini buna görə İŞDƏN ÇIXARDILAR...
Ağdaş rayon sakini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mingəçevirdəki 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq əməkdaşı Əfqan Paşayev iddia edir ki, Nazirliyin şöbə rəislərindən birinin qohumuna qanunsuz ova görə cərimə yazdığı üçün həmin rəis tərəfindən hədələnib və işdən çıxarılıb.
DİA.AZ xəbər verir ki, bu barədə Yeniavaz.com-a Ə. Paşayevin özü məlumat verib.
O iddia edir ki, sözügedən idarədə ümumiyyətlə heç bir fəaliyyət göstərmədən maaş alanlar olduğu halda, onu əmək məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasında işdən çıxarıblar:
“Mən 2006-cı ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mingəçevirdəki 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyirdim.
2021-ci ilin oktyabr ayında idarənin sərəncamına əsasən ərazidə qanunsuz ovla bağlı mübarizə apararkən, Ucar rayonunda qanunsuz ovla məşğul olan 4 nəfəri saxladıq. Bu zaman Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri Samir Kərimov, hansı ki, artıq bu vəzifəni icra etmir, bizə zəng elədi ki, “həmin şəxslərdən biri mənim qohumumdur, onu buraxın”. Biz də idarənin rəisinə dedik. İdarənin rəisi dedi ki, “yox, buraxa bilmərik, götürün gəlin, hamısını sənədləşdirin”. Biz də sənədləşdirdik, cərimə yazıldı.
Samir Kərimov dekabr ayında bizim idarəyə gəldi, sənədlərə baxdı, yoxladı. Ən çox da mənim yazdığım sənədlərə baxdı. Bir şey tapa bilmədi. Rəisi və məni çayxanaya dəvət etdi. Orada məni hədələdi ki, “gör, sənin başına nə oyun açacam. Səni mənə kim tapşırsa, indidən de, tapşırmasın”. Mən də cavab qaytarmadım.
Bu ilin fevral ayında idarəyə 2021-2022 ci il üçün audit yoxlaması gəlmişdi, işçilərin iş fəaliyyətinin yoxlanılması üçün. S. Kərimovun rəhbəri olduğu şöbənin əməkdaşı Səmədov Cəlair qərəzli yoxlama apardı və mənimlə birlikdə 3 nəfər işdən çıxarıldı. Haqqımızda tərtib olunan aktda qeyd olunmuşdu ki, ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarına uyğun olaraq ekoloji sferalar üzrə monitorinq aparılmayıb, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməyib. Halbuki tutduğu iradlarda bizim heç bir günahımız yoxdur. Çünki idarənin rəisi hansı istiqamətdə deyibsə, biz o istiqamətdə işimizi görmüşük.
Hər ilin əvvəlində bizim idarədə iş planı hazırlanır və bu istiqamətdə sərəncam verilir. İdarədə deyilənlərə uyğun iş planı hazırlanmayıbsa, bunun bizə aidiyyəti yoxdur. C. Səmədov Nazirliyə də belə məlumat verib ki, bu istiqamətdə iş getməyib və guya bunun səbəbkarı bizik. Beləcə 3 nəfəri işdən azad etdilər. Amma bizim idarədə 5-6 nəfər var ki, illərdir işə gəlmirlər. Heç bir qanun pozuntusu yazılmayıb onlara. Onların heç bir iş fəaliyyəti olmadığı halda ört-basdır edilib, adları çəkilməyib. Onu da qeyd edim ki, C. Səmədov 6 günlük yoxlama müddətində gündə 3 dəfə yeməyini bizim hesabımıza yeyib.
Aprelin 12-dən işdən azad olunmuşam. Məni Nazirliyə çağırmışdılar. Dedilər ki, iş fəaliyyətim zəifdir. Mən də bildirdim ki, idarədə ən çox akt tərtib edən 3 nəfərdən biri mənəm.
Hərçənd ki, rəisimiz S. Kərimov haqqında Nazirliyə məlumat verdi, onu vəzifəsindən uzaqlaşdırdılar. Amma bizi əmək məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasında işdən çıxarıblar. Bu da mənim 20 illik dövlət qulluğumun məhv olub getməsinə səbəb oldu. Buna görə mən bu əmək kitabçası ilə heç bir yerə işə girə bilmirəm”.
İddialarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Qurumun Hüquq və İnsan Resursları şöbəsinin müdiri Aynurə Kərimova Yeniavaz.com-a bildirdi ki, Ə. Paşayev əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmədiyi üçün İdarənin digər iki əməkdaşı ilə birlikdə işdən çıxarılıb:
"8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində keçirilən audit yoxlamasının nəticəsinə uyğun olaraq vəzifə funksiyalarını qeyri-qənaətbəxş təşkil etdiklərinə, həvalə olunmuş əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə və işlərində nöqsanlara yol verdiklərinə görə idarənin aparıcı məsləhətçi-müfəttişi Əfqan Paşayev, baş məsləhətçi-müfəttişi Aqşin Qafurov, məsləhətçi-müfəttişi Ramin Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib”.
Nazirlikdən, Ə. Paşayevin yazdığı cəriməyə görə hədələnməsi, həmçinin sözügedən idarədə heç bir fəaliyyət göstərmədən əməkhaqqı alanlarla bağlı iddialarına isə cavab verilmədi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru