Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                 

Tibbi sosial ekspert QƏSSABLARI - NARAZILIQ!
Tarix: 27-11-2021, 12:57 | Çap et
Tibbi sosial ekspert QƏSSABLARI
DİA.AZ: - "Media qurumları hər gün, hər saat, hər dəqiqə hansısa Qarabağ qazisinin ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) qərəzinə, qəzəbinə tuş gəlməsini yayımlayır. Qazilərə qarşı ƏƏSMN məmurlarının qərəzi, kini əvvəllər də olub, amma, düzünü desək, belə “ekspertiza qəssablığı” səviyyəsində olmayıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Belə demək mümkünsə, əvvəlki ekspertlər əlillik dərəcəsinin müəyyən edilməsi zamanı qıraqdan sifarişə yox, daha çox vicdanlarının səsinə qulaq asırdılar , özəlliklə, Qarabağ qazilərinə diqqət və qayğı ilə yanaşır, onlardan tibb müəssisəsinin “forma 88” göndərişindən özgə nəsə ummurdular. Hətta “xoşagəlməz” əlillərin cəzalandırılması sifarişlərini də TSEK -lər yerinə yetirməkdən imtina edirdilər. Hüquq, qanun məsuliyyəti qorxusundan özgə, həm də vicdan məsuliyyəti başlıca rol oynayırdı bu imtinada. İndi, elə bil, yaralı qazi həkim müayinəsindən yox, qəssab bazarlaşmasından keçir. “Təmizləmə”, “saxta əlilliklə mübarizə” adı altında əlillik dərəcələrinin -pensiya və müavinətlərin kəsilməsi prosesi sürür. Bu prosesi ƏƏSMN -in əli ilə hökumətin həyata keçirməsini hakimiyyətin hər üç qolunun əlillərin reabilitasiyasını “sertifikasiya” ilə qarışdırması ortaya qoyur. Hamı “quru”(pensiyaya baxan) əlillərin “qəssab testi”ndən kəsilməsini , “yanmasını” alqışlayır, amma “qurunun oduna yaşın da yanmasından” “rahatsızlıqlarını” dilə gətirir. Özləri də çox gözəl bilir ki, “yanan elə “yaş”lardır” , “qurular” heç ekspertiza qəssabxanasına gəlmədən “rüsum haqqı”nı ödəyib, elektron qaydada əlillik dərəcələrinə” qəssab möhürünü vurdururlar.

Bu günlərdə Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü, gizir Həsənov Mübariz Əli oğlunun əlillik dərəcəsinin təyin edilməməsindən şikayətinə ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi cavab verib ki, qazinin müalicəsi başa çatandan sonra(?-M.B.) əlilliyi qiymətləndiriləcək. Bu cavab açıq – aşkar qazilərin, xəstələrin hüquqlarına tüpürməkdir. Necə yəni, müalicə başa çatmayıb, yarımçıqdır? Elə əlillik müalicə başa çatmadığına, səmərə vermədiyinə görə təyin edilir də! Özü də, harada yazılıb ki, müalicə başa çatmadığına görə, əlillik təyinatından imtina edilsin? TSEK-in ona yox, tibb müəssisəsinə, həkim məsləhət komissiyasına aid olan göndərişə “qulp qoyması” , axı, NK-nın 12.01.2020 tarixli 11 saylı “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda nəzərdə tutulmur. TSEK NK-nın eyni -12.01.2020 tarixli 12 saylı “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na uyğun olaraq tibb müəssisəsindən daxil olan “forma 88” göndərişi əsasında əlilliyi qiymətləndirməlidir. Daha tibb müəssisəsinə aid olan müalicənin başa çatmadığını “əsas” tutub, yaralı qaziyə imtina etməli deyil.

TSEK-in ömürlük əlillik təyin edilmiş Qarabağ qazilərinin dərəcələrini özbaşınalıqla yüngülləşdirməsi isə heç bir məntiqə, izaha sığmır. Təsəvvür edin, Ağsunun Gəgəli kəndində doğulan , Bakıda yaşayan, bir qardaşı şəhid olan Qarabağ qazisi Rövşən bəy qanpulunu almaq üçün müraciət edib və bildirilib ki, ƏƏSMN reyestrində qeydə alınandan sonra baxıla bilər. Əlillərin adlarının reyestrə daxil edilməsi ƏƏSMN -in görəvi olsa da, əlilin özünün bunun edilməsini diləməyə vadar ediləndə , təkrar (?) TSEK-in komissiyasına göndərilib və. ..komissiya 2-ci dərəcəli ömürlük əlilliyi 20 ildən sonra 3-cü dərəcəyə endirib. Əlillərə, qazilərə güzəşt -endirim belə olur, deyəsən. Hələ “endirim güzəşti” bununla bitməyib, məhkəməyə üz tutacağını deyən qaziyə TSEK qəssabları hədə-qorxu gəliblər ki, o zaman indiyədək artıq aldığı məbləği geri ödəməli olacaq! (?) Şantaj metoduna baxın, ağır formada şəkərli diabet xəstəliyindən ölüm ayağında olan qaziyə, şəkəri sonradan “tapdığına” görə dərəcə düşmədiyini bildiriblər. Bu ekspertiza qəssabları onu da bilmirlər ki, ƏLİLLİYİN SƏBƏBİ BİR NEÇƏ XƏSTƏLİKLƏ MÜƏYYƏN EDİLDİKDƏ ƏN YÜKSƏK GÜZƏŞT HÜQUQU VERƏN SƏBƏB ƏSAS TUTULUR. Yəni, məsələn, savaşda kontuziya alan əlil sonradan avtomobil qəzasında əl – ayağını da itirirsə, dərəcə ağırlaşsa da , səbəb müharibə ilə bağlı olaraq qalır . Bu qaydanı bilərəkdən bilməyənlər, yəqin onu da bilmirlər ki,

əlilliyi müəyyən edilmiş Qarabağ qazilərinin dünyalarını dəyişəndə şəhid statusu əldə etmələri qanunlaşıb.

Qazilərin qanuntanımaz, qaydabilməz məmurlarla “döyüşdən” məğlub ayrılmasına kimsə son qoyacaqmı?"

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru