Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                 

Sarbonna təhsilli İnam Kərimovun nazirliyində korrupsiyada “məhsuldarlıq” - Yarımadıq...
Tarix: 13-04-2021, 09:40 | Çap et
Sarbonna təhsilli İnam Kərimovun nazirliyində korrupsiyada “məhsuldarlıq”
Qalstuksuz, ayaqqabısı palçıqlı, qucağında quzu tutan, xalqa Fransanın Sarbonna universitetində magistr təhsili almış, Qərb dünyagörüşünə malik, islahatçı, gənc kadr kimi təqdim olunan Kənd Təsərrüfatı naziri İnam Kərimov haqda bütün bu xarakteristika, mədhiyyələr demə, sabun köpüyü imiş.
Əslində bu gənc nazirin içində qarnıyekə, boynuyoğun tipik korrupsioner məmur, köhnə nomenklaturanın yolu ilə gedən çinovnik mahiyyəti gizlənibmiş.
KTN rəhbərliyinə gəldiyi ilk günlərdə pozitiv bir təəssürat doğuran, aqrar sektorda innovativ idarəçilik quracağı gözlənən, İsmət Abbasov və Heydər Əsədov dövründən qalan problemlərin aradan qaldıracağı proqnozlaşdırılan İ.Kərimov gənc və islahatçı nazir reputasiyasını alt-üst etdi.
Anaxeber.info-nun verdiyi məlumata görə, bu yaxınlarda Ümid Partiyasının sədri İqbal Ağazadənin səsləndirdiyi tənqid və ittihamlar da aqrar sahədə hansı biabırçılıqların davam etdiyini ortaya qoydu.
O, Kənd Təsərrüfatı Nazirliyində hansı maxinasiyalar olduğunu açıqlayıb. Partiya lideri bildirib ki, damazlıq heyvan, kənd təsərrüfatı texnikası və gübrənin qiymətini şişirdərək pul mənimsənilir.
İ.Ağazadənin sözlərinə görə, Gəncədə istehsal olunan Belarus traktorları sahibkarlara 82 500 manata verilir, yəni 49 min dollara: “Həmin məbləğin 40 faizini dövlət, qalanını isə fermer verir.
Traktorun bazar qiyməti 29 min dollardır. Gübrənin bir kisəsi bazarda 18-20 manatdır, amma bunlar 50 manatdan sənədləşdirirlər. Kimlərin monopoliyasındadır?”
Partiya lideri bildirib ki, KTN böyük rüşvət və korrupsiyanın içindədir, Baş prokuror Kamran Əliyevə müraciət ediləcək.
İ.Ağazadə siyasi çıxışları ilə seçilən, hakimiyyətin idarəçiliyini sistemli tənqid edən, fərd-fərd deyil, bütövlükdə idarəetmə modelini tənqid atəşinə tutan partiya sədridir.
Yəni, o, nadir hallarda ayrı-ayrı qurumları, nazirlikləri ayrıca tənqid edir. Amma görün KTN-də vəziyyət hansı həddə çatıb ki, İ.Ağazadə dilə gəlib.
Onun dediklərindən aydın olur ki, İ.Kərimovun Sarbonnada təhsil alması belə idarəçilikdə hər hansı müsbət nəticəyə gətirib çıxarmayıb. Sadəcə, gedib qalstuklu korrupsioner, yerinə gəlib xarici təhsillisi...Bu, kosmetik dəyişiklikdən başqa bir mahiyyət daşımır.
Çünki İnam Kərimov nə adına, nə imicinə yaraşmayan işlərlə məşğul olmaqda ittiham edilir. Onun damazlıq heyvan, kənd təsərrüfatı texnikası və gübrənin qiymətini şişirdərək yeyintilərə yol verməsi başqalarından fərqləndirmir.
Ümumiyyətlə, İ.Kərimovun nazir təyinatından sonra aqrar sahədə əsaslı dəyişikliklər nəzərə çarpmır. Nə fermerlərin problemləri həllini tapıb, nə subsidiyaların verilməsində irəliləyiş var, nə bazarda məhsuldarlıq, bolluq müşahidə olunur, nə də ucuzlaşma...
Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, KTN strukturlarında xüsusilə dövlət vəsaitlərinin xərclənməsi sahəsində mühüm problemlər qalmaqdadır.
Anaxeber.info yazır ki, son aylarda gübrələrin, biohumus və pestisidlərin alınmasında fermerlərin böyük problemlərlə üzləşdiyi bildirilir. Fermerlər bu məhsulları istədikləri, daha doğrusu, onlara sərf edən satıcılardan deyil, KTN-in siyahısında olan satıcılardan almağa məcbur edilirlər.
Gübrələrin, biohumus və pestisidləri fermerlər dövlətin onlara verdiyi aqrar subsidiyanın nağdlaşdırılması mümkün olmayan 75 faizi ilə almalıdılar.
Bunun üçün KTN-in siyahısında olan satış mağazalarında xüsusi aparatlar qoyulub, subsidiya kartları yalnız həmin aparatlar vasitəsilə oxunur.
Nəticədə fermerlər bu məhsulları bir çox hallarda daha ucuz satandan deyil, nazirliyin tələb etdiyi bahalı mağazalardan almalı olurlar.
KTN sistemindəki ciddi problemlər sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olmaqdadır. İqtisadçı-alim Qubad İbadoğlunun sosial hesabından paylaşdığı bir rəy diqqəti cəlb edir.
O, Şəkinin Bideyz kəndində yerləşən qurumuş çay yatağında fındıq bağının salınması faktına diqqət çəkib: “Kənd təsərrüfatı naziri İnam Kərimov bu daşlıqda salınmış intensiv fındıq bağının açılışını edib.
Şəkildən də göründüyü kimi, burada torpaq deyilən bir şey yoxdur, yalnız irili-xırdalı daşlardır. Şəkildəki çay yatağında bir yox, min damcılı suvarma sistemi qur, faydası olmaz, orda olsa-olsa kol-kos bitər.
Bəs, o zaman belə yerdə bağ salmağın hansı üstünlükləri var? Üstünlüklərini yox, ancaq bu bağı salan məmurların dövlət büdcəsindən nə qədər əvəzsiz subsidiya alacağını deyə bilərik.
İ.Kərimovun komandası, kadr təyinatları da Ramiz Mehdiyevsayağı səciyyə daşıyır. Özünə yaxın adamları yüksək vəzifələrə daşıyan nazirin Fransada gördükləri dünyagörüşünə təsir etməyib. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyevin nazirliyin aparat rəhbəri vəzifəsinə təyinatını götürək.
Əslən Biləsuvardan olan yeni aparat rəhbəri nazir İnam Kərimovun həyat yoldaşının qohumudur. Başqa, izahata ehtiyac varmı?
O, 2016-2018-ci illərdə Biləsuvarda Kənd Təsərrüfatı İdarəsinin rəisi olub. İ..Kərimov 21 aprel 2018-ci ildə KTN rəhbəri təyin olunandan cəmi 4 ay sonra bu qohumunu da rayondan birbaşa KTN-nin aparatına - Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsinə gətirib.
Eyni zamanda ASAN Xidmətdə rəhbər olduğu dönəmdə özünə yaxın kadrları KTN-ə gətirib. Bununla fermer necə ağ günə çıxsın? Bu idarəçiliklə aqrar sektorda biz fərqli nə görə bilərik?
Anaxeber.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Bu gün, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Bu gün, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Bu gün, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru