Deputatın adı QALMAQALDA HALLANIR - İşin içində əcnəbi vətəndaş var...
Tarix: 28-02-2020, 09:13 | Çap et
 Elizabet Foyxtenberqer illər öncə Bakıda «Kövsər Bank»a qoyduğu əmanətini hələ də ala bilmir. Bu bankın adı dəyişib, bir müddət sonra satılıb, amma əcnəbi vətəndaşın pulu qaytarılmayıb. DİA.AZ bildirir ki, 1988-ci ildə «Universal Bank» kimi yaradılmış bu bankın adı 2001-ci ildə «Kövsər» olub. 2014-cü ilin dekabrında «Synergy Group»a satılması ilə əlaqədar səhmdarların tərkibi dəyişib. Bir ay sonra isə bankın adını da dəyişib, «Caspian Development Bank» qoyublar. 2017-ci ilin aprelində isə «Caspian Development Bank»ın «Atabank»a qoşulduğu açıqlanıb.
«Kövsər Bank»ın E.Foyxtenberqerə 73 min avro əsas, 45 min 780 avro da faiz borcu var. Bu barədə hələ 2015-ci ildə məhkəmə qərar çıxarıb. Məhkəmə əmanətçinin hüquqi xidmətlərə görə çəkdiyi 2 min avro xərci də nəzərə alıb, «Kövsər Bank»ın ona ümumilikdə 120 min 780 avro ödəməsinə qərar verib. Bu qərar isə 5 ildir icra olunmur.
İndi məhkəmə icraçıları qərarın yerinə yetirilməsini «Atabank»dan tələb edir, çünki «Kövsər Bank»ın hüquqi varisi odur. 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsi məhz bu əsasla qərarı «Atabank»ın icra etməsinə qərar verib. «Atabank» isə ödəmir, israr edir ki, qərarı banka əmanət qoyulanda rəhbərlik edənlər yerinə yetirsin.
Bu məsələ ilə əlaqədar yeni məhkəmə çəkişməsi yaranıb. Bu dəfə «Atabank» «Kövsər Bank»ın İdarə Heyətinin rəhbəri olmuş Heydər İbrahimovu məhkəməyə verib. Tələb edir ki, E.Foyxtenberqerə ödənilməli vəsait ondan tutularaq əcnəbiyə veriləsi pulla əvəzləşdirilsin. «Atabank» ondan qərarın icrasını tələb edən Yasamal və Nəsimi rayon icra və probasiya şöbələrinə qarşı da iddia qaldırıb.
«Atabank» iddia edir ki, bankın satılması barədə H.İbrahimovla bağladıqları ilkin müqavilədə o, satışdan öncəki vergi və başqa öhdəliklərə görə məsuliyyəti öz üzərinə götürüb. Bankın nümayəndəsi Emil Bədəlov fevralın 20-də Ali Məhkəmədə bu məsələyə baxılarkən bunu vurğulayıb. Onun sözlərinə görə, «Caspian Development Bank»ın satılmasına dair ilkin müqaviləyə satıcı kimi H.İbrahimov, alıcı kimi Dəyanət Quliyev imza atıb. İlkin müqavilənin üçüncü hissəsində isə belə bir bənd var: «Əqd bağlanandan sonra ortaya çıxacaq, lakin əqd bağlanandan əvvəl… vergi və digər bu kimi məcburi öhdəliklər üzrə edilmiş əməliyyatlardan törənən itkilərə görə məsuliyyət satıcının üzərindədir».
Səbail Rayon Məhkəməsi «Atabank»ın iddiasını təmin etməyib. Belə qərara gəlib ki, «Atabank» ödəməli, sonra özü H.İbrahimovdan tələb etməlidir: «Qüvvəyə minmiş məhkəmə qətnamələri ilə «Kövsər Bank»dan tutulmalı olan vəsaitlər üzrə «Atabank» hüquqi varis kimi borclu hesab olunur. «Atabank» həmin pulu ödəyəndən sonra Heydər İbrahimova qarşı reqress hüququ yarana bilər. Qanuna görə, birgə öhdəlik yalnız icra edildikdən sonra onu icra etmiş borclunun digər borcluya qarşı reqress hüququ yaranır».
Bakı Apellyasiya Məhkəməsi də bu qərarla razılaşıb. «Atabank» Ali Məhkəməyə şikayət versə də, nəticə dəyişməyib.
H.İbrahimov da qərardan narazı qalıb. O da bu məsələ ilə əlaqədar Ali Məhkəməyə ayrıca şikayət verib. O, «Atabank»la birgə borclu tərəf hesab olunmasına etiraz edir. Bu hissədə qərarın ləğvini istəyir.
Amma onun da şikayəti təmin edilməyib.
Qeyd edək ki, H.İbrahimov Azərbaycanda 30 ildir ki, deputat olan, budəfəki seçkidə də 4 saylı Naxçıvan şəhər seçki dairəsindən qalib elan edilmiş Eldar İbrahimovun qardaşıdır.
70-yaşlı H.İbrahimov hazırda «Abrar Consulting», «Abrar Med», və «Abrar Investment» MMC-ləri bir çətir altında birləşdirən «Abrar Group» MMC-yə rəhbərlik edir. Bu şirkətlər investisiya, tibb, konsaltinq və s. sahələrdə fəaliyyət göstərir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08 |
|
|
|
|