"İcra başçısının qəbuluna getmişdim, yayxanıb oturmuşdu..." - GİLEY
Tarix: 30-12-2019, 10:23 | Çap et
 Gəncənin Cavadxan qəsəbəsində yaşayan Əhmədovlar ailəsi ikiotaqlı yarımtikiliyə sığınıb. Ailə illərlə işıqsız yaşayıb. DİA.AZ xəbər verir ki, Xankəndinin işğalından sonra üç övladı və həyat yoldaşı ilə köçkün həyatı sürməyə məcbur qalan Fərhad Əhmədov çox yaşayış yeri dəyişdiklərini deyir. Ayrı-ayrı vaxtlarda Ağdamda, Balakəndə, Hacıkənd qəsəbəsində yaşayıblar. Dövlət o vaxt ev verib ki, ailə artıq xeyli böyümüşdü, övladları evlənmək yaşına çatmışdı. İndi Fərhad həyat yoldaşı Nəsibə, oğlu Tural, gəlini Xatirə və üç nəvəsi ilə birlikdə ağlay daşı sexinin həyətindəki yarımtikilidə yaşayır.
“Həmin evi o biri oğluma verdik. Çünki 11 nəfərlik ailəyə çevrilmişdik, ora sığmırdıq. Tural yatağa düşdü, yanına gəldik. Buranı bizə bir polis zabiti vermişdi. İndi də deyir ki, torpağı satıram, çıxın. Dörd il işığımız olmayıb burda, şam işığında oturmuşuq. Səkkiz aydır işıq yandırırıq”, - Fərhad danışır.
Onun sözlərindən sonra diqqətimizi otaqda elektrik lampasının olmaması çəkir. Tural deyir ki, lampa yanıb, alıb dəyişə bilməyiblər: “Sexin işığa 286 manat borcu vardı, onu hissə-hissə ödədik. Qaz yoxdu, odun tapıb yandırırıq”.
Tural uzun müddət yataq xəstəsi olub. Onurğasındakı ciddi problemlərə görə işləyə bilmir. Məcburi köçkün kimi cəmi 60 manat çörəkpulu alır. Xatirə Gəncədəki kafelərdən birində qab yuyur, günə 6 manat qazanır.
“Səhər 9-da evdən çıxıram, bir də gecə 11-də qayıdıram. Əldən düşürəm. Mənə bu rejimlə işləmək olmaz. Onkoloji xəstəyəm. Müalicə olunmalıyam, dincəlməliyəm. Çətinliklə işləyirəm. Keçən il sobanın üstünə yıxılıb yanmışdım”, - Xatirə danışır.
Nəsibə deyir ki, həyat yoldaşı ilə birlikdə aldıqları təqaüdün hesabına birtəhər dolanırlar. Oğlu və gəlininin xəstəliyi çox xərc aparır. Tural anasının sözünə qüvvət olaraq deyir ki, illərdir əziyyət içində yaşayırlar. Sosial yardım üçün də müraciət ediblər: “Nə qədər sənəd düzəltdik, axırda dedilər ki, sizə düşmür”.
Yarımtikili yaşayış üçün yararsız vəziyyətdədir. Mətbəx, hamam gözə dəymir. Otaqlar arasında heç qapı da yoxdur. Ailə yaşayış şəraitini yaxşılaşdırmaq üçün çox yerə müraciət edib. Amma dövlət qurumlarından yalnız biganəlik gördüklərini deyirlər.
“Cənab İlham Əliyevə, Mehriban xanıma yazmışdıq. Yalnız bir dəfə bildiriş gəldi ki, məktub prezidentə çatıb. Bəlkə də, cavab gəlir, burda açıb götürürlər. İllərdir mübarizə aparırıq, səsimizi yuxarıya çatdırmağa çalışırıq”, - bunları Xatirədən eşidirik.
Xankəndindən gələnlər Xocalı Rayon İcra Hakimiyyətinə həvalə olunub. Xatirə deyir ki, ora az üz tutmayıblar: “İcra başçısının qəbuluna getmişdim. Yayxanıb oturmuşdu. Vəziyyətimizi danışdım. Dedi, sənə ev borcluyam?”
Xatirə bizim gələcəyimizi eşidəndə işə getməyib. Çox narahatdır. Ailəni hər an yaşadıqları yerdən çıxara bilərlər. Hələ yoxsulluqla, xəstəliklə mübarizə də var...






|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
|