Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                 

Şəhid ailəsi süründürməçilikdən CANA DOYUB... - "Ağsaqqalımız Abid Şərifovun da gücü çatmır..."
Tarix: 28-12-2019, 11:19 | Çap et
Şəhid ailəsi süründürməçilikdən CANA DOYUB...
DİA.AZ: - Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan Respublikasın Əmək və Əhalinin Social Müdafiəsi Nazirliyinin xəttilə şəhid ailələri üçün hər bir rayonda tikilib istifadəyə verilmiş yeni mənzillərin istifadəyə verilməsilə əlaqədar, mən də şəhid ( Əbdürəhimov Faiq Məmmədəli oğlunun) anası kimi 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.lakin əvvəlcə növbəyə durmağım üçün Şəki İcra Hakimiyyəti Aparatında məni 8 ay süründürməçiliyə saldılar. Əvvəl dedilər bu sənədləri topla gətir, sonra dedilər ki, siz Bakıya gedib Sosal Təminat Nazirliyində mənzil qeydiyyatına alınmalısınız və buna bəznəzr “Şəki nağılları”ilə hər dəfə bizi vicdansız məmurlar süründürməçiliyə saldılar. Baxmayaraq ki, Şəki İcra Hakimiyyətinin başçısının 1-ci müavini cənab Həsən Həsənov mərhum həyat yoldaşım Məmmədəli ilə əmiuşaqları olublar. Çox get-gəldən sonra axır ki, 2011-ci ildə minnətlə məni mənzil qeydiyyatına aldılar. Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-cidir. Amma nə olsun. 9 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır. Məlumat var ki, ƏƏSMN-yi 2005-ci ildən indiyədək məhz şəhid ailələri və Qarabağ əlilləri üçün 6 ədəd çoxmənzilli binalar tikib istifadəyə vermişdir. Deyilənlərə görə dövlət hesabına şəhid ailələri üçün tikilib istifadəyə verilmiş həmin mənzillərin əksəriyyəti saxta əlilliyi olan və olmayan kənar şəxslərə “paylanmışdır”. Hesab edirik ki, bu faktları yerində araşdırmaq o qədər də çətin deyil. Çünki Şəki rayonundan olan mənim kimi şəhid ailələrinin heç yarısı mənzillə təmin olunmamışdır.

Onu da xatırladım ki, şəhid oğlum Faiqin əmisi Şamil Mahmudov Baş nazirin müavini olmuş cənab Abid Şərifovla quda olmuşlar. Və çox təəssüf ki, ağsaqqalımız Abid müəllimin də bizim mənzil növbəmizin çatmasına köməklik etməyə gücü çatmamışdır.

Bir daha xatırladım ki, ailəmizdə 5 oğlan və 3 qız övladı olmuşdur ki, ən böyüyü rəhmətlik Faiq idi. Onu da qeyd edim ki, bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə maddi yardım, nə övladlarımdan hər hansı birini işlə təmin edilməmişdir. Elə biz də həddən artıq kasıb vəziyyətdə yaşasaq da dövlət idarələrindən nə isə istəməyi, qapılar döyməyi qürurumuza sığışdırmamışıq. 1994-cü ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm.Böyük oğlum Faiqi də bu evdən həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu daxmadan yola salmışam. O cəbhəyə getməmişdən əvvəl Gürgcüstana gedib muzdla işləyib həyətimizdə daşdan ev tikmək istəyirdi. Heyf ki, 1994-cü ildə onun tikdiyi, lakin başa çatdıra bilmədiyi yarımçıq evin daş divarları arasına onun tabutu “qonaq” oldu. Ddüzdür, sonralar kolxozdan bir iki dəfə bayramlarda paylar göndərilsə də qəbul etməyib geri qaytarmışıq. Amma ailəmizə ən çox təsir edən bu oldu ki, hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə və 36 yaşlı subay oğlum Həzilə 28 kv m sahəsi olan həyət evində birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum Həziyə mənzili olmadğından toy edə bilmirəm. Nə qədər gözləmək olar?Axı şəhid oğlum Faiq adi əsgər olmamışdır ki, təsadüfi düşmən gülləsindən şəhid olsun. O 1992-ci ilin sentyabrından 1994-cü ilin yanvarın 27-dək peşəkar hərbçi kimi könüllü olaraq döyüşlərin ən qızğın yerlərində olmuşdur. 1993-cü ildə Zəngilan cəbhəsində Daxili qoşunlar batalyonunun peşəkar döyüşçüsü olmaqla yanaşı tibb və maliyyə xidməti rəhbəri vəzifələrini icra edən baş çavuş “Şəkili Faiq” kimi tanınan oğlumun başına niyə ermənilər 3 milyon rubl pul qoymuşdu? Cavabını şəhid oğlumun döyüş yoldaşları belə izah edirdilər ki, Zəngilanın son gününə qədər Faiqin batalyonu, artilleriya alayının döyüşçülərilə birlikdə düşmənin müzdlululardan ibarət peşəkarlarının bütün sərhədd boyu hücumlarının qarşısını almış və düşmən hər hücumdan sonra xeyli canlı qüvvə itirərərk geri çəkilmək zorunda qalmışdır. Rəhmətlik Faiq əvvəllər Almaniyada hərbi xidmətdə olmuş və peşəkar bir hərbçi kimi Qarabağ döyüşlərinin ən qızğın yerlərində iştirak etmişdir.

Zəngilanın işğalından sonra Faiq Fizuli rayonu istiqamətində döyüşlərdə iştirak etmiş, Horadiz qəsəbəsi və 22 kəndin erməni-rus birləşmələrindən azad olunmasında polkovnik Fətulla Hüseynovun komandanlığı altında yaxından iştirak etmişdir. Çox təəssüflərlər olsun ki, o vaxt daxili qoşunların briqda komandirinin müavini vəzifəsini icra edən polkovnik Sabir Şabanovla ( əslən Şamaxının padar tayfasından olan bir əsilsiz Vətən xaini) aralarında davam edən ziddiyətli soyuq münasibətlərə 1994-cü ilin yanvarın 27-də, saat 16-00-da son qoyulur. Belə ki, o zaman Namiq oğlum da Faiqin yanında könüllü olaraq birlikdə cəbhədə döyüşürdülər. Yanvarın 27-də gecə döyüşdən sonrakı istirahət vaxtı S.Şabanov Faiqin otağına daxil olaraq özü ilə daha iki nəfəri götürüb təcili olaraq yaxınlıqdakı təpədən düşmən mövqeni müşahidə etməyə getməyi əmr edir. Namiqin dediyinə görə Faiq mənə qalmağı tapşırır və özüilə iki nəfəri götürüb Şabanovla gedirlər. Bu onun son gedişi oldu. Belə ki, Şabanov əvvəlcədən təyin etdiyi koordinata çatdıqda əmr verir ki, qabaqda Faiq olmaqla üçbucaq (sacayağı) formada düzlənib müşahidəyə hazır olsunlar. Özü isə 40-50 metr kənara çəkilərək durbinlə qarşı tərəfi müşahidə etməyə başlayır və elə bu anda, saat 16-00-da hər üç əsgərin düz ortalığına əvvəlcədən hesablanmış koordinat üzrə düşmənin mina mərmisi düşür. Və hər üç əsgərimiz şəhid olurlar. Faiqi yanvarın 28-də ata yurdu olan Aşağı Göynükdə dəfn etdik. Vətən xaini polkovnik Şabanov sonralar general oldumu-qaldımı xəbərimiz yoxdur.

Bir daha xatırlatmaq istəyirəm ki, biz 10 nəfərlik ailəmizlə birlikdə 1994-cü ilədək ağac və qamışdan tikilmiş bir otaqlı daxmada şəraitsiz formada yaşamışıq, amma kimsəyə əl açmamışıq. Hazırda 73 yaşım var. Xəstəyəm. Cənab Prezident və Mehriban xanım. Sizdən çox xahiş edirəm ki, 36 yaşlı oğlum Həzini evləndirmək üçün bir şəhid ailəsi olaraq evlə təmin olunmağımıza köməklik göstərəsiniz."

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru