“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                 

"Məhkəmələrin ədalətsiz qərarlarından cana doymuşam..." - GİLEY
Tarix: 16-09-2019, 09:46 | Çap et
"Məhkəmələrin ədalətsiz qərarlarından cana doymuşam..."
“Otuz bir ildir yaşadığım evimdən məni çıxarmaq istəyirlər. Bunun üçün hər yola əl atırlar. Hətta saxta sənədlər düzəldərək, məhkəmələrdə süründürürlər. Həyat yoldaşım ikinci qrup əlildir, özümün də 65 yaşım var, pensiyaçı adamam. Bu yaşdan sonra hara gedəcəyik, necə yaşayacağıq?”

DİA.AZ bildirir ki, bunu Şamaxı şəhəri, Qədirli küçəsi, ev 69 ünvanında yaşayan Rövşən Əli oğlu Qasımov deyir. İddia edir ki, Ellada Maşallah qızı Nuriyeva ona məxsus olan həyətyanı torpaq sahəsini mənimsəmək istəyir:

“1988-ci ildə Şamaxı Mərkəzi Rayon Xəstəxanasında şüa-diaqnostikası həkimi kimi fəaliyyətə başlamışam. Elə həmin il gənc mütəxəssis olduğum üçün mənə dövlət tərəfindən ev veriblər. Biz yeni mənzilə köçəndə, qonşuluğumuzda rus yaşayırdı. Həmin qonşu ilə bizə ümumilikdə altı sot torpaq sahəsi vermişdilər. Orderi olan 110 kvadratlıq evin, təxminən 3 sot da həyətyanı torpaq sahəsi var. Mənə aid olan həyətdə hamam-tualet, talvar və toyuq hini yerləşir. Onu da deyim ki, qarşı tərəfin yerində mənim heç bir tikilim yoxdur.

Rus qonşu 1997-ci ildə evini Bakıda yaşayan Ellada Nuriyevaya satdı. Elladanın da elə əvvəldən məhəllənin aşağı tərəfində qayınanası, yuxarısında isə bacısı yaşayırdı. Bunlar bizim qonşuluğumuzdakı evi aldılar. Bizim ev qaldı ortada. On bir il ərzində münasibətlərimiz normal idi. Hətta Ellada Nuriyeva 1997-ci ildə mənim evimi almaq istədi. Razılığa gəldik ki, evi onlara doqquz min dollara sataq. Onlar mənə beş yüz dollar beh də verdilər. Lakin sonradan anlaşma pozuldu, eşitdik, deyirmişlər ki, ev köhnədir. Biz də behi özlərinə qaytardıq. 2008-ci ildən sonra bunlar vəzifəli adamla qohum oldular və bizi sıxışdırmağa, məhkəmələrə verməyə başladılar ki, torpaq sahəsini əlimizdən alsınlar. Çəkişmə başlayanda məlum oldu ki, torpaq sahəsi 6 yox, 4,9 sotdur. O vaxt sxem planında ağıllarına gələn rəqəmi yazıblar. Torpaq əlimdən alınsa, gərək mən öz evimə vertolyotla düşəm”.

Şikayətçinin sözlərinə görə, qarşı tərəf qohumluq əlaqələrini qanun pozuntusunda istifadə edir:

“Bütün məhkəmələr Ellada Nuriyevanın zəngi ilə hərəkət edir, çünki qudası yüksək vəzifədədir. Məhkəmələr məni bezdirmişdi, bir neçə il öncə dedim ki, sülhə gələk, danışaq. Qarşı tərəf də dedi ki, mən sənin evinə beş min manatdan çox pul vermərəm. Artıq istədiyi rəqəmi deyir, evin qiymətini öldürür.

Məhkəmələrin ədalətsiz qərarlarından cana doymuşam. Dəfələrlə Xarici İşlər Nazirliyinə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident İlham Əliyevə, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Məhkəmə Hüquq Şurasına, Baş Prokurorluğa -hərəsinə yalan olmasın, on-on beş dəfə məktub yazmışam. Eyni cavab gəlir: məhkəməyə müraciət elə. Məhkəmə də bax belə haqsız qərarlar qəbul edir.

Axırda dözmədim, xarici işlər naziri Elmar Məmmədyarova məktub yazdım ki, əgər bizim Azərbaycanda yaşamaq hüququmuz yoxdursa, imkan verin, xaricə gedək, belə haqsızlıq olmaz”.

“Fikirləşirdim ki, prezidentə məktub vermişəm, yəqin bizə köməklik göstərib, ədalətsiz qərarı ləğv edəcəklər.

Təəssüf ki, İlham Əliyevin tapşırığına məhəl qoymadılar, qərarı qarşı tərəfin xeyrinə çıxardılar”, - Rövşən Qasımov deyir:

“Bu il martın 3-də İlham Əliyev zəlzələ ilə əlaqədar Şamaxıya gələndə, həyat yoldaşım Sevda Qasımova məlum məsələ ilə bağlı prezidentə şikayət məktubu verdi ki, bizə kömək edin. Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdalıyev özü şəxsən məsələni nəzarətə götürdü. Üstündən bir müddət keçəndən sonra bizi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə çağırdılar. Orada məsləhət gördülər ki, Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edək. Bildirdilər ki, belə etsək, çalışacaqlar, iş ədalətli həll olunsun. Lakin bu dəfə də məhkəmə qərarı onların xeyrinə çıxardı“.

Şikayətçi iddia edir ki, qarşı tərəf alqı-satqı məsələsində saxtakarlığa yol verib:

“Torpağın heç bir sənədi yox idi, 2017-ci il fevralin 16-da, məhkəmə çəkişməsi gedən zaman 14 saylı Şamaxı Ərazi İdairəsinin Qobustan Rayon Şöbəsi Ellada Hacıyevaya saxta çıxarış verib. Şöbədə mənə bildirildi ki, bizə yuxarıdan təzyiq elədilər, çıxarış verdik.

Gəldim Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayevin qəbuluna. Dedi ki, verin məhkəməyə, çıxarışı ləğv etdirin, qanunsuzdur.

Yəni bunlar həmin saxta sənədlə bizə iddia qaldırırlar.

Təkrar müraciət etmişəm, sentyabrın 18-də Sumqayıt Apelyasya Məhkəməsində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə işə baxılacaq. Mən müraciət edirəm ki, aidiyyatı qurumlar bu haqsızlığa son qoysunlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru