ALİ MƏHKƏMƏ BƏXTİYAR HACIYEVİ HƏBSDƏ SAXLADI
Tarix: 6-12-2011, 16:42 | Çap et
“HACIYEV MÜSƏLMANDIR”
Bu gün Azərbaycan Ali Məhkəməsində İmran Hacıbəyovun sədrliyi ilə gənc fəal və bloger Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılıb.
Mayda o, orduda xidmətdən yayınma ittihamı ilə 2 i müddətinə azadlıqdan məhrum edilib.
Proses açıq rejimdə keçirilib. Hakim bildirib ki, Hacıyev prosesdə iştirak etmək istəməyib. Lakin vəkil Sadiq Bağırov qeyd edib ki, Hacıyev iştirak etmək istəyirdi və dünən məhkəməyə bu barədə teleqram göndərilib. Vəkil hakimdən teleqramı alıb-alamdığını soruşub?
Buna cavabda hakim belə bir sualla cavab verdi: “Sizcə axşam göndərilmiş teleqram bu gün gələ bilərdimi?”
Daha sonra vəkil kassasiya şikayətinin arqumentlərindən danışıb və üç vəsatətlə çıxış edib. Birinci vəsatətdə Konstitusiya Məhkəməsinə hərbi xidmət haqqında qanunda alternativ xidmət haqqında normanın olmamasını nəzərə alaraq, qanunun Konstitusiyaya uyğunluğu haqqında sorğu göndərilməsi nəzərdə tutulurdu.
İkinci vəsatət Hacıyevin Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş azadlıq hüququnun pozulduğunu tanımaq tələbinə aid idi. Belə ki, Hacıyevin həbs edilməsi haqqında qərar qanunsuz olaraq polisin ifadəsi əsasında, müdafiə tərəf dinlənilmədən qəbul edilib.
Vəkil həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının işgəncələrin qadağan edilməsi haqqında 3-cü maddəsinin pozulduğunu qəbul etməyi tələb edib. Vəkilin sözlərinə görə, Hacıyev saxlandıqdan sonra işgəncələrə məruz qalıb. O xatırladıb ki, prokurorluq işgəncə faktı üzrə cinayət işi açmaqdan imtina edib.
Öz növbəsində, hakim Hacıyevin alternativ xidmət keçmək istəyinin başqa dinə etiqad etməsi ilə əlaqədar olub-olmadığını soruşub.
Vəkil deyib ki, Hacıyev müsəlmandır və alternativ xidmət keçmək istəyi dini baxışları ilə bağlı deyil.
Bağırov qeyd edib ki, iş əqidədə deyil, Hacıyevin siyasi fəaliyyətinə görə təqib olunmasındadır. Sonda vəkil cinayət işinə xitam və Hacıyevə bəraət verilməsini xahiş edib.
Daha sonra dövlət ittihamçısı Mahir Abbasov deyib ki, alternativ xidmət hüququnun həyata keçirilməsi haqqında qanun olmasa da, ölkə “elan olunmamış müharibə” şəraitində yaşayır. Abbasov bütün vəsatətlərə qarşı çıxıb və məhkəmədən kassasiya şikayətini rədd etməyi xahiş edib.
Müşavirədən sonra hakim Bəxtiyar Hacıyevin şikayətinin təmin edilmədiyini elan edib.
Hökmlə bağlı şərh verən vəkil deyib ki, bu qərar gözlənilən idi və Azərbaycanda ədalətli mühakimətə nail olmaq mümkün deyil. “Buna görə biz həqiqətə Avropa İnsan Hüquqları Məhkəməsində nail olacağıq”, deyə o qeyd edib.
Xatırladaq ki, Hacıyev 7 noyabr 2010-cu il parlament seçkilərində deputatlığa namizədliyini irəli sürüb. Seçkilərdən sonra saxtakarlıqlarla bağlı sübutlar təqdim edib. O, həmçinin Facebook sosial şəbəkəsində martın 11-nə təyin edilmiş “Böyük Xalq Günü” etiraz aksiyasının təşkilatçılarından biri idi. Lakin aksiya ərəfəsində, martın 4-də Hacıyev Gəncədə orduda xidmətdən yayınma ittihamı ilə həbs olunub. Mayın 18-də Gəncə şəhəri Nizami rayon Məhkəməsi onu 2 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Gəncə Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Bir çox yerli və beynəlxalq hüquq-müdafiə qurumları Hacıyevi siyasi məhbus kimi tanıyıblar. Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı Hacıyevi “vicdan məhbusu” elan edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Dünən, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Dünən, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Dünən, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Dünən, 14:49 |
|
|
|
• Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Dünən, 14:48 |
|
|
|
• Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Dünən, 14:02 |
|
|
|
|