
YUSİF İLDIRIMZADƏ YERİNDƏ QALDI
Yusif İldırımzadə növbəti səlahiyyət müddətinə yenidən Xətai rayon prokuroru təyin edilib. APA-nın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən Yusif İldırımzadə növbəti 5 il müddətinə Xətai rayon prokuroru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, rayon və şəhər prokurorları baş prokurorun əmri ilə 5 illik müddətə təyin olunurlar. Y. İldırımzadənin səlahiyyət müddəti bu il başa çatıb.