Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                     “Sumqayıt Kompressorları” ASC səhmdarlarına .....                     Kağız üzərində problem həll olunub, amma... .....                     Trampın hansı reaksiya verəcəyi maraqlıdır... .....                     Müxalif jurnalistdən İlham Əliyevə dəstək .....                     Əmək mübahisələri... .....                     Putin Zelenski ilə görüşə gedəcəkmi? .....                     PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                     "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                     "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" .....                     Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                     Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                     Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                 

Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı - İTTİHAM VAR...
Tarix: 2-12-2024, 12:04 | Çap et
Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı
Bu yazı Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 206-cı maddəsinin 206.1. bəndinin tələblərinə (cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir.) uyğun hazırlanıb və bütün aidiyyatı dövlət qurumlarının vaxtında və operativ ölçü götürmələri üçün nəzərdə tutulub. Sözügedən Məcəllənin 206.2. bəndinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri tərəfindən bu Məcəllənin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər.

Qeyd edək ki, ötən həftə Aktualinfo.org-da dərc edilmiş bu məlumatlar daha öncə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Nəqliyyat və Xüsusi Texnika İdarəsinin, 1 nömrəli avtoparkın müdiri – Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qsəbəsi, Dadaş Bünyadzadə küçəsi 10E ünvanında qeydiyyatda olan Süleymanov Elçin Zakur oğlu tərəfindən başda prezident İlham Əliyev olmaqla hüquq mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə də göndərilib.

Elçin Süleymanovun müraciətindən sonra “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verənlərlə bağlı ətraflı araşdırma apardıq.

Dövlət Su Ehtiyyatları Agentliyinin sədri Zaur Mikayılovun “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”indəki kadrı kimi tanınanlardan biri də Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Şahin oğlu Cəbrayılovdur. O, daha əvvəllər Dövlət Gömrük Komitəsində işləyib. 08 avqust 2016-cı ildən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Onun gömrük orqanlarından xaric edilməsinin əsl səbəbi bizə bəlli olmasa da, özü 30.10.2024-cü il tarixində 1 nömrəli avtoparkda rəhbər və mühəndis heyəti ilə keçirilən iclasda etiraf edib ki, (vedomateriallar mövcuddur) Dövlət Gömrük Komitəsində işlədiyi dövr ərzində rüşvət yolu ilə pul əldə edib, hətta 300 000 AZN məbləğində mövcud olmayan mal-materialları qəbul edib və qəbul sənədinə imza atıb.

O daha sonra Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində təsərrüfat şöbəsinin müdiri vəzifəsinə gətirilib. Bu 2021-ci ilin aprelində Zaur Mikayılovun Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsindən sonra baş tutub. Dövlət Su Ehtiyatları Agentliyinin razılıq məktubu ilə 21.06.2024-cü ildən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, sözügedən idarə istər Qorxmaz Hüseynovun dövründə “Azərsu” ASC-nin tabeliyində olduğu dövrdə, istərsə də indi ən korrupsiyaya bulaşmış bir yerdir. Burada hər il milyonlarla manat dövlət vəsaiti silinir. Bütün aidiyyatı qurumlar da burada baş verənləri görməzdən gəlirlər. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 nömrəli avtoparkın müdiri, zorla işdən çıxarılmış Bakı şəhər sakini Süleymanov Elçin Zakur oğlu burada baş verənlərlə bağlı ən yuxarı instansiya dövlət qurumlarına müraciət edib.Lakin bütün aidiyyatı qurumlar göstərilənlərin araşdırılmasını yenə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə tapşırıblar.

Burada Elçin Süleymanovun avtopark müdiri işlədiyi dövrdə şahidi olduğu cinayət əməllərini bir daha diqqətinizə çatdırırıq.
1. Külli miqdarda (100 000 tonlarla) yanacağın talan edilməsi. (Hələ iyul ayında Nəqliyyat və Xüsusi Texnika İdarəsində işçilərlə rəhbərlik arasında qalmaqal yaşandığını, İdarədə “yox” olmuş 150 ton benzin və dizel yanacağının pulunu işçilərin ayağına yazmaq istəyərkən işçilər buna etiraz etdikdə ciddi narazılıq yaranması barədə yazmışdıq – red.)
2. Təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələrinin qanunsuz çıxarılması və digər nəqliyyat vasitələrinə quraşdırılması.
3. Uzun müddətdə təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının ehtiyyat hissələrinin talan edilməsi.
4. Silinməyə gedən nəqliyyat və xüsusi texnikaların talan edilməsi.
5. Müxtəlif ehtiiyat hissələrini satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələrinin digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilməsi.
6. Sürücülərə məcburi ehtiyyat hissələrinin aldırılması.
7. Nəqliyyat və xüsusi texnikaların mühərriklərinin yağ dəyişməsi müddətlərinin uzadılaması və bununla dövlət əmlakına qəsdən ziyan vurulmasi.
8. 70 % nəqliyyat və xüsusi texnikalarının səs boğucularının daxilində olan katalizatorların çıxarılması və satılması.
9. Ford Trasit markalı nəqliyyat vasıtələrinin üzərindən olan Turboların çıxarılması və yoxa çıxması.
10.Müxtəlif səbələrdən icazə alan işçilərin işdə olmadığı müddət barəsində ərizələrin alınmaması və tabellərdə qanunsuz olaraq günlərin hesablanması.
11. Avtomobilləri yuyub təmizləyən ştatında olan Rüstəm Xəlilov adında işçinin illərlə işə gəlmədiyi halda əmək haqqının veriməsi.
12.Ezamiyyətə gedən sürücülərin ezmiyyət məvaciblərinin günlərlə geciktirilməsi.
13.Əlavə saata qalan və qeyri iş günləirndə işə cəlb olunan sürücülərin və çilingərlərin əmək haqqına əlavələrin kəsilməsi və geciktirilməsi.
14. Bir sıra nəqliyyat vasitələrinin mühərrik nömrələrinin texniki pasportda mövcud olan nömrələrə uyğun olmaması.
15.Təmirə gələn nəqliyyat və xüsusi texnikaların təmir kitabında qeydiyyata alınmaması, qüsur və quraşdırma aktlarının tərtib edilməməsi.
16.Bir sıra mühəndis və fəhlələrin vəzifələrinə təyin olunması barəsində əmrlərin olmasına baxmayaraq, elektron müqavilələrin olmaması.
17.Ehtiyyat hissələri və bütün növ yağların qaima-faktura ilə verilməsi əvəzinə müvəqqəti buraxılış vərəqəsi ilə verilməsi. Qaima-faktura isə 2 aydan sonra təqdim olunması.

İndi gəlin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınmasına ayırdığı pullara baxaq .

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə 16.09.2024-cü ildə başladığı açıq tenderə 27.11.2024-cü ildə yekun vurub. Müsabiqənin qalibi “AVTO TEXNİKA DETALİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 3.866.241,68 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir.

Qeyd edək ki, elektron mediada “AVTO TEXNİKA DETALİNG” MMC-nin adı bir sıra dövlət qurumları ilə keçilən şübhəli satınalmalarda hallanır. MMC son illər daha çox Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumlara ehtiyyat hissələri satmağı ilə tanınır.

“Azərsu” ASC kimi isə qurum 2024-cü ilin 3 ayı ərzində nəqliyyat vasitələri üçün süzgəclərin satın alınması üzrə “AS MOTORS” MMC ilə 129.345,38 manat, yağ və sürtkü materiallarının satın alınması üzrə “AZ BATTERY” MMC ilə 662.371,76 manat, diyircəkli yastıqların satın alınması üzrə “ZRM BEARİNG” MMC ilə 83.732,8, akkumlyatorların satın alınması üzrə “PARK SERVİS” QSC ilə 193.678,99 manat, avtoşinlərin satın alınması üzrə “ŞURATAZ LTD” MMC ilə 884.905,6 manat məbləğində satınalma müqavilələri bağlanıb.

Həmçinin dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti son 2023-cü il ərzində nəqliyyat vasitələri və xüsusi texnikalar üçün ehtiyyat hissələrinin alınmasına 3 353 569 manat dövlət vəsaiti ayırıb.

Göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” son iki ildə yalnız ehtiyyat hissələrinin alnmasına bizim dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar əsasında təxmini hesablamamıza görə 9 173 841 manatdan çox dövlət vəsaiti ayırıb. Əgər avtopark müdiri işləmiş Elçin Süleymanovun qeyd etdikləri kimi, təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələri qanunsuz çıxarılaraq digər nəqliyyat vasitələrinə quraşdırılırsa, uzun müddət təmirə dayanan nəqliyyat və xüsusi texnikaların ehtiyyat hissələri talan edilirsə, silinməyə gedən nəqliyyat və xüsusi texnikaları talan edilirsə, müxtəlif ehtiiyat hissələri satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələri digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilirsə, sürücülərə məcburi ehtiyyat hissələri aldırılırsa ayrılan milyonlarla manat dövlət vəsaitləri hara gedir?

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru