“Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                 

Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? - SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ...
Tarix: 1-11-2024, 13:17 | Çap et
Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur?
Azərbaycanda inhisarçılığın yaranmasında və yaşamasında dövlət qurumlarının, ayrı-ayrı nazirlik və idarələrin, nazir və məmur-oliqarxların xüsusi xidməti var. Özü də bu inhisarçılıq təkcə hansısa mal və materialların, məhsulların idxalı, satışı və istehsalında deyil, həm də xidmət sektorunda özünü göstərir. Bu da dövlət qurumlarının keçirdiyi tenderlər və satınalmalardan açıq şəkildə görünür.

Məsələn, Azərbaycanda “Caspel” adlı İT xidmətləri üzrə “tender kralı” şirkət var. Hazırda sözügedən şirkətin qanuni təmsilçisi Quliyev Ceyhun Məhi oğludur. Bu şəxs sabiq Vergilər naziri, mərhum Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. Bu şirkət “Caspel Holdiq”ə bağlıdır.

“Caspel” yarandığı ilk dövrlərdən – 2005-ci ildən F.Məmmədovun şirkəti kimi tanınıb və əsasən ölkəyə kassa aparatlarının gətirilməsi sahəsindəki inhisarçılığı ilə seçilib.

2005-ci ildə yaranması ilə təkcə kassa aparatlarının satışından rəsmi olmayan rəqəmlərə görə, on milyonlarla manat əldə edən “Caspel”in arxasında F.Məmmədovun durduğuna həmin vaxt heç kim şübhə etmirdi. Namiq Quliyev özü isə 2017-ci ilin dekabrına qədər Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamenti rəisinin birinci müavini olub.

Ancaq şirkət yalnız kassa aparatlarının satışı ilə məhdudlaşmayıb və daha böyük işlərə - dövlət satınalmaları və tenderlərə girişib. “Caspel Holdinq” özündə 5 şirkəti birləşdirir. Bunlar “Caspos”(Kassa operatoru kimi fəaliyyət göstərən şirkət yanacaqdoldurma məntəqələri, restoran, hotel, market və digər sahibkarlıq subyektlərinə kassaların satışı və proqram təminatlarının quraşdırılmasını həyata keçirir), “Setclapp”( Biznes proseslərin avtomatlaşdırılması, proqramlaşdırma, İKT konsultasiyası üzrə ixtisaslaşan şirkət, proqram həlləri, mobil tətbiqlərin və veb saytların hazırlanması, rəqəmsal marketinq xidmtlərini təklif edir), Clip TV(İnternet, kabel tv və İP TV xidmətləri təklif edir) və “Telcas” şirkətləridir. Bu şirkətlərdən “Caspos” və “Setclapp” dövlət qurumlarının sifarişi ilə müxtəlif layihələr icra ediblər. Məsələn, “Caspos” SOCAR-ın Şuşa və Ağdam da daxil olmaqla 5 şəhər və rayondakı yanacaq doldurma məntəqələrində kassa aparatı quraşdırıb. “Setclapp” isə İqtisadiyyat Nazirliyi, Azərsu, Milli Depozit Mərkəzi üçün xidmətlər göstərib. Lakin hər iki şirkətin icra etdiyi adıçəkilən layihələrlə bağlı məlumat tapmaq çətindir.

Bundan əvvəl mətbuatda dərc edilən iddialara görə, dövlət satınalmalarının vahid internet portalında “Caspel” MMC-nin qalib gəldiyi bütün tenderlər yoxdur. Buna baxmayaraq, mətbuatda dərc edilən materiallardan aydın olur ki, 2010-2021-ci illər aralığında dövlət satınalmalarının vahid internet portalında olmayan və “Caspel” MMC-nin qalib gəldiyi tenderlərin ümumi məbləği 39 milyon 600 min manatdan artıqdır.

Rəsmi məlumatlara görə isə 2019-2024-cü ilin aprel ayına qədər şirkət dövlət qurumları ilə ümumi dəyəri 43 milyon 680 min manatdan artıq olan tender müqavilələri imzalayıb. O da qeyd olunur ki, “Caspel” bu müqavilələri külli miqdarda vergi borcu ola-ola imzalayıb ki, bu da qanunvericiliyə ziddir.

Məsələnin digər maraqlı tərəfi odur ki, Azərbaycanda çoxsaylı İT şirkətləri və bu sahəyə aid xidmətlər göstərən digər şirkətlər ola-ola əksər qurumların məhz “Caspel”-ə tender qazandırması ilk növbədə İqtisadiyyat Nazirliyini narahat etməlidir. Çünki inhisarçılıq və “kölgəli tenderlər” ilə mübarizə məhz bu nazirliyin əsas vəzifələrindən biri olmalıdır. Lakin nə qədər qəribə görünsə də “Caspel” elə bu nazirliyin özünün tenderlərinin əsas qalibidir. 1 yanvar 2023-cü ildən 2024-cü ilin oktyabr ayına qədər "Caspel" şirkəti İqtisadiyyat Nazirliyinin İT müqavilələrinin 64%-ni (yəni demək olar ki, üçdə ikisini) əldə edib. Bu da ümumilikdə 50 milyon manatın 32 580 000 manatını təşkil edir. Özü də bu, cəmi 1 il 9 ay ərzində olan göstəricidir.

Aşağıda verdiyimiz cədvəldən belə nəticə çıxarmaq olar ki, Azərbaycanda "Caspel"-dən başqa İT şirkəti yoxdur. Tenderlərin şəffaf keçirildiyi halda bir şirkətin bu qədər tenderi udması yumşaq desək, inandırıcı görünmür. Ancaq Azərbaycandakı tender və satınalmalar reallıqlarını nəzərə alanda burada qeyri-adi heç nə yoxdur – kim dövlət qurumları ilə “vaxtında dil tapıbsa”, qalib də odur...

Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur?
Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur?
Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur?
Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur?
Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur?

“AzPolitika.info”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru