Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                     “Sumqayıt Kompressorları” ASC səhmdarlarına .....                     Kağız üzərində problem həll olunub, amma... .....                     Trampın hansı reaksiya verəcəyi maraqlıdır... .....                     Müxalif jurnalistdən İlham Əliyevə dəstək .....                     Əmək mübahisələri... .....                     Putin Zelenski ilə görüşə gedəcəkmi? .....                     PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                     "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                 

Sumqayıt Kompressorlar zavodunu kimlər xarabalığa çevirdi? - İLGİNC FAKTLAR
Tarix: 5-11-2024, 12:08 | Çap et
Sumqayıt Kompressorlar zavodunu kimlər xarabalığa çevirdi?
2-ci qrup əlil, Müdafiə Nazirliyinin təqaüdçüsü Əhmədov Vaqif Əlibaba oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Sumqayıt Kompressorlar zavodunda baş verən qanunsuzluqlardan yazan şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Sizin obyektivliyinizə tam əmin olaraq, Sumqayıt Kompressorlar zavodunun faciəsi barədə məlumat vermək istəyirəm. Zavod möhtəkirlərinin mənə, eləcə də aldıqları xəsərətə görə təqaüd həsrətində olan 60 nəfər işçinin başlarına gələnlər haqda danışmaqdan əvvəl, bu zavodun yaranma tarixi barədə qısaca məlumat verim.

Bakı Soyuducular İstehsalat Birliyi və onun tərkibində Sumqayıt Kompressorlar zavodunun 1969-cu ildə tikilib istifadəyə verilməsi, həmçinin Bakı Kondisionerlər Zavodunun, Qaradağ Dərin Özüllər zavodunun Azərbaycan Respublikasında inşa edilib istifadəyə verilməsi hələ Sovet dövründə Ulu öndər Heydər Əliyevin xalqımıza verdiyi ən gözəl töhfələrdəndir. Ancaq, görək, bu əmanətlər necə qorundu, müəssisələrin bu günki vəziyyəti necədir və konkret olaraq Sumqayıt Kompressorlar zavodu kimlər tərəfindən xarabalığa çevrildi...

Məsələn, müdafiə sənayesində istifadə üçün yararlı, yüz min tondan artıq çəkisi olan unikal dəzgahlar “metalloma” satıldı. Anbarlarda olan ehtiyat hissələri, avadanlıqlar və inşaat materialları talan edildi. Mənim Qazaxıstanın Aktau şəhərindən göndərdiyim inşaat materialları ilə tikilən yaşayış binalarının taleyi məlum deyil…

2007-ci ildə dövlət tərəfindən bizə müavinətlər ödənildi və iclas çağırıldı ki, zavod adı bizə məlum olmayan şəxslər tərəfindən özəlləşdirilir. Bildirdilər ki, biz özəlləşdirilmə çeklərimizi yeni rəhbərliyə təhvil edərək sahibkarlıq hüququ qazanacağıq və UVÇ-yə görə alacağımız təqaüdlər yeni sahibkarlar tərəfindən ödəniləcək.

Direktor vəzifəsinə Valeh Sadıqov təyin edildi, sahibkarlar və əlavə olunan şəxslərlə birlikdə İdarə Heyəti seçildi, zavod fəaliyyətini davam etdirdi. Valeh Sadıqov rəhmətə getdikdən sonra İskəndər Həmidov adlı şəxs direktor təyin edildi. Lakin onun rəhbərlik etdiyi müddətdə müəssisə xarabalığa çevrildi.

Yeri gəlmişkən, dəfələrlə onunla telefon əlaqəsi yaradaraq ağır vəziyyətdə olduğumu bildirmişəm. Məni yalanlarla aldadaraq, aradan çıxıb.

Alqı-satqıdan sonra yeni təyin edilmiş direktoru məhkəməyə dəvət ediblər. Bu zaman məlum olub ki, onlar müəssisənin 60 nəfərə əmək haqqı borcunu 2007-ci ildən ödəmədikləri barədə məlumat verməyib. 29.10.2024-cü il tarixində keçirilən iclas zamanı məlum oldu ki, köhnə səhmdarlar aksiyaları onlara satmış və vergiyə 50 000 AZN borc olduğunu bildirmişlər. Zavodun bizə hansı məbləğdə pul borclu olduğundan onların məlumatı yoxdur, həmin borcu ödəməkdən imtina edir və bizə məxsus aksiyaları 2 manatdan onlara satmağı təklif edirlər. Ölkədə bu qədər hərc-mərclik və nadanlıq olduğunu təsəvvür edə bilməzdim.

1988-ci il, dekabr ayının 8-nə qədər mən zavodda mexaniki təmir sexinin rəisi vəzifəsində çalışmışam. 1969-cu ildə fəaliyyətə başlayan zavod ilk dəfə 1988-ci ilin may ayından tam istehsal gücü ilə işləməyə başlayıb və ayda 94 000 ədəd kompressor istehsal edilib.

1988-ci il, dekabrın 7-də Ermənistan SSRİ-nin Leninakan-Spitak rayonlarında baş vermiş zəlzələ zamanı Azərbaycandan xilasetmə işləri üçün köməyə göndərilən 11923 saylı “polk”un tərkibində 1-ci rotanın siyası işlər üzrə müavini vəzifəsinə təyin edilib, Sovet ordusu tərkibində fəaliyyət göstərmişəm. Türküstan cəbhəsinin komandiri, ordu generalı Zaytsevin əmri ilə 11923 saylı “polk”un komandir əvəzi vəzifəsinə təyin edilmişəm. Xilasetmə işləri zamanı ermənilər tərəfindən vurularaq, İrəvan şəhərinə hərbi hospitala göndərilmişəm. Orada, bir gün əvvəl təyyarə qəzasından yeganə sağ qalmış xilas etdiyim Fəxrəddin Balayevlə birgə müalicə almışam.

Dekabr ayının 23-də Fəxrəddini müalicə üçün Moskvaya göndərdim və özüm Sumqayıta qayıtdım. Sumqayıt Bərpa Xəstəxanasının koordiologiya şöbəsində uzunmüddətli müalicədən sonra II qrup əlil kimi təqaüdə çıxdım. Zavod o zaman SSRİ Müdafiə Nazirliyinin tabeçiliyində olduğuna görə Azərbaycan Respublikasının Hərbi Komissarının müraciəti əsasında, aktla 80% təqaüdün ödənilməsini Həmkarlar Təşkilatının qərarı ilə zavod öz üzərinə götürdü.

2007-ci ilə qədər ödədi. 2007-ci ildən ayda 60 AZN olmaqla, həmin vəsaiti zavodun sahibləri ödəməyi öz üzərinə götürdü. 2007-ci ildən bu günə qədər mənə 2 600,0 AZN pul ödənilib və zavodun mənə 9 940,0 AZN borcu qalıb.

1994-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1994-cü ildə Milli Məclisin sədr müavini Arif Rəhimzadənin və Prezidentin hərbi məsələlər üzrə müşaviri T.Ağahüseynovun qəbulunda oldum. Nəticədə, yardıma gedərkən təyyarəmizin qəzaya uğrama səbəbləri araşdırıldıqdan sonra terror faktı sübut olundu və qəza nəticəsində həlak olan 78 nəfərə şəhidlik statusu verildi. Həmin vaxt Azərbaycan Respublikasının müstəqil Müdafiə Nazirliyi olduğundan, qəza nəticəsində həlak olmuş 4 nəfər zabitin ailəsinə və mənə MN tərəfindən təqaüd təyin edildi. Qəzada sağ qalan Fəxrəddin Balayevə də I qrup Qarabağ əlili kimi təqaüd təyin edilmişdi. O, öldükdən sonra ailəsinə həmin təqaüdün verilməsi dayandırıldı. Mənə isə heç bir status verilmədən 54% pensiya təyin etdilər, hansı ki, II qrup əlil olduğumdan, ən azı 80% ödəməlidirlər və indiyə qədər dəfələrlə MM-ə etdiyim müraciətlər nəticəsiz qalır.

Hörmətli redaksiya!

“Sumqayıt Kompressorlar zavodu” ASC-dən mənə 2007-ci ildən borclu olduqları vəsaitin təcili verilməsi üçün köməklik etməyinizi xahiş edirəm”.

"Hurriyyet"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru