Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ – Görünməyən əllər və milyonluq yeyintilər
Tarix: 23-10-2024, 11:25 | Çap et
 “Son illərdə Dövlət Gömrük Komitəsində rəhbərlik 2-3 dəfə dəyişib, amma problemlər hələ də qalır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.
O, son günlər gömrüklə bağlı artan şikayətlərdən və Dövlət Gömrük Komitəsində (DGK) baş verən özbaşınalıqlardan söz açıb.
“Doğrudur, onların da işləməyində və yanaşmalarında fərq var, amma nəzərə alsaq ki, son illərdə DGK-da rəhbərlik 2-3 dəfə dəyişib, amma problemlər hələ də qalır. Bu qurumun fəaliyyətində bir sıra düzəlişlər aparılmalıdır. Bunlardan biri qanunvericilik sahəsindəki problemlərdir ki, bu məsələlər də düzəlməlidir. Düşünürəm ki, artıq gömrük sahəsində yumşalmalar olmalıdır. İstər vətəndaşların şəxsi istifadəsi üçün gətirilən məhsullarla, istərsə də kiçik və orta biznesin nümayəndələrinin gömrük rüsumları ilə bağlı yumşalmalar olmalıdır ki, insanlarımızın dolanışığı və şəraiti düzəlsin”, – deyə partiya sədri bildirib.
Siyasətçinin sözlərinə görə, burada görünən digər məsələ isə odur ki, sözügedən məsələdə iri oliqarxların maraqları var:
“Bu günə qədər eşitməmişəm ki, oliqarxların gömrükdə hər hansı problemləri olsun. Görünən həm də odur ki, bu insanların DGK-ya bu və ya digər formada təsiri imkanları mövcuddur. Ona görə də bu sahədə bütün komitə rəhbərləri dövründə kiçik və orta biznesə təsirlər olub. Odur ki, bu sahədə yumşalmanın, qanunvericiliyin yumşaldılmasının və insanlara münasibətdə daha loyal olmasının tərəfdarıyıq. Çünki bir çox məhsullar Azərbaycanda istehsal olunmur. Yüksək texnologiyalardan tutmuş adi geyimə qədər, dərman preparatları, kosmetika və digər gündəlik istifadə edilən məhsullara gömrük rüsumları tətbiq olunanda, nəticədə, vətəndaşın cibinə təsir edir. Fikrimcə, bu sahədə kifayət qədər islahatlara ehtiyac var. Əgər həmin o görünməyən əllər və təsir mərkəzləri öz gücünü saxlayıb DGK-ya təsir etməsə, heç nə dəyişəsi deyil və şikayətlər bundan sonra da çoxalacaq”.
O, söyləyib ki, dövlət bu məsələ ilə bağlı tənzimləmə aparmalıdır:
“Birincisi, qanunvericilikdə islahatlar olmalıdır, ikincisi isə nəzarət gücləndirilməlidir. Yəni onların qanunvericilikdəki boşluqlardan istifadə mexanizmlərinin qarşısı alınmalıdır. Məsələn, gömrükdən məhsul gətirən insanların çoxu deyir ki, bu məhsulların əksəriyyəti gömrük işçisinin şəxsi təşəbbüsünə buraxılır. Yəni gömrük işçisi malı ya A, ya da B kateqoriyası ilə təsdiqləyir. Belə olan halda, A və B kateqoriyası arasında kifayət qədər qiymət fərqli olur ki, adətən, maraqlı tərəflərin təzyiqi nəticəsində də bundan istifadə edilir”.
“Bu yöndə islahatlar aparılsa, nəzarət və qanunvericiliyin sərt üzü olsa, DGK-da dəyişikliklər ola bilər. Çünki milyonluq yeyinti ilə həbsə düşən adamlar bir müddət sonra azadlığa çıxırlar və müsadirə olunmuş əmlakları geri qaytarılır. Belə nümunələri az görmüşük? Əlbəttə, təkcə bununa belə hadisələrin qarşısını almaq olmaz. Əgər problemlərin həllini istəyiriksə, mütləq gərəkli addımlar atmaq lazımdır”, – deyə o, fikirlərini tamamlayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
• Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56 |
|
|
|
• Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42 |
|
|
|
• Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39 |
|
|
|
• Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31 |
|
|
|
• Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20 |
|
|
|
• Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19 |
|
|
|
• Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16 |
|
|
|
• “Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07 |
|
|
|
• Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02 |
|
|
|
• Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• “Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46 |
|
|
|
• Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35 |
|
|
|
• Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20 |
|
|
|
• Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17 |
|
|
|
• Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09 |
|
|
|
• PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56 |
|
|
|
• "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49 |
|
|
|
• Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46 |
|
|
|
• 'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
• Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32 |
|
|
|
• Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23 |
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
|