General oğlunun 5 ildir DOST-a icarəyə verdiyi bina ətrafında QALMAQAL - Dünənə qədər İSTİSMARI QADAĞAN İDİ...
Tarix: 15-10-2024, 12:28 | Çap et
 Fövqəladə Hallar Nazirliyi (FHN) Fərhadzadə Fərid Rüfət oğlunun sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 100 ünvanında inşa olunan qeyri-yaşayış binasının istismarına icazə verib. Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 3 min 981 kvadratmetr olan bina 5 mərtəbə (2 səviyyəli zirzəmili) ibarətdir. FHN qeyri-yaşayış binasına 3 oktyabr 2024-cü il tarixli 03305 nömrəli istismara hazırlıq rəyi verib. Məlumat üçün bildirək ki, bu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “1 saylı Bakı DOST Mərkəzi” üçün Fərid Rüfət oğlu Fərhadzadədən qeyri-yaşayış sahəsi icarəyə götürülüb. DOST Agentliyi Fərid Fərhadzadədən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ümumi sahəsi 3 min 693 kvadratmetr olan qeyri-yaşayış sahəsini icarəyə götürüb və qarşılığında 4 milyon 874 min 760 manat ödəyəcək. Məlumat üçün bildirək ki, hazırda “1 saylı Bakı DOST Mərkəzi” qeyd olunan ünvanda fəaliyyət göstərir. DOST Agentliyi ilk dəfə 5 il əvvəl Fərid Fərhadzadə ilə icarə müqaviləsi bağlayıb. “1 saylı Bakı DOST Mərkəzi” istismarına 7 gün əvvəl icazə verilən qeyri-yaşayış sahəsində 5 il ərzində necə fəaliyyət göstərdiyinə aydınlıq gətirmək üçün suallarımızı DOST Agentliyinin mətbuat xidmətinə ünvanladıq. Agentliyin mətbuat xidmətindən Yeniavaz.com-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən qeyri-yaşayış binasının “1 saylı Bakı DOST Mərkəzi”nin inzibati binası kimi icarəyə götürülməsi barədə müqavilənin imzalanması həmin binanın müvafiq olaraq özəl mülkiyyətdə olması və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatda olması əsasında baş verib: “Müqavilə şərtlərinə əsasən, bina əsaslı şəkildə təmir edilərək DOST Agentliyinin istifadəsinə verilib. Sahibkar binanın təmirdən sonra yoxlanılması və istismara yararlı olduğunun bir daha təsdiq edilməsi üçün müvafiq quruma müraciət edib və müsbət rəy alıb”. Qeyd edək ki, 5 il əvvəl mətbuatda yayılan məlumatlarda Fərid Fərhadzadə “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevə yaxın şəxs kimi təqdim olunub. Məlumat üçün bildirək ki, Balababa Rzayevin kürəkəni Fərid Fərhadzadə tanınmış iş adamlarından biridir. “FF Şirkətlər Qrupu”nun Fərid Fərhadzadəyə məxsus olduğu bildirilir. Bildirilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. Bu qrupa daxil olan “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir. Fərid Fərhadzadə eyni zamanda Balababa Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi “Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub. Fərid Fərhadzadə ötən ildən Azərbaycan Triatlon Federasiyasının prezidenti vəzifəsini də icra edir. Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur. Onu da bildirək ki, bir neçə gün əvvəl Baş nazir Əli Əsədov “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə şiddətli töhmət verilməsiylə bağlı sərəncam imzalayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
• Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55 |
|
|
|
• Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53 |
|
|
|
• ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49 |
|
|
|
• Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46 |
|
|
|
• Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40 |
|
|
|
• Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33 |
|
|
|
• 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30 |
|
|
|
• Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28 |
|
|
|
• Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22 |
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
• Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56 |
|
|
|
• Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42 |
|
|
|
• Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39 |
|
|
|
• Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31 |
|
|
|
• Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20 |
|
|
|
• Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19 |
|
|
|
• Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16 |
|
|
|
• “Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07 |
|
|
|
• Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02 |
|
|
|
• Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• “Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46 |
|
|
|
• Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35 |
|
|
|
• Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20 |
|
|
|
• Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17 |
|
|
|
• Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09 |
|
|
|
• PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56 |
|
|
|
• "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49 |
|
|
|
• Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46 |
|
|
|
• 'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
• Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32 |
|
|
|
• Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23 |
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
|