İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                     “Sumqayıt Kompressorları” ASC səhmdarlarına .....                     Kağız üzərində problem həll olunub, amma... .....                     Trampın hansı reaksiya verəcəyi maraqlıdır... .....                     Müxalif jurnalistdən İlham Əliyevə dəstək .....                     Əmək mübahisələri... .....                     Putin Zelenski ilə görüşə gedəcəkmi? .....                     PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                 

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub
Tarix: 9-10-2024, 17:29 | Çap et
Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub
Dünən mediada ölkə başçısının Sərəncamı ilə yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İmişli rayon İcra Hakimiyyətinin növbəti qanunsuz əməlinə mane olduğu barədə məlumat yaıldı. Qeyd edilir ki, Dövlət Agentliyi tərəfindən İmişli rayon İcra Hakimiyyəti ilə bağlı 03 oktyabr 2024-cü il tarixində AİBNDX/SQ-9917/2024 nömrəli qərar qəbul edilib. Məhz həmin qərarda İmişli İH-nin qiymətləri bilərkdən məqsədli şəkildə şişirtdiyi, xərcləri həddən artıq böyütdüyü qeyd olunub. İcra Hakimiyyəti yolların əsaslı təmiri üçün 500.665,74 manat pul ayırmağı nəzərdə tuturmuş.

Xəbəri bir sensasiya kimi hətta ən tanınan media orqanları da tirajladı. Sanki qiymətlərin bu tip şişirtmə halları indiyə qədər heç olmayıb. Sanki bu kimi hallar birinci dəfədir ki, baş verir.

Aktualinfo.org Goranboy Suvarma Sistemləri İdarəsi oktyabrın 8-də bir mənbədən satınalma metodu ilə keçirdiyi və bğladığı 3 satınalma müqaviləsi ətrafında araşdırma aparıb. Burada da bir sıra ciddi qanun pozuntuları ilə yanaşı, qiymətlərin süni şəkildə şişirdildiyi də açıq aydın görsənir. Maraqlıdır, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Goranboy Suvarma Sistemləri İdarəsinin yol verdiyi qanun pozuntularını görməyib, yoxsa elə bilərəkdən göz yumub?

İndi biz sizi Goranboy Suvarma Sistemləri İdarəsinin keçirdiyi bir neçə satınalmanın nəticələri ilə tanış edəcik. Qoy bunu həm də iqtisadçılar, mütəxəsislər qiymətləndirsin.

Subartezian quyularının layihə smeta sənədlərinin hazırlanmasının satın alınması üzrə 64.800 manat məbləğində satınalma müqaviləsi “DREAM HOUSE CONSTRUCTION” MMC ilə

Subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə 770.000 manat məbləğində satınalma müqaviləsi “AZƏRTRANSS” MMC ilə

3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrrə 309.997,2 manat məbləğində satınalma müqaviləsi “Dostluq H-EL” MMC ilə.

Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Goranboy Suvarma Sistemləri İdarəsinin subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə müqavilə bağladığı “Dream House Construction” və “Azərtrans” MMC-lərin hər ikisinin analoji işləri görmək üçün lisenziya və icazəyə malikdirlər. Lakin bu onlara analoji işlər üçün xüsusi hüquq verirmi? Sözügedən satınalma predmeti üzrə kifayət qədər əvəzedicisi və alternativi olduğu halda tender nədən bir mənbədən atınalma metodu ilə keçirilib?
Maraqlıdır, Goranboy Suvarma Sistemləri İdarəsi 770.000 manatı rayonda neçə subartezian quyusunun əsaslı təmiri üçün ayırıb? Təbii ki, bunlar şərtlər toplusunda göstərilib. Bəs ictimaiyyətə niyə açıqlanmır? Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi portalından əldə etdiyimiz məlumatlarda idarənin balansında olan əkin sahələrinin suvarılmasına 968 ədəd subartezian quyusu xidmət edir. Elektron mediada və sosial şəbəkələrdə isə son bir ildə Goranboy rayon sakinlərinin suvarma suyunun olmaması ilə bağlı çoxsaylı şikayətlərinə rast gəlmək olar. Ayrılan bu qədər vəsaitin müqabilində rayonda suvarma suyunun çatışmazlığı nədən olsun ki?
Goranboy Suvarma Sistemləri İdarəsinin son illər subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirdiyi digər tenderlərdə də sual doğuran məqamlər çoxdu.
Subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satın alınması üzrə 158.520,08 manat məbləğində satınalma müqaviləsi “ART-PROJE” MMC ilə 05.08.2024-cü ildə bağlanılıb.
Subartezian quyularının abadlaşdırılması üçün mal-materialların satın alınması üzrə 37.478,17 manat məbləğində satınalma müqaviləsi “MENDOSO GRUP” MMC ilə 17.06.2023-cü ildə bağlanılıb.
Subartezian quyularının əsaslı təmiri və smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə 503.839,21 manat məbləğində satınalma müqaviləsi “OSKAR-AR” MMC ilə 02.06.2023-cü ildə bağlanılıb.
Subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satın alınması üzrə 194.211,83 manat məbləğində satınalma müqaviləsi “ART-PROJE” MMC ilə 15.05.2023-cü ildə bağlanılıb.
Xüsusi vəsait hesabına subartezian quyularının elektrik və mexaniki avadanlıqlarının cari təmiri üçün mal-material və ehtiyyat hissələrinin satın alınması üzrə 56.089,83 manat məbləğində satınalma müqaviləsi “ART-PROJE” MMC ilə 06.12.2022-ci ildə bağlanılıb.
Subartezian quyularının təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə 31.900,12 manat məbləğində satınalma müqaviləsi “DREAM HOUSE CONSTRUCTION” MMC ilə 28.10.2022-ci ildə bağlanılıb.
Subartezian quyularının təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması və işlərinin görülməsinin satın alınması üzrə 57.412,42 manat məbləğində satınalma müqaviləsi “İQBAL-R” MMC ilə 04.10.2022-ci ildə bağlanılıb.
Subartezian quyularının təmiri işlərinin satın alınması üzrə 168.334,26 manat məbləğində satınalma müqaviləsi “İQBAL-R” MMC ilə 04.10.2022-ci ildə bağlanılıb.
Subartezian quyularının elektrik və mexaniki avadanlıqlarının cari təmiri üçün mal-material və ehtiyyat hissələri satın alınması üzrə 263.948,3 manat məbləğində satınalma müqaviləsi “TAYQA LTD” MMC ilə 01.07.2022-ci ildə bağlanılıb.
Göründüyü kimi Goranboy Suvarma Sistemləri İdarəs 2022-ci ilin iyulundan 2024-cü ilin oktyabrına subartezian quyularının qazılması, əsaslı təmiri işlərinin satın alınmasına layihə smeta sənədlərinin hazırlanması ilə birgə təxmini hesablamalarımıza görə 2 354 748 manat dövlət vəsaiti ayırıb. Satınalmaların hamısı da bir mənbədən satınalma metodu ilə keçirilib. Burada hansı kənddə, neçə subartezian quyularının əsaslı təmir olunduğu bəlli deyil.
Bunlardan əlavə Goranboy Suvarma Sistemləri İdarəsinin 08.10.2024-cü ildə “Dostluq H-EL” MMC ilə 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrə 309.997,2 manat məbləğində bağladığı satınalma müqaviləsində qanun pozuntuları var.
Sözügedən MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.10.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZIĞ ŞOSSESİ, ev 4, BLUE OFFİCE, MƏRT. 5, qanuni təmsilçisi isə Babayev Mehti Nadır oğludur. MMC-nin hazırki günə 120 597. 28 manat ödənilməmiş vergi borcu var.
Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsi 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində boru xəttinin təmiri işləri üzrə “SUTİKİNTİ-TƏMİR” MMC ilə 08.12.2023-cü ildə 216.400 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu isə o deməkdir ki, Suvarma İdarəsi 10 ay ərzində Səfikürd nasos stansiyasının boru xəttinin təmirinə ümumi olaraq 526 397 manat dövlət vəsaiti xərcləyib.
Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur. Daha əvvəllər Göygöl Suvarma Sistemləri İdarəsində baş mühəndis və rəis vəzifələrində çalışıb. Adı kifayət qədər qalmaqallarda və digər xoş olmayan əməllərdə hallanır.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru