“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvanda 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                 

"Az qala deyələr ki, Aqil, nə vaxt ölürsən?" - deputat
Tarix: 23-02-2024, 09:00 | Çap et
"Az qala deyələr ki, Aqil, nə vaxt ölürsən?"
diaaz.space Kult.az-a istinadla yazıçı, millət vəkili Aqil Abbasla müsahibəni təqdim edir.

- Aqil müəllim, deyəsən, səhhətinizdə ciddi problemlər var. Bu yaxınlarda Türkiyədən müalicədən qayıtdınız...

- Bala, bu səhhət söhbətləri nə qədər olar? Bu sualı çıx. Mən xəstə-zad deyiləm. Gərək ağır xəstəliyim olsun ki, müalicə alım? Sən kimlə müsahibə etməyə gəlmisən? Yazıçı Aqil Abbasla, düzdü? Olmaz elə ədəbiyyatdan danışaq?

- Aqil müəllim, Türkiyədə əsəbinizi müalicə etdirməmisiniz deyəsən...

- Yox, bala, əsəb deyil, bezmişəm. Az qala deyələr ki, Aqil, nə vaxt ölürsən? Yazıçının səhhətinin nə dəxli var məsələyə?

- Aqil müəllim, deyirlər, parlament seçkiləri olacaq. Namizədliyinizi verəcəksinizmi?

- İndi də keçdik siyasətə (gülür). Əgər seçkilər olsa, mən ilk növbədə öz seçicilərimlə görüşəcəm, söhbətləşəcəm. Görüm heç onlar məni təzədən istəyirlərmi? Bəlkə, elə deyəcəklər, ta bəsdi?

- Sizə belə söz deyərlər ki?

- Mən hardan bilim? Dediyim odur, namizəd olmağım seçicilərimin istəyindən asılıdır, ətrafımla, seçicilərimlə məsləhət edəcəm, uyğun görsələr, hə.

- Aqil müəllim, “Ədalət”in vəziyyəti necədir?

- Qəzetlərdəki ümumi vəziyyət it günündədir, amma mənim bu internet saytlarına etibarım yoxdur. Bir də gördün, Amerika bağladı. O günlərdə ermənilərdən yazdığım üçün yazılarımı da internetdən silmişdilər. Sanki qəzetləri tamam sıradan çıxartmaq istəyirlər. Cənab Prezident əlini çəksə, tamam yığışdıracaqlar. Sağ olsun. Abunəliklər yoxdur, qəzet qazanmır.

- Qəzetləri oxuyan da yoxdur...

- Yox, elə deməzdim. Az da olsa, var. Mən özüm tez-tez qəzetlərin arxivinə baxmaq üçün Milli Kitabxanaya gedirəm. Vallah, elə olur, oturmağa yer tapmıram. Gedin, özünüz də baxın, görəcəksiniz. Oxuyan yoxdursa, bu camaat kimdir? Tək orda yox, çox yerdə görürəm ki, oxuyurlar. İndi ürəyimiz istəyən səviyyədə deyil, o ayrı məsələdir.

- Aqil müəllim, Ağdama gedirsinizmi? Necə hisslərdir, otuz illik boşluğu doldura bilirsinizmi?

- Tez-tez gedirəm. Amma o boşluğu nətər doldurum? Mümkün deyil. Bizim, şəxsən mənim ömrümdən oğurlanmış illərdir. Dolmaz o yer, bala, heç nə ilə dolmaz.

- Ağdamda özünüzə ev tikdirəcəksiniz?

- Niyə tikdirmirəm ki? Hətta xanımımla razılaşmışıq, tikdirsəm heç, olmasa da, köçüb orada yaşamaq üçün dövlətdən ev istəyəcəm. Düzdür, işlər gedir, gözəlləşdirirlər, amma Ağdam hələ o Ağdam deyil. Bilirsən əsl Ağdam nə vaxt formalaşacaq? Kinoteatrın qabağında ağdamlı oğlanlar qız üstündə dalaşıb bıçaqlaşanda. Xarakter baxımından deyirəm. Təki ayağımız dəysin, suyu-havası dəysin, hər şey yoluna düşəcək.

- Bəs işləriniz, Milli Məclis?

- Oradan işləmək olmur? Musa Yaqub İsmayıllıda idi, Şəkər Aslan Lənkəranda. Naxçıvanlı deputat təyyara ilə gəlir, iclasda iştirak edib qayıdır. İndi elə yol çəkiblər, üç saata Bakıdasan. Bu il seçkilərdə də Prezidentdən nümunə götürdüm, səsimi də gedib Ağdamda məhz möhtərəm Prezidentə verib qayıtdım. Gedib-gəlməkdə çətinlik nə var ki?

- Demişdiniz ki, Ağdamda İradə Tuncayla yenidən toy edəcəksiniz. Necə oldu, İradə xanım yenidən evləndimi sizinlə?

- Əlbəttə, demişdim, elədim də. 40 illiyimizi Ağdamda, məscidin yanında 50-60 nəfərdən ibarət toy şəklində etdik. Amma içkisiz.

- İçki niyə vermədiniz ki?

- Toyda iştirak edənlər orada xidmət edən polis və hərbçilərimiz idi, içmək olmazdı. Amma yemək yaxşıydı. Hələ postlara da payladıq. Bircə dedim, qabları qaytarın, onlar dövlətindi (gülür).

- Aqil müəllim, deyirlər ki, yazıçı gərək vəzifədə olmasın. Deputatlıq sizə heçmi mane olmadı?

- Yox, niyə olsun ki? Mən xalqa xidmət edirəm də. Yazı yazmaq sevdiyin qızın dalınca getmək kimi bir şeydi. Qız dalınca gedəndə sənin qarşını nə kəsə bilər? Heç nə. İndi mən də yazmaq istəyəndə qarşımı heç nə kəsə bilməz, kəsmir də.

- Yorulmursunuz, bezmirsinizmi? Sizə müraciətlər də çox olur..

- Bir adam bir xahişi on dəfə edəndə bezirəm..

- Yazıçı olduğunuz halda siyasətçi kimi tanınmaq da narahat etmir sizi?

- Məni yazıçı kimi tanıyırlar. Hara gedirəmsə, yazıçı münasibəti görürəm, adamlar öz aralarında danışanda belə təqdim edir. Bir dəfə İsmayıllıya gedirdik. Avtobusdan düşəndə iki arvad bir-birinə “az, bu Famil Mehdi deyil?” dedi. Dedim, hə, Famil Mehdiyəm, on il qabaq ölmüşəm...

- Məşhurluq yaman xoşunuza gəlir, deyəsən.

- Hə, gəlir, kimin xoşuna gəlmir ki? Qaxda bir monastrda bir oğlan gəlib dedi, olar uşağı qucağınıza alasınız? Aldım, şəkil çəkdirdik, dedi, bu uşaq gələcəkdə deyəcək ki, mənim Aqil Abbasla şəklim var. Xoşuma gələr də. Gəlməsin?

- Aqil müəllim, ” Dolu” hamıya məlumdur, bəs qələbədən nəsə yazmırsınız? Həm elə şikayət edirlər ki, yazıçılar qələbə ilə bağlı nəsə yazmırlar...

- “Dolu-2”-nin ssenarisini yazıram. Amma bundan əlavə də povestlər yazmışam. Axırıncı povestimin birində erməni oğlanla azərbaycanlı oğlanın əvvəllər dost olması, müharibənin hər şeyə son qoymasını göstərmişəm. Əslində, yazırlar, mən çox görürəm, amma tutmur, şablondu. Müharibəyə başqa tərəfdən baxmaq lazımdır. Elə yazmağa nə var?

- Cəmiyyətin tənqidindən çəkinmirsiniz? Bizdə erməni-azərbaycanlı münasibəti sərt tənqid olunur...

- Nədən qorxacam? Mən kimin tənqidi, alqışı ilə yaranmışam ki, qarğışıyla da öləm, qorxam? Pis nə yazıram ki? Real deyil? Dostluqlar olmayıb? Olanı yazmışam da.

- Niyə ancaq Qarabağdan yazırsınız? Adətən, bunu da tənqid edirlər ki, dil köhnədir, mövzu da kənd-kəsək.

- Qələt eləyirlər! Bu nə sözlərdi? Belə də ədəbiyyat söhbətləri olar ki, elə yazma, belə yaz? Mən Qarabağdan yazıram ki, gənclər özünü unutmasın, dədə-babalarını, yurdlarını tanısınlar, bilsinlər kim kimdi, nə nədir. Buna da qadağa var? Nədən yazmağa yox, necə yazmağa baxmaq lazımdır. O vaxt AYO-çular “Ədalət” qəzetində yazırdılar ki, Rəsul Rza niyə Leninə poema yazıb? Onlara cavab yazmışdım ki, sən kimə yazdığını neynirsən? De görüm, poema yaxşıdırmı? Estetik tərəfindən danış, əsər kimi necədirsə, onu de. Hər şeyə belə yanaşmaq lazımdır.

- Bəs Əkrəm Əylisliyə münasibətiniz necədir?

- Əkrəm yazıçı kimi çox gözəl yazıçıdır, amma özünü o yaşda “Daş yuxular” əsəri ilə gözdən saldı. Kim aldatdı, necə aldatdılar ki, sənə Nobel veriləcək, bilinmir. Amma gərək, yazmazdı. Əsas məsələ odur ki, roman heç bədii-estetik roman olaraq da yaxşı deyil, qaldı ki, mövzusu ola.

- Aqil müəllim, sizə niyə “xalq yazıçısı” adı vermirlər? Anar təqdim etmir?

- Hardan bilim niyə vermirlər? Məni dövlət həmişə diqqətdə saxlayıb, cənab Prezident mükafatlandırıb. Özümə ustad saydığım Seyran Səxavətə də xalq yazıçısı adı verilməyib. Süleyman Abdullayev əməkdar artist öldü, amma gör nə boyda sənətkar idi! Hamı da ona “dədə” deyirdi. İndi olar ki, bir gün mənə də “xalq yazıçısı” adını verərlər. Kimin təqdim etməli olduğunu da bilmirəm, bircə onu bilirəm ki, mükafatı, adı Prezident verir.

- Belə çıxır ki, sizin üçün fərqi yoxdur?

- “Xalq yazıçısı” adını alsam, pis olmaz. Amma neyləyim? Səhər-axşam yatım durum ki, mənə ad verin, ad istəyirəm? Bu da bir iş deyil. Versələr də sağ olsunlar, verməsələr də. Məni belə də tanıyırlar, sevirlər, oxuyurlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru