Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                 

Maral Tahirqızı onunla bağlı paylaşıb edib, lağa qoyanlara SƏSLƏNDİ - "Allah bəlanızı versin..."
Tarix: 15-01-2024, 10:07 | Çap et
Maral Tahirqızı onunla bağlı paylaşıb edib, lağa qoyanlara SƏSLƏNDİ
Müğənni Maral Tahirqızı Moderator.az-saytının suallarını cavablandırıb.

-Maral xanım, söhbətimizə sənət həyatınızdan danışmaqla başlamaq istərdim. Fəaliyyətiniz necə davam edir?

-Nə iş görürəmsə hamısını yutuba, tik-toka və instaqram səhifəmə yükləyirəm. Sənətdəyəm, işimin başındayam. Sırf özümə məxsus olan mahnılarım yoxdur. Köhnə mahnıları yeni aranjimanda təqdim edirəm.

-Vaxtilə böyük sənətkarlardan dərs aldığınızı söyləmisiniz. Kimlər olub müəllimləriniz?

-Arif Babayev, Qəzənfər Abbasov, Qaraxan Behbudov, Əlövsət Qarabağlı və Rafiq Əliyevdən dərs almışam. Məktəbə daxil olanda istər-istəməz səs yoxlanılır.
Müəllimlərim də səsimin gözəl olduğunu bildirmişdilər. Səsim pis olsaydı əlbəttə ki, məni məktəbə qəbul etməzdilər.

-Siz həm də sosial media fenomenisiz. Tik-tokdan, instaqramdan qazanc əldə edə bilirsiniz?

-İndi əvvəlki kimi reklamlar yoxdur. Xırda-xuruş şeydir. Qazancım sırf məclislərdəndir. Toylar da olur. Sənətlə heç nə əldə edə bilməmişəm. Əvvəllər mağazam olub, işlədib qazanmışam. Kənd Təsərrüfatı Nazirliyində iqtisadçı, Tikinti idarəsində kadrlar şöbəsinin rəisi, Yeyinti Sənayesi Nazirliyində işləmişəm. 25 yaşımdan vəzifələrdə çalışmışam.

-Prodüsseriniz var?

-Hazırda yoxdur. Bir ara var idi. Böyük işlər olanda özümlə prodüsser aparıram. Gərək böyük məbləğ qazanım ki, prodüsseri də dolandıra bilim. Məclislərə yarım saatı 300 manata gedirəm. Öncədən beh alıram. Ayda 5-6 məclisim olur. Özümü dolandırıram. O pulu da sənətimə, səsyazmaya, geyimlərimə xərcləyirəm.

-Yeni il gecəsi 50 min qonorara tədbirə gedən müğənnilər var idi..

-Eşidin amma inanmayın. 50 mini kimdir onlara verən?! Bu sadəcə sözdür. Hamısı 50 manata, 100 manata gedir. Söhbət elə məşhur müğənnilərdən gedir. Onların getdiyi restoranları da mən tanıyıram. Həmin restoranların direktorları özləri deyir ki, “biz ən məşhur müğənniyə 100 manat ödəyirik”. Necə oldu ki, indi 50 min verdilər?! Yalan söhbətdir. Yenə də elə ən baha gedənlərdən də mən baha gedirəm.

-Sənətdə kimlərlə dostluq edirsiniz?

-Heç kəslə! Hamıyla “salam-sağol” edirəm. Hər kəsin bir xasiyyəti var. Ən yaxın dostum anamı mənə əvəz edən böyük bacımdır.

-Kimlərlə duet oxumaq istərdiniz?

-Mən heç kimlə duet oxumaq istəmirəm. Özləri oxuyub sənətlərini göstərsinlər. Duet təklifləri gəlib, amma qəbul etməmişəm. Onların səsi tam başqa, mənim səs tembrim tamamilə başqadır. Xanımın xanımla duet oxumasını qəbul edə bilmirəm. Buna pis baxıram.

-İllər öncə sizin sayənizdə reytinq qazanan məşhurlar, verilişlər oldu..

-Mənim səsim, sənətim göz qabağındadır. Ona görə də qalmaqal yaratmıram. Məsəl var, “yel əsər qayadan nə aparar?”. Əlbəttə ki, toz. Yutubda haqqımda bəzi paylaşımlar edib, səsimi lağa qoyurlar. Mən haqqımı onlara halal etmirəm, söyürəm. Deyirəm ki, “Allah bəlanızı versin”. Allah ürəyiniz qədər payınızı versin. Onlar mənim sənətimə kölgə sala bilməzlər. Xaincəsinə, düşməncəsinə edirlər. Məqsədləri məni gözdən, nüfuzdan salmaqdır.

-Nəticədə pul qazanırlar.. Yenə də onlara reytinq verirsiniz..

-Haramları olsun. Bu haramdır. Özləri ələ salınmış adamlardır. Siz kiminlə lağ edirsiniz? Səviyyəli, şəxsiyyətli, özünə hörmət qoyan adam belə bir şey etməz.

-Hər məclisə gəlişiniz böyük səs-küy yaradır. Sosial şəbəkələrdə bunun şahidi oluruq..

-Bəli. Sonuncu məclisdə mötəbər bir rəisin doğum günündə idim. Onun xəbəri yox idi ki, mən gələcəyəm. Ailəsi ona sürpriz etmişdi. Həmin rəis mənə pərəstişlik edirdi. Sonradan həyat yoldaşı ilə də görüşdüm. Çox insanın həyat yoldaşı məni dəvət edir. Hamısından çox razıyam. Nə danışıramsa o qədər də qonorar alıram. Bəzi məclislərdə əlavə hörmət edənlər də olur. Tamahkarlıq edən adam deyiləm. Heç vaxt demirəm ki, mənə onu versinlər, bunu versinlər. Müğənnilər var ki, bunu edirlər, amma mən edə bilmirəm.

-Bir az da ailə həyatınızdan danışmağınızı istərdim.

-Anam pandemiyada dünyasını dəyişdi. Bakıda yaşayıram. 8 bacı-qardaşıq. Hamısının övladları, nəvələri var. 6 bacım məndən böyükdür. Səsimi, sənətimi dəstəkləyirlər. Evdə mənə qarşı çıxan yeganə şəxs atam idi. Sevmirdi ki, xanım müğənni olsun. O da səsimi dinləyəndən sonra razılıq verdi. Dedi ki, “sən oxu, səs səndədir, ayağını geri çəkmə”. Atam səsə böyük önəm verirdi. Səssiz adamı sevməzdi. Televizorda səsi olmayan müğənni görəndə söndürürdü. Deyirdi ki, “avaraçılıqından müğənni olub”. Həyatımda mənim üçün heç nə çətin olmayıb. Bir qardaş, bir bacımı və ata, anamı itirmişəm. Hər biri mənim üçün özəl idi. Atamı evdə hamımız daha çox istəyirdik. Atam dünyasını dəyişəndə elə bil dünyam köçüb getdi.

-Bəs şəxsi həyatınız...?

-Ailəli olanda 16 yaşım var idi. Bu Allahın qismətidir. Hər bir xanım istəyər ki, ailəsi, övladları olsun. Övladım yarımçıq doğulduğu üçün qalmadı. İkinci dəfə ailə həyatı qurmaq istəmədim. Kiminləsə sevgili olub, dünyaya övlad gətirmək istəməmişəm. İstəmişəm ki, dünyaya gətirdiyim uşağın atası olsun.

-Efirlərə dəvət alırsınız?

-Dəvət edirlər, amma özüm getmirəm. Çünki televiziyalardan hörmətsizlik görmüşəm. Məni qeybətə, qalmaqala çağırırlar. İndiki televiziyaların bir çoxu sosial verilişlərdən ibarətdir. Səsi, sənəti tərənnüm etmirlər. Qeybət axtarırlar ki, rezonans yaratsınlar.

-Tamaşaçılarınıza nə demək istərdiniz?

-Onlara gözəl-gözəl günlər arzulayıram. Həyatın bütün gözəlliklərindən zövq alsınlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru