Azərbaycan kino sahəsində yeyintilər: - qanunda boşluq, yoxsa qeyri-peşəkarlıq?..
Tarix: 22-12-2023, 08:07 | Çap et
 Hesablama Palatasının kino sahəsi ilə bağlı apardığı növbəti yoxlamaların hesabatı müzakirələrə səbəb olub.
Palatanın dekabrın 20-də yaydığı məlumatda bildirilir ki, Mədəniyyət Nazirliyində, Azərbaycan Respublikası Kino Agentliyində (ARKA), Cəfər Cabbarlı adına “Azərbaycanfilm”, “Salnamə” və “Filming Azerbaijan” kinostudiyalarında və Dövlət Film Fondunda yoxlamalar aparılıb və ciddi maliyyə pozuntuları aşkarlanıb.
Palatanın ötənilki hesabatında da Mədəniyyət Nazirliyində ciddi maliyyə pozuntuları olduğu bildirilirdi.
Tövsiyə olunurdu ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.
Palatanın builki məlumatında o da qeyd olunur ki, ötən il üçün diqqətə çatdırılan qanun pozuntuları hələ də həllini tapmayıb.
Məhz bunun nəticəsidir ki, aşkarlanan hallarda cinayət tərkibi əlamətlərinin olma ehtimalı diqqətə alınaraq, müvafiq materiallar Baş Prokurorluğa göndərilib.
Son bir neçə ildə Mədəniyyət Nazirliyində iki nazir dəyişib.
Eyni zamanda, struktur dəyişikliyi də olub.
Maliyyə yeyintiləri ilə bağlı həbslər baş verib.
Keçirilən film müsabiqələrinin qaliblərinin pul mükafatları ödənilməyib.
Son iki ildə dövlət büdcəsindən maliyyələşən bir dənə də olsun tammetrajlı bədii film çəkilməyib.
Bu və digər hallar kino ictimaiyyəti arasında narazılıqlara səbəb olub.
Kino mütəxəssisləri hesab edirlər ki, Azərbaycan kinosunun probleminin kökündə 1998-ci ildə qəbul olunmuş köhnə kino qanunun yenilənməməsi dayanır.
Mədəniyyət və Kinematoqrafiya haqqında qanun layihələrinin, Kinematoqrafiyanın inkişaf konsepsiyasının müəllifi, hüquqşünas, Rejissorlar Gildiyasının sədri Fikrin Bektaşi Meydan TV-yə deyir ki, Azərbaycan kinosundakı bütün problemlərin kökündə qanunvericilik islahatlarının olmaması dayanır.
Çıxış yolu nədədir?
“Qanunvericilik boşluqları, faktiki olaraq hüquqi biliyi az olan kino camiəsi üçün bir tələ, yoxlayıcı təşkilatlar üçün isə təsir mexanizmidir. Müasir kino istehsalının standartları mövcud qanunvericiliyə uyğunlaşdırılmayıb. Nəticədə kino və mədəniyyət uduzur”, – Fikrin Bektaşi deyir.
Onun sözlərinə görə, köhnə qanun kino sahəsində inhisarçılıq yaradıb, özəl sektorun və özəl prodüser şirkətlərinin yaranması və inkişafını ləngidib:
“2010-cu ildə “Kinematoqrafiya haqqında” Qanun layihəsini yazıb, Mədəniyyət Nazirliyinə göndərdim. Nazirliyin Kino şöbəsi bir çox təklifi layihədən çıxardı, sonda isə ümumiyyətlə qanunvericiliyin təkmilləşdirilməsi prosesini dayandırdı. Yazdığım qanun layihəsində yeniliklər çoxdur. Layihə hazırda Milli Məclisdədir. Amma daha müasir tələblərə cavab verməsi üçün qanun layihəsinə bir çox təkliflərim var ki, filmin istehsalı və distribusiyasını tam əhatə edən mexanizmləri özündə ehtiva edir”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə problemin qanunvericiliklə bilavasitə əlaqələndirməyi doğru hesab etmir:
“Bu, səhlənkarlıqla, eyni zamanda qeyri-peşəkarlıqla bağlı olan məsələdir. Qanunvericiliklə bağlı hansısa məsələ olanda, qanunda əlavə və düzəlişlər edərək gerçəkləşdiririk”.
Hesablama Palatasının Kollegiya iclasında iştirak edən deputat deyir ki, toplantıda kino sahəsində olan nöqsanlar, ayrılan vəsaitlərin müəyyən dərəcədə səmərəsiz xərclənməsi və başqa məsələlər ekspertlər, auditlər tərəfindən açıq şəkildə ortaya qoyulub:
“Hesablama Palatası da göstərdi ki, törədilən əməl subyektiv amillərlə bağlı məsələlərdir. Fikrimcə, obyektiv yanaşmadır. Bunu hüquq-mühafizə orqanları da araşdıracaq”.
“Kino qanunu yenilənməlidir”
Bununla belə, komitə sədri hesab edir ki, “Kinematoqrafiya haqqında” Qanun yenilənməlidir:
“Otuz ilə texnologiyada xeyli dəyişikliklər olub. Müəyyən terminoloji baxımdan da müəyyən yeniliklər ortaya çıxıb. Bu qanun layihəsi bizdə layihə formasında işlənilib. Ora yeni müddəalar nəzərdə tutulub. Yaxın aylarda biz mütləq dinləmə keçirməyi nəzərdə tuturuq. Çünki mütləq bu istiqamətdə addımlar atılmalıdır”.
“İctimai dinləmədən sonra bütün tərəflərin – mütəxəssislərin, vətəndaş cəmiyyəti institutunun fikirlərini aldıqdan sonra bir daha mükəmməl qanun layihəsi hazırlayıb, ortaya qoya biləcəyik. Bu istiqamətdə iş gedir”, – deyə o qeyd edib.
“Qüvvədə olan qanunla da yaxşı iş ortaya qoymaq olar”
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor və prodüser Əli İsa Cabbarov isə hesab edir ki, Hesablama Palatasının sənədində göstərilən pozuntular qanun boşluqları və yaxud standartlarla bağlı deyil:
“Bu, daha çox konkret insanların əməlləri ilə əlaqəlidir. Təbii ki, hər bir qanunun daha kamil forması ola bilər. Lakin qüvvədə olan kino qanunu, normativlər çox effektiv və yaxşı iş ortaya qoymağa imkan verir. Baş verənlər konkret olaraq qeyri-peşəkarlıq və vicdansızlıqdır. Kinomuzun nüfuzuna zərərdir, xələldir”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
• Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32 |
|
|
|
• Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27 |
|
|
|
• Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22 |
|
|
|
• Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17 |
|
|
|
• Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15 |
|
|
|
• “Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09 |
|
|
|
• "Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58 |
|
|
|
• SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51 |
|
|
|
• "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25 |
|
|
|
• Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18 |
|
|
|
• Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17 |
|
|
|
• Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12 |
|
|
|
• Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10 |
|
|
|
• Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06 |
|
|
|
• Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59 |
|
|
|
• Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57 |
|
|
|
• Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53 |
|
|
|
|