"Müğənnilər yarım saat orda-burda “banlayırlar”, deyirlər ki, xoşbəxtdirlər, inanın ki, əksəriyyəti bədbəxtdir...” - Anar Vəziroğlu
Tarix: 20-10-2023, 12:34 | Çap et
 Tanınmış jurnalist, ekspert Anar Vəziroğlu Azərbaycanda toylardan külli miqdarda pul qazanan müğənnilərin çoxunun savadının aşağı səviyyədə olması, sosial şəbəkələrdə Azərbaycan dilində normal yazmağı bacarmamaları barədə tənqidlərə münasibət bildirib.
DİA.AZ-ın məlumatına görə, A.Vəziroğlu Pravda.az-a açıqlamasında deyib ki, müğənnilərdən heç nə ummaq lazım deyil:
“Şair şeirini verir, bəstəkar bəstələyir, müğənni də çıxıb özü üçün oxuyur. Son vaxtlar görürəm ki, müğənni şairini də, bəstəkarını da artıq özü tapır. Şit-şit bütün mavi ekranlarda, radiolarda, televiziyalarda özlərini alt paltarlarına qədər reklam edirlər. Belə biabırçılıq olmaz axı. “Ayaqqabımın qiyməti 400 manat, donumun qiyməti 800 manat...” Ağızlarına gələn qiyməti deyirlər, bəlkə də, 40-80 manatdır. Şitini çıxarıblar. Qəribədir. Bu gün kitab oxuyanların sayı həddindən çox aşağıdır. Vaxtilə Məzahir Süleymanzadənin “Səhər” qəzeti çıxırdı. Kim nə iş görürdüsə, onu qəzetində lokanik yazırdı. İndi palaz-palaz yazırlar. Müğənnilər savadlı heç nə yazmırlar. Yadınıza gəlirsə, müğənni Röya guya universitetə hüquq fakültəsinə qəbul olmuşdu. Nə oldu onun oxumağı? Bir-iki il sonra çıxdı. Özü dedi ki, mən hara, universitet hara, hüquq fakültəsi hara? Təsəvvür edin, bunların oxumaqları budur. Bir az şöhrət tapırlar, gedib guya universitetə daxil olurlar. Onları oxumaq maraqlandırmır. Yəhudilərdə ağıllı bir söz var: “mən neynirəm o pulu ki, ağlım yoxdur, neynirəm o ağılı ki, pulum yoxdur...” Yəni hərəsindən bir az olsa, daha gözəldir”.
Ekspert bildirib ki, müğənnilər üçün hər şey puldur: “Bəzi şeylər var, ona pul da yaxın gəlmir. Məsələn, insan ölümü... Söhbət yaşamaqdan gedir. Abırlı yaşamaq lazımdır. Müğənnilər heç pullarını xərcləməyi də bacarmırlar. Evlərində reportaj hazırlayırlar. Gedib baxın, reportaj olmayan günlərdə görün ki, onların həyatları nədir. Heç nə! Kreditlə maşın alırlar. Aldığın maşını ən azı, gərək, 10 il sürəsən. Bunlar 6 aydan sonra maşını üstündə cərimə ilə geri qatarırlar. Yalandan bir-iki nəfər sponsor “Hacı” tapmaqla deyil. Hamının elə “Hacı” kimi sponsoru olmur ki. Hamı bərbad gündə deyil ki, arvadını boşasın, cavan qız alsın. Bunu edən bir-iki nəfərdir, hamı da onları tanıyır. Adlarını deməsəm də, tanıyırlar ki, kimlər “Hacı” ilə məşhurlaşıblar. Bunların sayı azdır, amma camaatın gözünə elə girirlər ki, camaat deyir, “gərək, mənim də qızım müğənni olsun”. Dəhşət budur. Savadı öyrətmək lazım deyil, çünki insanın özündə olur. İnsan ailədə formalaşır. Məktəb də var, amma əsas ailədir. Məktəb, sadəcə, istiqamət verir. Mən böyük bir səhv etmişdim, 6-cı sinifdə Məmməd Səid Ordubadinin “Qılınc və qələm" əsərini oxumuşdum. Məəttəl qalmışdım. Bu kitabı o yaşda oxumazlar. Əsərdəki Fəxrəddin, Vidadi... Mən ilk dəfə görürdüm ki, sinəsi açıq qadın, nə bilim nə... İndi deyirlər ki, hər şeyin zayı çıxıb. Hər şeyin zayı elə o vaxt çıxdı. Məmməd Səid Ordubadi XX əsr yazıçısı idi. Bütün çılpaqlığı ilə Qətibəni əsərə qoymuşdu. Səhərə kimi oxuyurdum, sonra da gedirdim ot çalmağa. Budur bizim uşaqlığımız, keçmişimiz. Dəhşətdir. İndi, təxminən, müğənnilər də həmin şeyi edirlər. Ota getmirlər, yarım saat orda-burda “banlayırlar”, gəlib deyirlər ki, xoşbəxt yaşayırıq. İnanın ki, əksəriyyəti bədbəxtdir...”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46 |
|
|
|
|