“O mənim ilham pərim, stimul verən qüvvəm idi, indi yeni mahnı çıxara bilmirəm”
Tarix: 26-07-2023, 16:52 | Çap et
 “Bu gün ad günümdür. Amma qeyd etmirəm. Dost-tanışım nə qədər israr etsə də, qeyd etmədim. Yubileyimi bəlkə edərəm. Bu səhər gedib atamın məzarını ziyarət etdim. Atamdan sonra heç nəyin ləzzəti qalmayıb. Nə ad günü, nə də ki, şad günlər. Nə var idisə atamın vaxtında var idi. O getdi, özü ilə hər şeyi apardı. Hətta ruhumu da”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova deyib. “Ən özəl təbrik mənə atamdan gəlirdi hər zaman. Deyirdi ki, “doçka, say”. Səsi, zəng etməyi üçün darıxmışam. Onun zəngi dünyalara dəyərdi. Həmişə də soruşurdu ki, kim zəng edib səni təbrik edib, kim etməyib?! O başqa idi. Onun özü mənə hədiyyə idi. Həmişə şirinlik verirdi ki, ürəyin nə istəyirsə özünə al. Atamla bağlı çox arzularımız var idi. Sonuncu mahnımda mən ifa edəcəkdim, o da şeir deyəcəkdi. Fransız mahnısı idi, sözlərini tərcümə etmişdik. Çox mahnılar var idi ki, onların üzərində işləyirdik. Sözlərini atam yazırdı. O mənim ilham pərim, stimul verən qüvvəm idi. İndi mən yeni bir mahnı da çıxara bilmirəm”, - deyə müğənni bildirib. Səidə Dadaşova atasının adını daşıyan övladından da danışıb. “Balaca Rafaeli hamı çox istəyir. İstəyirəm ki, oğlum özünə görə tanınsın. Öz hərəkətlərinə görə özünü təsdiq etsin. Düzdür, babasının adını, soyadını daşıyacaq. Əlbəttə ki, bu ad həmişə onun çiynində olacaq. Atam da zamanında mənə deyirdi ki, özünə görə tanın, mən də indi oğluma deyirəm, babam da vaxtilə atama deyib. Mən nə qədər bacardımsa özümə görə tanınıb, atamın adını hər zaman uca tutdum”, - deyə sənətçi bildirib. Müğənni bildirib ki, insanlar arasında yad və doğmalığa önəm vermir. “Elə yad var ki, doğmadan da doğmadır. Yad deyilən bir şey yoxdur. Yaxın olan insan yada, doğmalığa baxmır. Elə tanımadığım insan olub ki, mənə doğmadan da doğma olub. Mənə fərq etmir. Əsas odur ki, insan olsunlar, insanlıqlarını itirməsinlər”, - deyə müğənni bildirib. Səidə Dadaşova bildirib ki, sənətlə düzgün şəkildə məşğul olmayan həmkarları çoxdur. “Sənət aləmində məni heç nə üzmür, çünki sənətim var. Sırf sənət baxımından deyirəm. Əlbəttə ki, bəzi haqsızlıqlar, müəyyən məsələlər var ki, məni üzür. Hər şey yerində olsaydı daha gözəl olardı. Yenə də min şükürlər olsun ki, mən sənətdəyəm, sənətimi sevdiyimə görə də səhnədəyəm. Çünki mən sənətlə məşğulam, bu belə də davam edir. Özümü sənətdə görürəm, şou-biznesdə yox. Şou-biznesdə hər cür məşhur olmaq olar. Amma məşhur olmaq o deyil ki, sən sənətinlə sevilirsən. Ona təəssüf edirəm ki, sənəti, musiqini cılızlaşdırıblar, qurunun oduna yaş da yanır”, - deyə müğənni deyib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
• "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40 |
|
|
|
• Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39 |
|
|
|
|