"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                 

“İsa Məsihi gözləyirəm, şeyx nəsrullahlar yordu məni” - Kinorejissor
Tarix: 21-07-2023, 17:13 | Çap et
“İsa Məsihi gözləyirəm, şeyx nəsrullahlar yordu məni”
Televiziya məkanında uğurlu layihələrdən söhbət gedəndə mütəxəssislər və tamaşaçılar “Yadındamı” verilişini xüsusi qeyd edirlər. Dörd mövsümdür ki, ATV kanalında yayımlanan “Yadındamı” bir-birindən maraqlı araşdırmaları ilə diqqət çəkir.

Yola saldığımız televiziya mövsümündə “Yadındamı” komandasına quruluşçu rejissor kimi qoşulan tanınmış kinorejissor Mübariz Nağıyev həm də layihənin aparıcısı kimi çıxış edir.

Mübariz bəylə söhbətə televiziyadakı son işlərindən başlasaq da, daha çox kinomuzun bugünkü durumunu müzakirə etdik. Çünki müsahibim əsl kino adamıdır, çox maraqlı sənədli filmlər çəksə də, özünü daha çox böyük kinoda sübut etmək istəyir. Amma təəssüf ki...

- Kinorejissor kimi tanıdığımız Mübariz Nağıyevi televiziya layihəsində aparıcı qismində gördük. Axı yadımızdadır ki, “Yadındamı” fərqli aparıcılarla başlamışdı...

- İlk üç televiziya mövsümündə “Yadındamı” layihəsində fərqli rejissor və aparıcılar çalışmış, kifayət qədər uğur qazanmışdılar. Lakin iş elə gətirmişdi ki, aparıcılar şəxsi planları ilə bağlı bir-birinin ardınca layihədən getmişdilər.

Layihənin müəllifi, istedadlı ssenarist, araşdırmaçı Füzuli Sabiroğlu təklif etdi ki, “Yadındamı”nın aparıcısı olum. Bu təklif mənə də maraqlı gəldi və razılaşdım.

Layihənin rəhbəri Qurban Səlimovla görüşüb müzakirə aparanda isə yeni bir ideya yarandı, Qurban bəy dedi ki, sən özün rejissorsan, layihəyə başqa bir rejissor dəvət etməyə ehtiyac yoxdur. Beləcə “Yadındamı” verilişinin həm quruluşçu rejissoru, həm də aparıcısı oldum. Sözün açığı, bu işim özüm üçün də maraqlıdır, yeni nələrisə öyrənirəm.

Füzuli Sabiroğlu arxiv materialları ilə işləməyi həqiqətən də bacarır, elə faktlar tapır ki, rejissor və aparıcı kimi mənə də, tamaşaçılara da çox maraqlı gəlir. Məsələn, elə ilk verilişimiz sualtı arxeologiya mövzusuna həsr olunmuşdu, bu temada nə qədər yeni məsələlər öyrəndim.

Kino adamı kimi operator Yuri Varnovskini yaxından tanıyıram, bilirəm ki, bəzi filmlərdə sualtı çəkilişlər edib. Lakin verilişi çəkəndə öyrəndim ki, Yuri Yiriyeviç Azərbaycanda bu işi bacaran ilk operator olub, sualtı arxeologiya ilə bağlı zamanında çox maraqlı çəkilişlər həyata keçirib.

- Yeni ampluada çıxış etməyin çətinlikləri də var yəqin...

- Təbii, çətinliklər istənilən yeni işdə ola bilir. Çalışıram ki, mətni yaxşı mənimsəyim, çünki film çəkəndə rejissor olaraq aktyordan hər zaman bunu tələb etmişəm. İndi özüm həm də aparıcı kimi buna əməl etməliyəm.

Bir tərəfdən də mənim üçün çox rahatdır, “kamera xofu” deyilən hissi yaşamıram. Bəzi aparıcıların xətrinə dəyməsin, efirdə yaxşı görünmək istəyirlər, amma unudurlar ki, operator rəssam deyil, o səni necə var, eləcə də göstərir.

Təbii ki, televiziyada çalışmağın öz çətinlikləri də var, kinodan fərqli olaraq o qədər də sərbəst deyilsən, müəyyən şərtlərə əməl etməlisən, layihənin vaxt məsələsini, stilistikasını qorumalısan.

Bir məsələni də qeyd edim, televiziya layihəsinə maraq göstərməyimin bir səbəbi də kinonun bugünkü vəziyyətidir. Kino sahəsində işlər demək olar ki, dayanıb, boş oturmamaq üçün telelayihələrdə çalışmaq qərarına gəlmişəm.

“Getmək istədiyimiz istiqaməti tapa bilmirik...”

- Kinonun bugünkü vəziyyətindən söz düşmüşkən, durumu necə dəyərləndirirsiz? Amma siz Allah bircə deməyin ki, bütün problemlər bu sahəyə yetərincə vəsaitin ayrılmaması ilə bağlıdır...

- Hələ bir neçə il öncə jurnalist həmkarlarınızdan biri mənə kinomuzun düşdüyü vəziyyətlə bağlı sual vermişdi. Çox təəssüf ki, illər öncəki cavabımı yenə təkrarlamalı olacam - bəzi kinematoqrafçılar kinomuzun xəstələndiyini deyir, amma mənim qənaətim belədir ki, bizim kino ölüb! Ölünü diriltmək üçün isə Həzrəti İsanı gözləyirəm. Bu illər ərzində gələnlər isə Şeyx Nəsrullah çıxdı və bu şeyx nəsrullahlar məni yordu...

Maliyyə məsələsinə gəlincə, kino xeyli pul tələb edən sahədir. Lakin bu gün dərdimiz tək pul dərdi deyil.

- Bəs nədir?

- Biz hələ getmək istədiyimiz istiqaməti düzgün müəyyən edə bilmirik. Biri Amerika modelini, başqa birisi Avropa modelini, digəri Gürcüstan modelini çıxış yolu sayır. Bəzi gənclər isə sovetdən qalma oturuşmuş sistemdən imtina etməyə çağırır. Bunu da doğru saymıram, çünki nəyisə dağıdırıqsa, onu uçurtmaqdan əvvəl yaxşı tərəflərini götürmək lazımdır. Əgər sovet zamanında çəkilən filmlərə bu gün də maraqla baxırıqsa, deməli, o sistemdə nələrsə doğru-düzgün edilib. Sözsüz ki, sovet dövrünün ideoloji yanaşmasını bu gün tətbiq edə bilmərik, çünki azad, müstəqil ölkəmiz var, təbii olaraq öz ideologiyamız, yanaşmamız olmalıdır. Amma keçmiş siyasi quruluşda kinematoqrafiyada istifadə edilən administrativ-texniki sistemin yaxşı tərəflərindən bəhrələnmək olar.

Bayaq dedim, bəziləri təklif edir ki, Amerika sistemini seçək. Ay qardaş, axı həmin sistem tamam fərqli qurulub, məsələn, orda quruluşçu rejissor texniki heyət sayılır. Çünki Amerika sistemində filmin sahibi prodüserdir. Amma Avropa sistemində film quruluşçu rejissorundur, bizə bu sistem həmişə bir qədər yaxın olub.

İndi bəziləri kinoda inqilab etmək istəyir, amma onlar unudurlar ki, adətən inqilablar zamanı köhnə nə varsa dağıdılır, yenisi isə qurulmur.

Bəzi həmkarlarım ölkədə kinoprokatla bağlı məsələni qabardır, yadımdadır, Kino Forumunda da ayrı-ayrı çıxışlarda bu məsələyə toxunuldu, kinoteatrların sayının artırılması təklifi səsləndi. Kinoteatrların sayının artırılması təklifinə şəxsən mən iki əlli razıyam, olsun. Amma biz bu kinoteatrlarda nə göstərəcəyik? Bəlkə elə birinci bu suala cavab tapaq?

Əsas məsələ yaxşı film çəkməkdir, çünki həmin filmə Uqandada da, Almaniyada da baxacaqlar. Keyfiyyətli məhsul dünyada öz alıcısını hökmən tapacaq.

Son illər biz nə ilə məşğuluq? Kann kinofestivalında öz ayrıca stendimizi qururuq, orada göstərilən filmlərə baxıb gəlirik. Amma əslində biz kinofestival başa çatandan 5-10 gün sonra ora gedib bazarı araşdırmalıyıq, hansı filmlərin alındığını öyrənməliyik. Biz bilməliyik ki, bu gün kino bazarında hansı mövzulara, filmlərə tələbat var. Dünyanın kino bazarını öyrənə bilən prodüserlərimiz isə yoxdur. Bizdə bəziləri xoşlayır ki, titrdə adı prodüser kimi yazılsın. Sən dövlətin ayırdığı pulu mənə qonorar kimi yazırsansa, sən prodüser yox, sadəcə, administratorsan.

Kino haqqında danışanda adətən deyirlər ki, sinema zamanın güzgüsüdür. Azərbaycan kinosu ətrafımızda baş verənlərin heç 10 faizini göstərə bilmir. Biz öz milli kino brendimizi yarada bilməmişik, təəssüf ki, sovet vaxtı da bunu bacarmadıq. Gürcülər, özbəklər buna nail oldular, lakin biz edə bilmədik.

- Sizcə niyə bacarmaqdıq?

- Görünür burda mentalitet məsələsi də önəmli rol oynayır. Biz bir millət olaraq xor oxumağı deyil, muğam ifa etməyi sevirik.

Film istehsalı zamanı xeyli insan bir komanda şəklində çalışır, operator, səs rejissoru, montajçı, qrim ustası, geyim ustası, pirotexnik... Bu gün qrim ustası deyiləndə hamının yadına Elbrus Vahidov düşür, Allah ömür versin, onun da 70-dən çox yaşı var. Yaxşı bir qrim ustası yetişdirə bilmişikmi? Akif Rüstəmov kinostudiyada ən yaxşı ikinci rejissor sayılıb. Bu gün o da pensiyaya çıxıb, oturub evdə. Əsəd Əsədovdan başqa əsl peşəkar sayıla biləcək səs rejissorumuz yoxdur.

- Kinomuzun gələcəkdə inkişaf edəcəyinə heç bir ümid yoxdur?

- Niyə ki? Ümid hər zaman var. Yeni nazir Adil Kərimli mədəniyyət sahəsində müəyyən müsbət işlər görməyə başlayıb. Kino sahəsinə, belə deyim də, növbə hələ çatmayıb. İnşallah, kinonun inkişafı üçün işlər görülməyə başlayandan sonra doğru-düzgün qiymət vermək olar. İndilikdə bizə ümid etmək qalır.

- Kino Agentliyi bu günlərdə film layihələri müsabiqəsi elan etdi. Layihə təqdim etməyi düşünürsüzmü?

- Yox.

- Niyə?

- Çünki müsabiqənin obyektivliyinə inanmıram. Agentlik az qala iki ilə yaxındır yaradılsa da bir qurum kimi hələ də formalaşmayıb. Formalaşmayan agentlik necə müsabiqə keçirir, bu mənim üçün çox maraqlıdır.

- Görkəmli rəssamlarımız haqqında sənədli filmlər çəkmisiniz. Bu təsadüfdən belə alınıb, yoxsa rəssamlığa xüsusi marağınız var?

- Sözün açığı, təsadüfən belə alınıb. Bir vaxtlar Mədəniyyət Nazirliyinin belə bir layihəsi var idi, həyatda olan böyük fırça ustalarımız barədə silsilə sənədli filmlər hazırlanması qarşıya məqsəd kimi qoyulmuşdu. Həmin layihəyə uyğun olaraq Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Elbəy Rzaquliyev, Oqtay Sadıqzadə ilə bağlı filmlər çəkdim. Bu sənədli filmləri təkcə özümə görə deyil, həm də ona görə dəyərli hesab edirəm ki, adlarını sadaladığım böyük fırça ustalarımız həyatda sağ olarkən onları lentə ala bildik. Mirnadir Zeynalov barədə film isə Milli Xalça Muzeyinin direktoru Şirin xanım Məlikovanın təklifi ilə ərsəyə gəldi. Filmi başlayanda Mirnadir müəllim ağır xəstə idi, onu çox çətinliklə lentə ala bildik. Özü haqqında çəkilən filmi görmək Mirnadir müəllimə nəsib olmadı, biz filmin montajı üzərində işləyərkən o, dünyasını dəyişdi.

Bir məsələni də qeyd etmək istəyirəm, bu günə kimi xeyli sayda sənədli film çəksəm də, əslində özümü sənədli film rejissoru saymıram.

- Niyə?

- Hər zaman belə hesab etmişəm ki, sənədli film çəkmək üçün rejissor olduqca böyük fədakarlıq etməlidir, bir növ özünü bu işə qurban verməlidir. Buna görə də yaxşı sənədli film çəkən rejissorlarımızın qarşısında baş əyirəm.

Bədii filmdən fərqli olaraq sənədli film montaj prosesində yaranır. Öncədən təxmini ssenari planı tərtib etsən də, istehsal prosesində ortaya çıxan hansısa bir maraqlı fakt rejissoru istiqaməti dəyişməyə vadar edə bilir.

Bədii film isə rejissor ssenarisi yazılanda yaranır. Hətta kiçik improvizələr belə, qlobal olaraq heç nəyi dəyişmir.

Ən əsası, mən aktyorlarla çalışmağı sevirəm. Amma təəssüf ki, əhəmiyyətli maliyyə tələb edən sahə olduğundan bədii film çəkmək hər zaman qismət olmur...

Etibar CƏBRAYILOĞLU
Reyting.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru