Əsas Səhifə > Üst manşet, Güney Press > SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN?
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN?Bu gün, 10:48 |
![]() "SOCAR-ın kadr siyasətində tədbiq etdiyi üsullardan biri də,rəhbərini dəyişmək istədiyi strukturlarına müavin,müşavir adı ilə öz kadrını göndərib,sonra astaca yerdəyişmə etməsidir..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib. Tanınmış hüquq müdafiəçisi daha sonra əlavə edib: "Bildiyiniz kimi, Neftqazelmitədqiqatlayihə”institutunun direktoru İsmayılov Fəxrəddin, 21.10.2024 tarixində tutduğu vəzifəsindən azad olunub. Neftin nəqli üzrə direktor muavini,Mubariz Quliyev müvəqqəti olaraq oktyabrdan direktorun vəzifəsini icra edir, Oktyabr ayından da direktorun kabinetində , onun kreslosunda SOCAR vitse prezidenti Babək Hüseynovun müavini, Anar Əliyev əyləşir. Direktorun qəbul otağındakı katibə və köməkci də Anar Əliyevin birbaşa xidmətindədilər. Anar Əliyev həm Ümid Babək ƏŞ direktor müavini, həm vitse prezident Babək Hüseynovun müavinidir , həm də NİPİ MMC qeyri rəsmi rəhbərlik edirdi. Nəhayət ki , NİPİ MMC-nin bazasında SOCAR PROJECT AND ENGINEERING Center (SOCAR layihə və Mühəndislik Mərkəzi)yaradıldı və Anar Əliyev ora rəhbər təyin olunub. Bu halda, axır ki, cənab Anar Əliyev üçuncu vəzifəni də tutdu. Düşünürəm ki, Anar Əliyevin İnstitut direktoruna məxsus kabuinetdən çıxmağa tələsməməsi, institut strukturuna daxil olan bir çox şöbələrin SOCAR Layihə və Mühəndis Mərkəzinə veriləcəyi ehtimalı yaradır. Və yeni yaradılan bu quruma da UBOC-dan işçi gətiriləcək?! Qeyd: Mərkəzin adı Azərbaycan Respublikasının Dövlət Dili haqqında qanuna zidd olaraq rəsmi sənədlərdə ingilis dilində (SPEC )yazılıb. Cavabını ala bilmədiyim sualım ətrafında yenə fikirləşirəm: Bilmək istərdim SOCAR-da iki, bəzən də üç vəzifə tutan vəzifə sahibləri hər vəzifəyə görə əmək haqqı və həm də peşəkarlıq ödənişi alır?" Geri qayıt |