
"Şikayətim "İrşad Elektoniks"dəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Mahmud Cavad Qaramanlı adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Demək, "İrşad Elektoniks"ə 3 fərqli kredit ödəyirəm. 18, 14,12 manat. Xırdam olmadığına görə 20,15,10 manat ödədim. Mənə zəng ediblər ki, 12 manat ödəməli idin, 2 manat əksik ödəmisən. Günə 50 qəp cərimə gəlib, 5 manat ödəməlisən. Heç nə demədim, gedib 5 manat ödədim. İndi də qız zəng edib ki, yoxe yenə sizə cərimə gəlib 6 manat ödəyin. Müqavilədə cərimə zad söhbəti də qeyd edilməyib.
Bu nədir milləti ələ salmaqdır nədir?! Mən də İrşaddan tələb edirəm ki, artıq ödədiyim 3 manata görə günü 50 qəp hesablayıb geri qaytarın. Bəsdir millətin cibinə girdiyiniz. Hələ bunlardan nəsə kreditə götürəndə qabaqcadan müştəriyə 1 manat da ödətdirirlər, guya kredit verilib verilməyəcəyini müəyyən etmək üçün lazım imiş. Özləri kimi pulgir mağaza yoxdur..."