
Gəncədə valideynlər etiraz ediblər. Onlar şəhərin 37 nömrəli tam orta məktəbinin aylardır təmir olunmadığını bildirirlər.
"DİA-AZ"ın məlumatına görə, valideynlər deyir ki, uşaqların yol pulu üçün vəsait ayrılır, lakin onlara verilmir. Məktəbin təmiri isə demək olar dayanıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən onlara verilən vədlərə əsasən, tikilinin ətrafında aparılan yenidənqurma işlərinə mart ayında yekun vurulmalıdır. Lakin məktəbin təmiri ləng gedir, valideynlər narazıdır.