Əsas Səhifə > Reklam, Güney Press > AZAL Bakı ilə Cənubi Koreyanın İnçheon şəhərləri arasında birbaşa çarter reysi açmağı planlaşdırır

AZAL Bakı ilə Cənubi Koreyanın İnçheon şəhərləri arasında birbaşa çarter reysi açmağı planlaşdırır


Dünən, 11:31
AZAL Bakı ilə Cənubi Koreyanın İnçheon şəhərləri arasında birbaşa çarter reysi açmağı planlaşdırır
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı ilə Cənubi Koreyanın İnçheon şəhərləri arasında birbaşa çarter reysi açmağı planlaşdırır.

"DİA-AZ" xəbər verir ki, bunu Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov Koreyanın “Seul City” nəşrinə müsahibəsində deyib.

"Biz bu ilin may-iyul aylarında Azərbaycan Hava Yolları, AZAL tərəfindən həyata keçirilən Bakı və İnçeon arasında birbaşa çarter reyslərini gözləyirik və ümid edirəm ki, çarter reyslərindən sonra da müntəzəm reyslər açılacaq. Birbaşa uçuş marşrutu, şübhəsiz ki, ölkələrimiz arasında turizmin, o cümlədən mədəni və akademik-elmi əlaqələrin, ümumiyyətlə, insanlar arasında əlaqələrin intensivləşməsinə təkan verəcək", - səfir bildirib.

Geri qayıt