Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > DİNDAR MƏHBUSUN HƏYATI TƏHLÜKƏDƏ
Əsas Səhifə > Partiya > DİNDAR MƏHBUSUN HƏYATI TƏHLÜKƏDƏ

DİNDAR MƏHBUSUN HƏYATI TƏHLÜKƏDƏ


6-06-2013, 10:23
DİNDAR MƏHBUSUN HƏYATI TƏHLÜKƏDƏ
BUNUNLA BAĞLI HƏYƏCAN TƏBİLİ ÇALINDI

Həbsdə olan islamçıların hüquqlarını müdafiə edən ictimai komitənin sədri Natiq Kərimov prezidentə, parlament sədrinə, ombudsmana müraciət edib. O yazır ki, Astara rayonundan olan ruhani, 2011-ci ilin yanvar ayında ağır ittihamlarla həbs edilən Rufulla Axundzadə ürək çatışmazlığı xəstəliyinə məruz qalıb: “Xəstəliyinin əsas səbəbi günahı olmadan həbsi və buna görə keçirdiyi mənəvi sarsıntıdır. Hazırda Rufulla Axundzadənin fiziki durumu kritik həddədir. O, həbsxanada miokard infarktı keçirərək müalicə müəssisəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq Rufulla Axundzadənin vəziyyəti pisləşməyə doğru gedir.

Bu gün bir faciə qarşısındayıq. Bir ailənin, bir elin sizlərdən böyük gözləntisi var. Rufulla Axundzadənin yaşamaq hüququ tanınmalı və təmin olunmalıdır. Onun ailəsinə qovuşmasından ötrü təxirəsalınmaz tədbirlərin görülməsini vacib hesab edir və sizləri bu məsələnin həllindən ötrü zəruri addımlar atmağa çağırırıq”.

Geri qayıt