Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > PARTİYA JURNALİSTLƏRİ MÜDAFİƏYƏ QALXDI
Əsas Səhifə > Partiya > PARTİYA JURNALİSTLƏRİ MÜDAFİƏYƏ QALXDI

PARTİYA JURNALİSTLƏRİ MÜDAFİƏYƏ QALXDI


7-12-2011, 16:41
PARTİYA JURNALİSTLƏRİ MÜDAFİƏYƏ QALXDI

“BU HƏDƏ CİNAYƏTLƏRİN CƏZASIZ QALMASININ NƏTİCƏSİDİR”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) jurnalistlər Anar Mahmudoğlu və Nürəddin Xocanın təhdid olunması ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir: “AXCP hesab edir ki, adı bəlli olmayan şəxsin ölkənin tanınmış qələm sahiblərini ölümlə hədələməsi jurnalistlərə qarşı törədilən cinayətlərin cəzasız qalmasının nəticəsidir”.

Hakimiyyəti jurnalist qətlləri və onlara qarşı edilən mənəvi və fiziki təzyiqlərə maraq göstərməməkdə ittiham edən partiya bəyanatında vurğulayıb ki, söz adamlarına qarşı təzyiqlər, onların həyatına yaranan təhlükələrə görə dövlət başçısı məsuliyyət daşıyır: “AXCP hakimiyyəti jurnalistlərə qarşı baş verən cinayət halının dərhal araşdırılması, plüralist mühitin formalaşdırılması, azad və tənqidçi səslərin eşidilməsi üçün ciddi addımlar atnğa səsləyib”.


Geri qayıt