Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Hadisə > Mərdəkanda çirkab suları evlərə dolur
Mərdəkanda çirkab suları evlərə dolurDünən, 15:14 |
![]() Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Rəfael Cəfərov küçəsi və ətraf ərazilərdə yaşayan sakinlər illərdir eyni problemlə mübarizə aparırlar. 2024-cü ilin oktyabr ayından bu yana burada yeraltı suların səviyyəsinin artması səbəbindən həyətlər və zirzəmilər su ilə dolur, nəticədə evlər və həyətyanı sahələr istifadəyə yararsız hala düşür. Bu barədə 50-ə yaxın sakinin Bakupost.az -a müraciətində bildirilir. Sakinlərin sözlərinə görə, yağıntılı havalarda vəziyyət daha da pisləşir, quraq vaxtlarda isə su çəkilmir. Beləliklə, sakinlərin gediş-gəlişi mümkünsüz olur, həyat-bacaları yararsız hala düşür, ağaclar və yaşıllıqlar məhv olur, evin təməli zədələnir. Müraciətdə qeyd olunub ki, yerli icra orqanları, bələdiyyə və mütəxəssislər vəziyyətlə tanış olsa da, problemin əsas səbəbi olan drenaj sisteminin qurulması onların səlahiyyət və imkanlarından kənardır. Ərazidə kanalizasiya və drenaj sisteminin qurulması üçün təxminən 400 metrlik məsafədən yeni xətlər çəkilməli, bunun üçünsə layihə təsdiqi alınmalı və maliyyə ayırılmalıdır. Bu isə yalnız aidiyyəti dövlət qurumlarının iştirakı ilə mümkündür. Sakinlər bu problemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin həll etməli olduğunu bildirilər. Məsələ ilə bağlı adı çəkilən qurumla əlaqə saxladıq. Agentlikdən bildirildi ki, intensiv yağıntılar zamanı təchizat sistemi olmayan ərazilərdə ətrafa, həyətyanı sahələrə suyun yığılması hallarına rast gəlinir: “Belə hallarda relyefin əlverişili olduğu ərazilərə müvafiq sukanal idarəsinin qəza briqadası cəlb edilərək yığılan suyun maşınlar vasitəsilə qismən və ya tam çəkilməsi təmin edilir. Həmçinin tullantı su şəbəkəsi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, ərazinin relyefi, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”. Qeyd edək ki, sakinlər məsələ ilə bağlı Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Bakı şəhər və Xəzər rayon icra hakimiyyətlərinə də müraciət ünvanlayıblar. ![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |