Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Sosial > Naxçıvanda durum daha da gərginləşib...
Naxçıvanda durum daha da gərginləşib...Bu gün, 10:21 |
![]() "Fuad Nəcəflinin Naxçıvana gəlişindən sonra demək olar ki, yaxşıya doğru heç nə dəyişməyib. Dəyişən odur ki Talıbovlar getdi... Nəcəfov gəldi... Müsbət olanmı tək budur. Yenə də yeyinti... yenə də camaat əzilir. İndi əksinə, olan-qalan iş yerləri də yoxa çıxıb..." "DİA-AZ" xəbər verir ki, bu ifadələr Naxçıvan sakinləri adından ölkə rəhbərliyinə edilən müraciətdə yer alıb. Müraciət müəllifləri daha sonra bildirir: "Bu gün bütün Naxçıvan "qara maskalılar"ın Fuad Nəcəflinin arxasınca nə vaxt gələcəyini gözləyir. Nə qara işlər... nə pisliklər olursa, Naxçıvan sakinlərinin başına gətirilir... Biz Prezidentdən xahiş edirik: Naxçıvana Naxçıvandan yox, başqa rayondan rəhbər gətirin... Bəlkə onda vəziyyət düzələ. Fuad Nəcəfli hər yerə sinif yoldaşlarını, qohumlarını, dost-tanışlarını doldurur. Talıbovlardan fərqi nə oldu ki? Fuad Nəcəflinin adamları isə Naxçıvani kor elədilər, millət qırılır. Bir tikə çörək üçün yardım camaat dilənçi gününə düşüb..." Geri qayıt |