Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Cəmiyyət > 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu"
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu"Dünən, 11:30 |
![]() İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən 4 il zaman keçir. Vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədi daşıyan bu xidmət ötən müddətdə büdcəyə milyonlara başa gəlməkdədir. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tenderlərinə nəzər salmaq kifayətdir. Tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı, dərman preparatlarının alınması, bir sıra cərrahi əməliyyatların icrası ilə bağlı aidiyyəti qurum tərəfindən son 4 ildə minlərlə tender keçirilib. Şirkətlərlə milyonlarla manat dəyərində müqavilələr imzalanıb. Lakin xidmətin keyfiyyəti, əlçatanlığı hələ də aşağıdır. Səbəblər isə müxtəlifdir. Onların arasında şəffaflıqla bağlı nüanslar da var. Agentliyin keçiridiyi tenderlər üzrə bağlanan müqavilələr belə deməyə əsas verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mütəmadi olaraq müsabiqələrdə eyni şirkətləri seçir. Agentlik 2023-cü ilin noyabrından 2024-cü ilin sonuna qədər uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması çərçivəsində kardiocərrahi əməliyyat xidmətlərinin icrası ilə bağlı "Bona Dea” ilə 2.264.220 manat dəyərində müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində ümumilikdə 44 tibbi xidmət göstərilib. Xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması və digər tibbi prosedurlar daxil olub. 2023-cü ilin noyabrından 2024-cü ilin aparelinə qədər 95 uşaq əməliyyat olunub. Tibbi ləvazımatların satın alınmasına xərclənən milyonlara gəlincə, bu yöndə müqavilələrin dəyərləri təzadlıdır. Ötən il tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması məqsədilə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.526.795,63, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti ilə 6.844.583,69, “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti ilə 4.524.565,54 manatlıq müqavilə imzalanıb. 2024-cü il ərzində angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatların satın alınması üçün “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətə 6.988.700,71, “Besan” Məhdud Məsuliyyətli Cəmiyyətə isə 3.851.874 manat ödənilib. “Paşa-K” Firması ilə eyni xidmət üzə 134.938,81, “Arash Medical Company” ilə 339.747,39, “Kripto Lab” ilə 65.806,12, “Rinara Pharma” ilə 774.767,54 manat dəyərində müqavilə imzalanıb. Satınalmaların başlama tarixi 2023-cü ilin dekabrın 25-dən 2024-cü ilin 25 dekabrına qədərdir. Bütün bu müqavilələr üzrə tenderlərin nəticələri eyni gündə - yanvarın 9-u 2024-cü ildə elan edilib. Onu da qeyd edək ki, yuxarıda adları çəkilən şirkətlər illərdir Agentliyin, eləcə də Səhiyyə Nazirliyini tenderlərinin qalibidirlər. "Garant Plus" MMC-yə verilən milyonlar Tenderlərin eyni şirkətlərə verilməsindən söz düşmüşkən, illərdir "Garant Plus" Məhdud Məsuliyyətli Cəmiyyət agentliyin tenderlərində bir qayda olaraq qalib elan edilir. Məsələn, ötən il göz əməliyyatlarının aparılması üçün tibbi təyinatlı vasitələrin satın alınması üçün "Garant Plus" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1304411071) 1.500.000,01 manat ödənib. Ardınca şirkətlə iki müqavilə imzalanıb. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası məqsədilə tibbi sərfiyyat və ləvazimat mallarının satın alınması üçün şirkətə 41.505,2 manat, uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı üzrə tibbi avadanlıqların və ləvazimatların satın alınması üçün 20.355 manat ödənib. Onu da bildirək ki, şirkətin rəsmi veb səhfəsi belə yoxdur. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında şirkətin sahibi İlyaslı Həsənağa Rövşən oğludur. MMC müxtəlif illərdə vergi öhdəliklərinə əməl etmədiyi üçün cərimələnib. Milyonluq tenderlərin qalibi olan şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır. “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətlə (VÖEN: 1502350481) də agentliyin əməkdaşlığı daimidir. 2024-cü il ərzində “angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatlar”ın satın alınması üçün “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətə 6.988.700,71, neyrocərrahiyyə əməliyyatları zamanı istifadə olunan ləvazimatların və cihazın satın alınması üçün 2.724.876,79 manat, ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması üçün isə 2.010.610,29 manat, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə sərfiyyat mallarının satın alınması üçün 197.063,2 manat dəyərində müqavilə imzalanıb. 2023-cü ildə isə “Medsol” MMC-yə “Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıqların ehtiyat hissələrinin satın alınmasına görə eyni tarixlərdə MMC ilə 2.560.905,74, əlavə olaraq 9.653.665 və 371.441,62 manat dəyərində müqavilələr bağlanıb. Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi üç dəfə adını dəyişdiyi göstərilir. İlk adı “PAY” MMC olub. 2016-cı ildə “Alo 24”, 2021-ci ildən isə “Medsol” adlandırılır. Şirkətin qanuni təmsilçisi Salmanov Qabil Nazim oğludur. Nizamnamə kapitalı 17 milyon 975 min manatdır. Şirkətin rəsmi veb səhfəsində “Medsol”un 2013-cü ildə yaradıldığı bildirilir. Görünür, MMC “Dövlət satınalmaları” haqqında qanunun 6-cı maddəsinin 6.2.6.bəndini “nəzərə alıb”. Qanuna görə, podradçılar satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində peşəkar fəaliyyətə malik olmalıdırlar. “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyət də agentliyin ənənəvi tərəfdaşıdır. 2023-cü ilin oktyabrından 2024-cü ilin eyni dövrünədək tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması məqsədilə “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.442.822,43 dəyərində müqavilə imzalanıb. 2023-cü ilin sentyabrından 2024-cü ilin sentyabrına qədərki dövrü əhatə edən ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatlar”n satın alınması ilə bağlı müqavilənin dəyəri isə 601.562,7 manat olub. 2023-cü ilin avqustundan 2024-cü ilin eyni dövrünədək tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması yönündə müqavilə 3.280.063,11 manat təşkil edib. Xatırladaq ki, 2023-cü ildə imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması üçün “Zeytun Pharmaceuticals” MMC (VÖEN 1701688171) ilə 7 milyon 852 min 864 manatlıq tender müqaviləsi bağlanmışdı. Əsasən metrostansiyalarda fəaliyyət göstərən “Zeytun” apteklər şəbəkəsini özündə birləşdirən “Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə təsis edilib. Nizamnamə kapitalı 4000 manat olan qurum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi “Rəvan” futbol klubunun keçmiş vitse-prezidenti Bəhruz Şirəliyevdir. MMC-yə qarşı müxtəlif illərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğu üçün 40 min manatdan çox maliyyə sanksiyası tətbiq edilib, 2017-ci ildə isə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən 2 hal üzrə ümumilikdə 80.000 manat maliyyə sanksiyası alıb. Nizamnamə kapitalı 20 manat olan şirkətlə milyonluq müqavilələr Agentliyin tenderlənin qalibləri arasında nizamnamə kapitalı 20 manat olmasına baxmayaraq, milyonların həvalə ediliyi "Keşəli" (VÖEN 1600100421) kimi şirkətlər də var. Bu, MMC ilə ötən il ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası məqsədilə tibbi sərfiyyat və ləvazimat mallarının satın alınması üzrə 38.375,96 manat, “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə tibbi ləvazimat və sərfiyat malları”nın satın alınması üçün 5.073.881,35 manat dəyərində müqavilə bağlanıb. "Keşəli" MMC bundan əlavə ümumilikdə agentliklə daha dörd tender müqaviləsi imzalayıb. Belə ki, şirkət "Vərəmlə mübarizə proqramına əsasən dərman vasitələrinin satın alınması" tenderi üzrə 1 185 105, "İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri"nin satın alınması" tenderi üzrə 255 218, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə dərman vasitələrinin satın alınması" tenderi üzrə 962 697, "Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Hematologiya bölməsi üçün spesifik dərman vasitələrinin satın alınması" tenderi üzrə 21 033 manatlıq tender müqavilələri bağlayıb. Layihələndirmə və təmirə 20 milyon manata yaxın pul xərclənib “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin 1 saylı korpusunun əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması ilə bağlı "TFM-SMART PROJECT" MMC ilə 125.166,14, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin 7 saylı korpus və mətbəx binasının əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması üçün "HİNAL PROJE" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 41.772, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması ilə bağlı “ORN Group” ilə 14.819.295,14 manat dəyərində müqavilə imzalayıb. Qeyd edək ki, 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması üzrə açıq tender müsabiqəsi 06.06.2023-cü ildə başlayıb. Tenderin nəticəsi 26.10.2023-cü ildə elan edilib. MMC 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi, 10 A (Kiçik Dəniz küçəsi-4) ünvanında yerləşən ümumi sahəsi 3303.20 kvadrat metr olan inzibati binasının əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş bir açıq tenderin də qalibi olub. Bu tenderdə isə “ORN Group” MMC Tibbi Sığorta Agentliyindən 4.144.710,67 manat məbləğində dövlət sifarişi alıb. 26.07.2022-ci il tarixində satınalma müqaviləsi bağlanıb. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından belə aydın olur ki, “ORN Group” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 12.03.2007-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 285 120 manat olan MMC-nin qanuni təmsilçisinin isə Bağırov Qəzənfər Füzuli oğludur. Şirkətin özünün rəsmi ünvanında isə yaranma tarixi kimi 2004-cü il göstərilib. 2008-ci ildə MMC-nin Vyanada törəməsi də təsis edilib. “ORN Group”un qarışıq podrat xidmətləri göstərdiyi irəli sürülüb. Agentliyin icarə müqavilələri də diqqət çəkir. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən ümumi sahəsi 1709.70 m2 olan 4 mərtəbəli qeyri yaşayış binasının icarə xidmətinin satın alınması ilə bağlı “Facility Management Group” MMC ilə 587.676 AZN dəyərində müqavilə bağlanılıb. 2017-ci ildə yaradılan şirkət əmlakın idarə edilməsi xidməti təklif edir. Nizamnamə kapitalı 2534147 manatdır. Portfelinə “Zefir Mall”, “BEGOC biznes mərkəzi”, “Çinar Plaza”, “Dalğa Plaza”, “Sahil Plaza”, “Bayıl Plaza” biznes mərkəzləri, “Hillside Residence”, “Vurğun Residence”, “Roseville Residence”, “Təbriz Evləri”, “Ambassador Suites”, “Motor Village” daxildir. 2023-cü ildən şirkətin qanunu təmsilçisi Allahverdiyev İlham Allahşükür oğludur. Ondan əvvəl təmsilçilik Kamran Məmmədovda olub. Yeri gəlmişkən, müxtəlif dövrlərdə qanuni təmsilçilik bu iki şəxs arasında dəyişib. 2025-ci ilin birinci rübündə elan edilən tenderlər və bağlanan müqavilələr Bu ilin əvvvəlindən Agentlik bir neçə tender elanı verib. Bunlar server-şəbəkə kompleksinin, fərdi istifadəçilərin təhlükəsizliyini təmin edən XDR təhlükəsizlik həlli (lisenziyaların)”nin satın alınması (69.768,54 AZN), layihə idarə olunması üçün lisenziyaların satın alınması (7.048,53 AZN), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni inzibati binasının divarlarının, sütunlarının dekorativ üzlənməsi, səs izolyasiyasının olunması (1 otaq), malların və mebellərin satın alınması (733.408,81 AZN), eşitmə və nitq məhdudiyyəti olan şəxslərin icbari tibbi sığorta ilə bağlı məlumatlandırılması məqsədilə jest dili ilə video çarxların hazırlanması (4.550,00 AZN), yazılı tərcümə xidmətinin satın alınması(12.976,00 AZN) ilə bağlıdır. Qeyd edək ki, tenderlər arasında 3 müsabiqə nəzarət orqanının qərarı ilə ləğv edilib. Bunlardan biri də agentliyin yeni inzibati binasının divarlarının, sütunlarının dekorativ üzlənməsi, səs izolyasiyasının olunması (1 otaq), malların və mebellərin satın alınması ilə bağlı tenderdir. Bağlanan müqavilələrə gəlincə, Bakı Metropoliteninin stansiyalarında reklam lövhələrinin çapı, montajı və quraşdırılması xidmətlərinin, müxtəlif növ lisenziyaların, “e-Tabib” mobil tətbiqinin funksional inkişafı və 1 (bir) illik texniki dəstək xidmətinin satın alınması başa çatıb. “e-Tabib” mobil tətbiqinin funksional inkişafı və 1 (bir) illik texniki dəstək xidmətinin satın alınması üçün “ALL İN One Technologies” Qapalı Səhmdar Cəmiyyəti ilə 413.295 AZN, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilə 232.106 AZN, müxtəlif növ lisenziyaların satın alınması ilə "Buz Tech" MMC 319.767,94 AZN dəyərində müqavilə imzalanıb. Xatırladaq ki, 2024-cü ildə Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun auditini aparmışdı. Sənəddə bağlanılan satınalma müqavilələri üzrə müxtəlif hallarda uyğunsuzluqların, bir-birini təkzib edən maddələrin olduğu əksini tapırdı. Eləcə də bildirilirdi ki, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməyərək bir mənbədən satınalma metodu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ehtimal olunan qiymətin hesablanmaması bəzi hallarda bağlanılan və icra olunan satınalma müqavilələri üzrə icarəyə götürülmüş obyektlər üzrə icarə qiymətləri mövcud bazar qiymətindən yüksək olur. Dərman və tibbi təyinatlı vasitələrin satın alınması prosesində bəzi hallarda ayrı-ayrı malların vahidinin ehtimal olunan qiyməti düzgün müəyyən edilmir. Eyni adlı dərman və tibbi təyinatlı vasitələrin vahidi üzrə alış qiymətlərinin fərqli olması əlavə vəsait xərcinə səbəb olur. Satınalma üzrə qalib müəssisələr tərəfindən bəzi hallarda müqavilə öhdəlikləri vaxtında yerinə yetirilmir. /Teleqraf.com Geri qayıt |